Boragh ya da Boraq (fa: نفربر براق) İran istehsalı zirehli transportyordur. Boragh tranportyorunun, Çinin Type 86 (BMP-1) modelinin əksinə mühəndislik ilə tərtib edilmiş və təkmilləşdirilmiş versiyası olduğuna inanılır. Yeniləmələrə çəkidə azalma, daha yüksək yol sürəti və daha güclü zireh daxildir. Avtomobil tamamilə amfibidir və NBC müdafiə sistemi və infraqırmızı gecə görmə avadanlığı ilə təchiz edilmişdir.[3] Dayandırılması burulma çubuğu ilədir. Əməliyyat mənzili 550 km, maksimum sürəti yolda 65 km/saat, yolsuzluq şəraitində isə 45 km/s təşkil edir.
İran Müdafiə Sənayesi Təşkilatının (DIO) Vasitə və Avadanlıq Qrupu (VEIG) tərəfindən üç əlavə variantının istehsal edildiyi 2002-ci ilin may ayında bildirildi. Bunlar 120 mm-lik bir minaatan daşıyıcısı, bir sursat tədarükü vasitəsi və inkişaf etmiş silahlarla təchiz olunmuş zirehli transportyordur.[4]
Boragh tırtıl əlavə edilmiş bir APC-dir.
Asfatltanmış yollarda yola dəyəcək zərəri azaltmaq üçün onun tırtıllarına rezin elementlər əlavə olunmşdur.[5] Üç nəfərlik bir heyəti vardır (sürücü, komandir və tuşlayıcı). 8 piyada əsgəri daşıya bilər. Boraghın əsas silahı, döndürülə bilən bir yuva üstündə quraşdırılmış DShK 1938/46 12,7 mm-lik ağır pulemyotdan ibarətdir. Bəzi vasitələrdə pulemyot yuvasının ətrafı zirehli bir qalxanla qorunur. Nəqliyyat vasitəsi NBC qoruma sistemi ilə təchiz olunmuşdur və eqzos çıxışına dizel yanacağı yeridərək müdafiə tüstüsü pərdəsi yarada bilər.[6]
Boragh - BMP-1 və ya Tip 86-nın əks mühəndisliklə dizayn edilmiş (WZ-501) APC-ə çevrilmiş variantıdır. Çinin WZ-503 APC-si ilə çox oxşardır. 330 at gücündə (246 kW) olan V-8 turbo mühərrikli dizel mühərrikə malikdir. Həmçinin ABŞ istehsalı olan M113 APC-dən yol təkərlərinə də malikdir. Döyüş çəkisi 13 tona endirilmişdir. Digər yeniləmələrə daha yüksək yol sürəti və daha güclü zireh daxildir. Sərnişin sayı 8-dən 12-yə qaldırılmışdır. 12,7 mm DShK 1938/46 ağır pulemyotu (1000 mərmi) vasitənin əsas silahı kimi xidmət edir.[7] Boragh APC-nin DShK 1938/46 ağır pulemyotunun ətrafında ətrafında bir zirehli qalxan vardır.[7]
Boragh bir IFV-yə çevrilmişdir. Silahı bir qülləyə quraşdırılmışdır. Birinci silahlanması, hər iki tərəfdə sabitlənmiş ikiqat kəmər ilə bəslənilən 2A42 30 mm-lik avtomatik topdan ibarətdir. İkinci silahlanması, topla cütləşdirilmiş olaraq quraşdırılmış PKT 7.62 mm-lik tank pulemyotundan ibarətdir. Nəqliyyat vasitəsi, həmçinin tank əleyhinə idarə olunan raket sistemi üçün bir dəstlə silahlanmışdır.[7] Bəzilərinə BMP-1-in 73 mm-lik hamar lüləli silahla təchiz edilmiş tam qülləsi də quraşdırılmışdı.[8]
Boragh 120 mm minaatanla silahlandırılmışdır.
Toophan ATGM sistemi ilə silahlanmış 1 nəfərlik qülləli Boragh.
Raad-1 (Thunder-1) - Boragh, 2S1 Gvozdikadan götürülən bir qüllə quraşdırılmış özüyeriyən bir haubitsaya çevrilmişdir.[7]
Raad-2 (Thunder-2) - Boragh, İran Müdafiə Sənayesi Təşkilatının Hadid təsisatı tərəfindən istehsal edilmiş M109A1 155mm/39 kalibrliközüyeriyən haubitsasına bənzər bir tərtibə sahib 155 mm-lik HM44 haubitsası ilə təchiz edilmiş bir qülləyə malik olan özüyeriyən haubitsaya çevrilmişdir. Silah tam olaraq M109A1-dəki 155mm/39 kalibrlik M185 topuna bənzəyir və iki istiqamətli lülə ağızı əyləci, duman çıxarıcı, vidalı başlıq mexanizmi, hidro-pnevmatik rekuperator (cəmləyici) və hidravlik geri əyləc ilə təchiz edilmişdir.[7]
Kobra - Boragh üçün atışa dəstək vasitəsi kimi istifadə üçün nəzərdə tutulmuş 23 mm-lik zenit silahı ilə silahlanmış konseptli vasitə.[7]