Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax:
Rafiq Bayramov.
Rafiq İdris oğlu Bayramov (azərb. Bayramov Rafiq İdris oğlu; 9 sentyabr 1976, Daşkənd, Vardenis rayonu) — Azərbaycan alimi, həkim–ftiziator, Azərbaycan Tibb Universitetinin dosenti, tibb üzrə fəlsəfə doktoru. "Ağciyər xəstəlikləri" kafedrasının müdiri (2015-indi).
Rafiq Bayramov 9 sentyabr 1976-cı ildə Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdur[1]. Doğulduğu kənddə orta təhsilə başlasa da Azərbaycanlıların Ermənistandan köçürülməsi nəticəsində 1988-ci ildə doğulduğu kənddən ailəsi ilə birlikdə Bərdə rayonunun Yeni Daşkənd kəndinə köçmüş, Yasif Kərimov adına Yeni Daşkənd kənd tam orta məktəbində oxumuş, 1993-cü ildə isə Bakı şəhəri 12 saylı tam orta məktəbi bitirmişdir.
1993–1999-cu illərdə Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsində təhsil almışdır. 2000–2002-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fiziologiya İnstitutunda aspiranturada təhsilini davam etdirmiş və kiçik elmi işçi vəzifəsində çalışmışdır[1].
2003-cü ildə Azərbaycan Tibb Universitetinin ağciyər xəstəlikləri kafedrasına baş laborant, 2004-cü ildə assistent, 2013-cü ildə isə dosent vəzifəsinə təyin olunmuşdur[1]. R. İ. Bayramov 2011-ci ildə ATU-nin I müalicə profilaktika fakültəsinin dekan müavini, 2013-cü ildən etibarən isə rektorun köməkçisi vəzifəsinə təyin olunmuşdur[2].
2011-ci ildə N. Ə. Abbasovun elmi rəhbərliyi ilə "Xroniki destruktiv ağciyər vərəmi zamanı ürəyin funksional vəziyyəti" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və tibb üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır[3].
R. İ. Bayramov 120-dən çox elmi məqalənin müəllifidir[1]. Azərbaycan Tibb Universitetinin "Ağciyər xəstəlikləri" kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktorudur[4].
2015-ci ildə Azərbaycan Tibb Universitetinin "Ağciyər xəstəlikləri" kafedrasının müdiri vəzifəsinə seçilmişdir.
Ailəlidir, 3 övladı var[1].
- "Vərəmin aşkar olunmuş destruktiv formalarının kimyəvi terapiya və cərrahi müalicə metodlarından sonrakı dövrdə reaktivasiyanın tədqiqi", IX Beynəlxalq Avroasiya Cərrah və Qastroenteroloqların konqresi. Bakı 15–18, 2006-cı il.
- "Ağciyər vərəminin müxtəlif formalarında ağciyər rezeksiyasından sonra miokard və xarici tənəffüs funksiyasının öyrənilməsi" IX Beynəlxalq Avroasiya Cərrah və Qastroenteroloqların konqresi. Bakı 15–18, 2006-cı il.
- "Клинико-иммунологические особенности атопической бронхиальной астмы при ее сочетании с туберкулезом легких у взрослых" Дни чтения Булатова Международный конгресс. Санкт-Петербург, июнь, 2006 г.
- "Некоторые аспекты исследования туберкулиновой чувствительности у детей и подростков" XI Международный конгресс по реабилитации и иммунореабилитации. Испания 22 29.04. 2006 г.
- "Влияние широты охвата детей и подростков пробой Манту на частоту развития туберкулезного менингита у детей и подростков" Sosial-gigiyena kafedrasının sabiq müdiri prof. İosif Felin anadan olmasının 100 illik yubiley toplusu, 2006-cı il.
- "Kimyəvi terapiya və cərrahi yolla müalicədən sonra ağciyər vərəminin reaktivasiyasının bir neçə istiqamətdə öyrənilməsi" Əziz Əliyevin 100 illik yubileyinə həsr olunmuş toplu. 2007-ci il
- "Патологические изменения в бронхах при разных стадиях ХОБЛ" Əziz Əliyevin 100 illik yubileyinə həsr olunmuş toplu. 2007-ci il
- "KJB vaksinasiyasının uşaqlarda vərəm meningitinin rastgəlmə tezliyinə təsiri" İ. D. Katsın yubleyinə həsr olunmuş toplu,2008-ci il.
- "Ftiziopulmonologiyada xroniki ağciyər ürəyinin bəzi aspektləri" A. Ə. Axunbəylinin 70-illik yubileyinə həsr olunmuş elmi təcrübi konfrans 2008-ci il.
- "Особенности клинического течения легочного сердца и функ-циональное состояние миокарда у больных хроническим деструктивным туберкулезом легких". Журнал для аспирантов и докторантов, Курск 2009.
- "Важность показателей эхокардиографии в оценки функции правого желудочка сердца и легочной артерии у больных туберкулезом и неспецифическими заболеваниями" ATU-nin 80 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfransın materialları, Bakı 2010, səh.224
- "Lizinoprilin xarici tənəffüs funksiyasının göstəricilərinə təsirinin ağciyər ürəyi ilə ağırlaşmış vərəmli xəstələrin kompleks müalicəsində öyrənilməsi" Vərəm və ağciyər xəstəlikləri üzrə III Respublika Elmi-praktiki konfransı və I milli respirator konqresi. Elmi materiallar toplusu, 3–4 may 2010-cu il, Bakı, səh.64–66
- "Ftiziopulmonoloji xəstələrdə ağciyər hipertenziyasının erkən diaqnostikası" II Milli Respirator Konqres (ağciyər xəstəlikləri və vərəm üzrə IV Respublika elmi-praktiki konfrans) 28–30 aprel 2011 il səh. 26–29.