Rafil İmanov

Rafil Cəlal oğlu İmanov (12 noyabr 1949, Fəxralı, Qasım İsmayılov rayonu1 sentyabr 2014, Bakı) — riyaziyyatçı, əməkdar müəllimpedaqoq.

Rafil İmanov
Rafil Cəlal oğlu İmanov
Rafil Cəlal oğlu İmanov — Riyaziyyatçı, Əməkdar müəllim və pedaqoq
Rafil Cəlal oğlu İmanovRiyaziyyatçı, Əməkdar müəllimpedaqoq
Şəxsi məlumatlar
Doğum tarixi 12 noyabr 1949(1949-11-12)
Doğum yeri
Vəfat tarixi 1 sentyabr 2014(2014-09-01) (64 yaşında)
Vəfat yeri
Dəfn yeri
Təhsili
Fəaliyyəti riyaziyyatçı
Atası Cəlal İmanov
Anası Qutayə İmanova (Məmmədova)
Həyat yoldaşı Gülbəniz İmanova
Uşağı

Qutayə İmanova Turan İmanova Sədi İmanov Şəhrizad İmanova

Nərimanə İmanova

Təltifləri "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adı
Rafil İmanovun babası-Məşədi Nağı, (1890–1933) dövrünün ziyalısı olub. Ərəb, farstürk dillərini bilmiş, Gəncəbasar qazisinin Faxralı kəndi üzrə nümayəndəsi olmuş, Sovet dövründə isə kolxozda mühasib işləmişdir[1]

Rafil Cəlal oğlu İmanov 1949-cu ildə noyabrın 12-də Goranboy rayonunun (keçmiş Qasım İsmayılov) Faxralı kəndində sadə kəndli ailəsində anadan olub. 1956–1966-cı illərdə Faxralı kənd orta məktəbində oxuyub. 1966–1970-ci illərdə H. Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun Riyaziyyat fakültəsində təhsil alıb və həmin institutu bitirib. 1970–1977-ci illərdə Balakən rayonunda müəllimlikdən direktor müavinliyi vəzifəsinədək yüksəlib. Ailəli olub. Beş övladı var.[1]

Pedaqoji fəalliyətləri

[redaktə | mənbəni redaktə et]

1978-ci ildən etibarən müvafiq olaraq Bakı şəhərinin 116, 48, 245 saylı məktəblərində riyaziyyat müəllimi işləyib. 1991–1992-ci illərdə "Gələcək Zəkalar" liseyini yaradıb. 1992–1993-cü illərdə Bakı şəhəri Xətai rayonu Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb. Həyatının sonuna kimi yaratdığı 287 saylı "Zəkalar" liseyində müəllim vəzifəsində fəaliyyət göstərmişdir.

1982-ci ildən test metodikasını tətbiq etməyə başlamışdır. Hər il şagirdləri riyaziyyat olimpiadasının rayon, şəhərRespublika turlarında, Respublika səviyyəli yarışlarda, intellektual televiziya yarışlarında uğurla çıxış etmişlər. Məzunlarından hər il 90–100%-i ali məktəblərə daxil olub. Metodist və ali kateqoriyalı müəllim idi. 1992–2001-ci ildə TQDK-da ekspert kimi çalışmışdır. 20-dən artıq elmi-metodik məqalənin müəllifidir. "İlin müəllimi" və "Pedaqoji mühazirə"nin qalibi olmuşdur.

Rafil müəllim riyaziyyat dərsliklərinin hazırlanmasında yaxından iştirak edib. Dəfələrlə "Çevrə" dərgisində və "Azərbaycan müəllimi" qəzetində məqalələri çap olunub. 2008-ci ildə şagirdləri ilə birlikdə əyləncəli "287-Zəkalar" adlı kitabı çap etdirib. 2010-cu ildə "Həndəsənin inciləri" və "Sahələr metodu" kitabçalarını hazırlamışdır.

Rafil müəllim "Zəkalar" liseyini yaratmaqla Vətəni və xalqı qarşısındakı ən böyük xidmətini edib.

2016-cı ildə, Azərbaycanlı gənclərin ideal müəllimi olmuş Rafil İmanov haqqında "Sayların İşığı" adlı kitab nəşr edilmişdir.[1] Ancaq onun müəllim ömrü bir kitaba sığmaz. Hər bir şagirdinin həyatında Rafil Müəllim salnaməsi var.

Gördüyü işlər

[redaktə | mənbəni redaktə et]

Rafil müəllimin pedaqoji fəaliyyətinin əsasını yarışçılıq, pedaqoji əməkdaşlıq, şagirdlərin özünü təsdiq etməsi, özünə inam yaratması ideyası təşkil edir. O, hər il 28 May-Respublika Günü "ZƏKA" yarışını keçirərək Azərbaycanın hər bölgəsindən istedadlı uşaqları tapıb üzə çıxardır. Onlara riyaziyyatı öyrətməklə yanaşı, düşünməyi, analiz etməyi, həyatda uğur qazanmağın, qalib olmağın yollarını öyrədir. Onun dərs dediyi şagirdlərin səsi təkcə Respublikanın Ali məktəblərindən deyil, onların sorağı Amerikadan, Almaniyadan, İngiltərədən, Fransadan, Rusiyadan, Türkiyədən və dünyanın neçə-neçə tanınmış elm ocaqlarından gəlir.

Tanınmış yetirmələri

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 "Tamilla Həmidqızı "Sayların işiğı". Bakı "Nurlar" Nəşriyyat-Poliqrafiya Mərkəzi, [[2016]], (Səh.346)". 2018-02-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-04-01.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Zəkalar" liseyi Arxivləşdirilib 2014-09-06 at the Wayback Machine
  2. Rafil Imanov facebook səhifəsi
  3. Azərbaycan müəllimi Arxivləşdirilib 2014-09-06 at the Wayback Machine