Rafiq Hüseyn oğlu Əlizadə[1] (19 fevral 1949,[2] Bakı, Azərbaycan SSR, SSRİ – 7 yanvar 2021, Moskva, Rusiya) — sovet və Azərbaycan futbolçusu və məşqçisi, SSRİ idman ustası, Rusiya əməkdar məşqçisi.[3] Hücumçu mövqeyində çıxış edib.
Rafiq Əlizadə | |||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ümumi məlumatlar | |||||||||||||||||||||||||||||||
Doğum tarixi | |||||||||||||||||||||||||||||||
Doğum yeri | |||||||||||||||||||||||||||||||
Vəfat tarixi | (71 yaşında) | ||||||||||||||||||||||||||||||
Vəfat yeri | Moskva, Rusiya | ||||||||||||||||||||||||||||||
Vətəndaşlığı |
SSRİ → Rusiya |
||||||||||||||||||||||||||||||
Boyu | 162 | ||||||||||||||||||||||||||||||
Çəkisi | 60 kq | ||||||||||||||||||||||||||||||
Mövqeyi | hücumçu | ||||||||||||||||||||||||||||||
Karyerası | |||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||
Təltif və medalları | |||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||
|
Rafiq Əlizadə "Neftçi" komandasının Olimpiya Ehtiyatları Respublika Uşaq-Gənclər İdman Məktəbinin yetirməsidir. Karyerasını 1966-cı ildə Bakının "Lokomotiv" komandasında başlayıb. Elə həmin il Bakının digər təmsilçisi "Neftçi"yə keçib. "Neftçi"nin heyətində ilk görüşünü SSRİ Kubokunun 1/16 final mərhələsi çərçivəsində Çelyabinskin "Lokomotiv" komandasına qarşı keçirib. Əlizadə 1968—1973 və 1976—1982-ci illərdə formasını geyindiyi "Neftçi" komandasının heyətində ümumilikdə çempionat və Kubok oyunlarında 209 oyun keçirib, 13 qol vurub. 1973-cü ildə hərbi xidmətdə olan zaman "Tiraspol şəhərinin komandası"nın heyətində çıxış edib.
1975-ci ildə baş məşqçisi azərbaycanlı Əhməd Ələsgərov olan Odessanın "Çernomorets" komandasına keçib. Bu komandanın heyətində SSRİ yüksək liqasında 17 oyun keçirib, 1 qol vurub. Bundan əlavə o, 17 sentyabr 1975-ci ildə UEFA Kuboku çərçivəsində İtaliyanın "Latsio" komandasına qarşı keçirilmiş və Odessa təmsilçisinin 1-0 hesablı qələbəsi ilə başa çatmış oyunda 69 dəqiqə meydanda olub.[4] Bununla da Əlizadə, UEFA Kubokunda çıxış edən ilk azərbaycanlı kimi tarixə düşüb.[1]
1989-cu ildə — yeddi illik fasilədən sonra futbolçu karyerasını bərpa edib və "Termist GOHM"un heyətində SSRİ ikinci liqasında 8 oyun keçirib, 1 qol vurub.
1991-ci ildə futzal üzrə SSRİ çempionatında Bakının "Neftçi" komandasının heyətində 4 oyun keçirib, 8 qol vurub. O, həmçinin futzal üzrə SSRİ yığmasının heyətində 2 görüş keçirib.[1]
1999-cu ildə tarixində ilk və hələ ki, sonuncu dəfə Avropa çempionluğunu qazanan futzal üzrə Rusiya yığmasının köməkçi məşqçisi olub.[1]
1992-2008-ci illər aralığında Rusiyanın "Dina" futzal klubunun idman direktoru,[5] 2010-2017-ci illər aralığında isə maddi-texniki təminat üzrə vitse-prezidenti olub.[6]
2019-cu ildə Rusiya mini-futbol Assosiasiyası tərəfindən "İşinə sədaqətə görə" medalı ilə təltif edilib.[7]
Rafiq Əlizadə 1991-ci ildən Rusiyanın paytaxtı Moskva şəhərində yaşayır. İki övladı və 4 nəvəsi var.[1]