Rafal Qan-Qanoviç

Rafal Qan-Qanoviç (23 aprel 1932, Varşava22 noyabr 2002, Lyublin) — Lipka tatarı əsilli polyak hərbçisi, muzdlu döyüşçüsü, jurnalist, Polşa Milli Şurasının üzvü, siyasi və sosial aktivisti. Həyatını kommunizmlə mübarizəyə həsr etmiş və sürgünd yaşamışdır.

Rafal Qan-Qanoviç
polyakca:Rafał Gan-Ganowicz
Şəxsi məlumatlar
Ləqəbi Jerzy Rawicz
Doğum tarixi
Doğum yeri Varşava, Polşa
Vəfat tarixi (70 yaşında)
Vəfat yeri Lublin, Polşa
Vəfat səbəbi ağciyər xərçəngi
Dəfn yeri
Vətəndaşlığı Polşa Respublikası
Milliyyəti Lipka tatarı əsilli polyak
Hərbi fəaliyyəti
Mənsubiyyəti

ABŞ
Mühacir Polşa Hökuməti
Muzdlu kimi fəaliyyəti:

Konqo-Léopoldville (1965-1966)
Yəmən Mütəvəkkili krallığı (1967-1969)
Hərbi hissə Polyak Qvardiyası
Xidmət illəri 1950-1958
Rütbə Podporuçik
Döyüşlər Konqo böhranı
Şimali Yəmən Vətəndaş müharibəsi
Təltifləri Polşa İntibah Ordeninin Zabit xaçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatının erkən dövrü[redaktə | mənbəni redaktə et]

Rafal Qan-Qanoviç 23 aprel 1932-ci ildə Varşavanın Vaver bölgəsində dünyaya gəlmişdir. Onun ailəsinin kökəni Reç Pospolita dövründə bölgəyə köçmüş tatarlardan idi. Onun atası bir müddət Fransa Xarici Legionunda xidmət etmiş, sonradan biznes qurmaq üçün Cənubi Amerikaya səyahət etmişdi. O, Braziliyada kauçuk plantasiyası və Argentinada mis mədəni qurmaq istəyirdi. Rafalın anası 1939-cu ilin sentyabrında Polşa nasistlər və bolşeviklər tərəfindən işğal olunan zaman həyatını itirmişdi. Bundan sonra Rafalın atası oğlunu Vaver bölgəsindən Varşavanın Zoliborz bölgəsinə aparmışdı. Onlar orada 1944-cü ilin avqust ayında baş vermiş Varşava üsyanına qədər yaşadılar. Üsyan zamanı atası onu və bir qadını zirzəmidə gizlədərək, döyüşməyə getmi. və döyüşdə həyatını itirmişdir. Beləliklə, 12 yaşında Rafal yetim qalmışdır.[1]

Yetim qalan yeniyetmə olan Rafaın ilk həyat təcrübələri kommunistlərin Polşa işğalı dövrünə təsadüf edir. Qırmızı Ordu tərəfindən Polşanın işğalına, bu ordunun polyakları alçaltmasına, talanlarına şahdlik edən Rafal da ilk antikommunist düşüncələr formalaşmağa başladı. Onun bu hisslərinin alovlanmasında xüsusilə antinasist üsyanında iştirak edərək, şikəst qalmış dostunun başına kommunistlər tərəfindən gətirilmiş hadisələr xüsusi rol oynamışdı. Belə ki, onun bu dostu kommunist döyüşçü tərəfindən "bandit" adlandırılmış və pilləkənlərdən aşağı atılmışdı.[1]

Təxminən 1948-ci ildə o, Polşada fəaliyyət göstərən antikommunist qrupa qoşuldu. Onlar kommunist propaqanda posterlərini cırır, hökuməti və kommunizmi tənqid edən posterlər quraşdırır, qrafitilər çəkir, broşurlar çap etdirirdilər. Hətta bir hadisə nəticəsində onlar polyak zabitlərdən silah da ələ keçirməyi bacarmışdılar. 1950-ci ilin iyununda sovet hakimiyyəti antihökumət qrupların üzvlərini həbs etməyə başladı. Bu zaman Rafal bir dostundan həbs olunmaq üzrə olması barədə məlumat aldı. Qrupun digər üzvlərini ələ vermək üçün işğəncəyə məruz qalacağını bilən Rafal Almaniyaya gedən bir sovet təchizat qatarında gizlənərək ölkədən qaçmağı bacardı.[2]

Qərbi Avropa və "Polyak Qvardiyası"[redaktə | mənbəni redaktə et]

Berlinə çatdıqdan sonra Rafal bir müddət şəhərin qərb sektoruna keçmə yollarını tapmaq üçün axtarışlar apardı. Nəhayət qərbə keçməyi bacardıqdan sonra isə ABŞ nümayəndələrinə vətənində siyasi fəaliyyətinə görə təqib olunduğunu bildirərək siyasi sığınacaq istədi. Mühacirətdəki bir çox polyak kimi o da, Polyak Qvardiyasına qatıldı. Bu qvardiya ABŞ ordusunun bölməsi idi və mühacirətdəki Polşa hökuməti ilə əməkdaşlıq formasında texniki, daşınma və mühafizə xidmətləri üçün təşkil edilmişdi.[3] Rafal burada təlim gördü və məşhur polyak general Vladislav Anders tərəfindən podporuçik rütbəsinə yüksəldildi.

Almaniyanın keçmişdə Polşanı işğal etdiyi üçün Almaniyadan xoşu gəlmirdi və komandanlığıa müraciət edərək Fransaya köçürülməsini xahiş etdi. O, hərbi xidmətdə olarkən tezliklə hərbi əməliyyatların başlayaağını, onun birləşməsinin NATO-nun Şərqi Avropanı ələ keçirməsi əməliyyatı zamanı Polşadakı düşmən cəbhə xəttinin arxasına göndəriləcəyini düşünürdü. Lakin bu heç vaxt baş vermədi və Rafal xidmətini patrul olaraq keçirdi. Bundan sonra o, Parisdə yaşayan polyak mühacirlərə xidmət edən məktəbdə müəllim işi tapdı və orda işləməyə başladı.[2]

Rafal Qan-Qanoviçin Lublindəki məzarı

Muzdlu kimi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

İqtisadi yox, siyasi qaçqın statusuna sahib olan Rafal Parisdə yaşayarkən öz vaxtını özünə yeni bir həyat qurmağa yox, öz həyatını kommunizmə qarşı mübarizə aparmağa həsr etdi.

Konqo[redaktə | mənbəni redaktə et]

1960-cı illərdə o, ilk dəfə Konqo böhranı barədə eşitməyə başladı. Konqonun əvvəllər İspaniyada sürgündə yaşamış yeni baş naziri Moise Tşombe hakimiyyətə gəlmiş və indi də Simba üsyançılarına qarşı döyüşməkdəydi. Simba üsyançıları Kuba, Sovet İttifaqı və Çin tərəfindən dəstəklənən marksist/millətçi təşkilat idi. Bu üsyan Soyuq Müharibədə əsas mübarizələrdən birinə çevrildi. Moise Tşombe qərb millətlərini onlara yardım etməyə çağırırdı. Rafal Brüsseldəki Konqo səfirliyinə getdi və Konqoda döyüşməl istədiyini bildirdi. Köçüllü olaraq Konqo ordusuna yazılan Rafalın bu işdə əsas motivasiyası antikommunist hissləri idi.

1965-ci ildə Konqoda Sovet İttifaqı tərəfindən dəstəklənən qüvvələrə qarşı döyüşməyə başladı. Bir tabora komandanlıq edirdi və bu taborda xeyli sayda polyak da xidmət edirdi.

Yəmən[redaktə | mənbəni redaktə et]

1967-ci ildə Rafal Səudiyyə Ərəbistanı ilə bağlanmış hökumət müqaviləsi ilə Yəmənə yollandı. Yəməndə Sovet İttifaqı tərəfindən dəstəklənən kommunist üsyançılarla vətəndaş müharibəsi getməkdə idi. Rafalın vəzifəsi kommunistlərə qarşı döyüşdə yerli tafya mənsublarına təlim keçmək idi. Onun buradakı əsas uğuru isə, sovet yüksək rütbəli ordu mənsublarından biri tərəfindən idarə olunan MİG təyyarəsini vurması oldu.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "PRYWATNA WOJNA RAFAŁA GAN-GANOWICZA | ABCNET.com.pl". web.archive.org. 2010-08-27. Archived from the original on 2010-08-27. İstifadə tarixi: 2021-05-20.
  2. 1 2 "Wielkie pranie i dzika gęś". www.rp.pl (polyak). 2021-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-20.
  3. Muszyński, Wojciech Jerzy. "The Polish Guards Companies of the U.S. Army After World War II". The Polish Review. 57 (4). 2012: 75–86. doi:10.5406/polishreview.57.4.0075. ISSN 0032-2970. 2022-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-13.