«Radiodalğa» (ing. Frequency, 2000) — rejissoru Qreqori Hoblit olan detektiv triller, ailə dramı, zamanda səyahət və alternativ tarix janrlarını özündə cəmləyən film. Ssenari müəllifi — Tobi Emmerix. Baş rollarda — Dennis Kueyd və Ceyms Kevizel (ssenariya əsasən — ata və oğul müvafiq olaraq). Filmin çəkilişləri Toronto və Nyu-Yorkda aparılıb. ABŞ-də premyerası 28 aprel 2000-ci ildə baş tutub.[7]
Radiodalğa | |
---|---|
ing. Frequency | |
Janr | elmi-fantastika filmi[1][2], fentezi filmi[d][1], döyüş filmi |
Əsas mövzu | Zamanda səyahət, seriyalı qatil |
Baş rollarda |
|
Bəstəkar | |
İstehsalçı | New Line Cinema |
Distribütor | New Line Cinema, Netflix |
İlk baxış tarixi | 2000, 28 aprel 2000[1][2], 24 avqust 2000[5] |
Müddət | 118 dəq. |
Büdcə | 31.000.000 $[6] |
Ölkə | |
Dil | ingilis dili |
Rəng | rəngli |
Çəkiliş yeri | Nyu-York, Toronto |
IMDb | ID0186151 |
"Yalnız oğul 30 il əvvəl atasının öldürülməsinin qarşısını alacağına ümid edə bilər."
Filmdəki hadisələr Nyu-Yorkda 1999-cu ilin oktyabrında baş verir. 36 yaşlı polis detektivi Con Sallivan (Ceyms Kevizel) otuz il əvvəl vəfat etmiş atası-yanğınsöndürən Frenkın (Dennis Kueyd) ölümü ilə bağlı hələ də narahatdır. O, böyüdüyü evdə atasının köhnə həvəskar radiostansiyasını tapır və radioəlaqəyə başlayır. Qeyri-adi aktiv qütb parıltısı nəticəsində, o, düz 30 il əvvələ, yanğında həlak olmasına az müddət qalmış, atası ilə əlaqəyə çıxdığını aşkarlayır. Və bütün hadisələr bundan sonra dəyişir...
1. Yanğın səhnəsinin çəkilişi zamanı Dennis Kueydin aldığı xəsarət nəticəsində, aktyorun başına 16 tikiş qoydular[8].
2. Baxmayaraq ki, filmin ssenarisi qat-qat əvvəl yazılmışdır, çəkilişinə icazə yalnız 21 yanvar 1999-cu ildə verilib[9].
3. Frenk Sallivan rolunu Silvestr Stallone oynamalı idi, amma yekunda alacağı qonorar ilə razılığa gələ bilmir.
4. Filmin rejissoru Renni Harlin ola bilərdi.
5. Rejissor Qreqori Hoblit filmin ssenarisini ilk dəfə 1997-ci ildə, atasının ölümündən 18 ay sonra, oxumuşdur.
6. 2000-ci ildə ABŞ-də premyeradan sonra Qreqori Hoblit filmi "riskli" layihə kimi xarakterizə etdi. Buna səbəb filmin rejissorlarının bir neçə dəfə dəyişməsi idi.
Aktyor | Rolu |
---|---|
Dennis Kueyd | Frenk Sallivan, ata[10] |
Ceyms Kevizel | Con Sallivan, oğul |
Şoun Doyl | Cek Şepard |
Elizabet Mitçel | Culiya Sallivan, ana |
Andre Brauer | Setç De Leon |
Melissa Erriko | Samanta Tomas |
Marin Xinkl | Sissi Klark |
Noa Emmerix | Qordo Xorş |
Piter Maknill | Butç Foster |