Raad (Hava hücumundan müdafiə sistemi)

Raad və ya Ra'd (farsca: رعد, “ildırım”) - 2012-ci ilin sentyabr ayında yaradılmış olan İranın hava hücumundan müdafiə sistemidir. Xarici görünüşünə görə Rusiyanın Buk M3 markalı hava hücumundan müdafiə sisteminin bir nüsxəsi və ya törəməsi olduğu sayılır[1]. Sistem İranın müdafiə nöqteyi-nəzərindən qabiliyyətlərini artırmaq üçün və İranın digər bir hava hücumundan müdafiə sistemi olan Bavar 373 hava hücumundan müdafiə sisteminin ortağı olaraq hazırlanmışdır. Fars Xəbər Agentliyinin verdiyi məlumata görə, Raad döyüş təyyarələri, qanadlı raketlər, ağıllı bombalar, helikopterlərpilotsuz təyyarələrlə qarşılaşmaq üçün hazırlanmışdır. Sistem ayrıca ABŞ qırıcı təyyarələri üçün xüsusi olaraq hazırlanmışdır[2]. Sistem 50 km məsafədə və 25–27 km (75.000 fut) yüksəkliklərdə hədəfləri izləyə və vura bilən “Taer” (Quş) raketləri ilə təchiz olunmuşdur, Ra'd orta mənzilli hava hücumundan müdafiə və radar sistemidir[3][4].

Raad və ya Ra'd (farsca: رعد, “ildırım”)
Tipi Zenit raket kompleksi
Ölkə
İstismar tarixçəsi
İstismar illəri 2012-ci ilin sentyabr ayından hal-hazırkı dövrə qədər
İstismara başlanması 2014
İstismar edənlər İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hava Qüvvələri
İstehsal tarixçəsi
İstehsalçı İran Aerokosmik Qüvvələri
Xüsusiyyətləri
Əsas silah

3x Taer-2 yer-hava tipli döyüş raketi (50km)

3x Sayyad-2 yer-hava tipli döyüş raketi (75km)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2012-ci ilin dekabr ayında Vilayət 91 hərbi təlimləri zamanı İran Hərbi Dəniz Qüvvələri Raad Hava Hücumundan Müdafiə Sistemini uğurla sınaqdan keçirdi[5][6], lakin İran Hərbi Dəniz Qüvvələrində sınaqdan keçirilmiş Raad raketinin hazırlanmış Raad sisteminin Taer-2 raketi ilə eyni olub olmadığı məlum deyil. IRGC ilə Aviasiya və Aerokosmik Qüvvələri tərəfindən istehsal olunan hava hücumundan müdafiə sistemi ilə yer-hava tipli döyüş raketi arasında oxşarlıq ola bilər.

2014-cü ilin may ayında İslam İnqilabı Keşikçiləri Korpusunun Aviasiya Qüvvələri (IRGC-AF) Raad hava hücumundan müdafiə sisteminin dörd fərqli konfiqurasiyasının yaradıldığını bəyan etmişdir: Taer-2B raketləri, mərhələli serialı radarlar ilə təchiz edilmiş və iki ədəd buraxıcı qurğunu idarə edə bilən Xordad 3 TELAR; Ağ günbəz radarları olan və Taer-2A raketlərindən istifadə edən Tabas TELAR; Alam al hoda başladıcısı elektro-optik izləmə sistemləri ilə təchiz edilmişdir; və 80 km mənzilli və yeni bir təkərli buraxıcı qurğuya malik, həmçinin ayrıca bir maşında elektro-optik sistemlərdən istifadə edən Raad 2[7][8].

2016-cı ildə Tehranda keçirilən parad zamanı Raad SAM sisteminin bir neçə konfiqurasiyasına rast gəlinir. Aparıcı iki nəqliyyat vasitəsi Xordad 3 sistemidir.
Xordad 3 hava hücumundan müdafiə batalyonu 4 × nəqliyyat vasitəsi elektron işə salma qurğusu və radar (TELAR) nəqliyyat vasitələrindən ibarətdir
və 8 × daşıyıcı quraşdırılma (montaj) başlatma cihazları (TEL)[9]

2014-cü ilin may ayında İslam İnqilabı Keşikçiləri Korpusunun Aviasiya Qüvvələri (IRGC-AF) sərgisində, Xordad 3, SAM sisteminin yeni versiyalarının yeni raketlərlə 100 və 200 km məsafələrə çatacağını elan etmişdir.[10]. Xordad 3 sistemi eyni zamanda 4 hədəfi nişan ala bilər və 1700 elementdən ibarət mərhələli bir serialı radarının köməyi ilə eyni vaxtda hər bir həfəfə 2 raket göndərə bilər[11]. Ceyn (Jane) Xordad 3-ü “bacarıqlı bir yer- hava tipli döyüş raketi (SAM) sistemi” olaraq xarakterizə etmişdir[12].

İran eyni zamanda TAER-1 raketləri ilə RAAD-1 adlı başqa bir yer-hava tipli döyüş raketi sistemi (SAM) hazırlamışdır[13].

ABŞ pilotsuz uçuş aparatı

[redaktə | mənbəni redaktə et]

19 iyun 2019-cu ildə Amerikanın RQ-4 Global Hawk PUA-sı Hörmüz Boğazının üstündən uçarkən İranın hava-hava tipli raketi ilə vuruldu. İran rəsmiləri, pilotsuz təyyarənin Raad hava hücumundan müdafiə sistemləri ailəsinə daxil olan Xordad 3 orta mənzilli SAM sistemi vasitəsilə vurulduğunu söylədilər[14].

Növbəti gün İran ABŞ-nin pilotsuz təyyarəsinin İranın hava məkanını pozduğunu söylədi, lakin ABŞ bu hadisənin İrandan on səkkiz dəniz mili (34 km) məsafədə beynəlxalq hava məkanında olduğunu söyləmişdir[15].

  1. "What Is The Next U.S. Move With Iran?". 2021-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-25.
  2. "مقابله سامانه رعد با هواپیماهای آمریکایی". mashreghnews.ir. 2020-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-24.
  3. "3 خبر دفاعی، 4 تحلیل سیاسی و 5 نکته امنیتی از زبان سرلشکر جعفری". mashreghnews.ir. 2015-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-24.
  4. "نه شرقی نه غربی؛ فقط "رعد ایرانی" + تصاویر". mashreghnews.ir. 2014-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-24.
  5. "Latest version of Raad missile successfully test-fired". English.irib.ir. 2012-12-31. 2013-01-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-09-03.
  6. "اسکویی در باره ایران: Iran Tests Ra'ad Air Defense System During Naval Drills". Uskowi on Iran. 2022-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-03.
  7. ""علم الهدی" ناشناخته‌ترین سامانه شکار جنگنده‌های رادارگریز +عکس". mashreghnews.ir. 2015-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-24.
  8. Binnie, Jeremy. "IRGC unveils new tactical ballistic missiles developments - IHS Jane's 360". London. 13 July 2014. 14 July 2014 tarixində orijinalından arxivləşdirilib.
  9. https://english.farsnews.com/newstext.aspx?nn=13980402000382[ölü keçid]
  10. "آشنایی با 3 سامانه پدافندی که ایران به جای اس 300 رونمایی کرد +عکس". mashreghnews.ir. 2015-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-24.
  11. "40 types of Iranian Radars". Mashregh News Agancy.[daimi ölü keçid]
  12. "Arxivlənmiş surət". 2020-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-25.
  13. "40 نوع رادار ایرانی؛ چشمان همیشه بیدار نیروهای مسلح +عکس". mashreghnews.ir. 2015-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-24.
  14. "IRGC Reveals More Details of Downing US Drone - Politics news". Tasnim News Agency. 2019-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-25.
  15. "Trump says hard to believe Iranian shooting down of U.S. drone was..." 21 June 2019. 21 June 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 December 2019 – www.reuters.com vasitəsilə.