Seyidlər — Azərbaycan Respublikasının Laçın rayonu Pircahan kənd inzibati ərazi dairəsində kənd.[1]
Seyidlər | |
---|---|
39°42′21″ şm. e. 46°27′55″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Deyilənlərə görə, Böyük Seyidlər kəndinin əsasını XII-XIII əsrlərdə Səudiyyə Ərəbistanın Hicaz bölgəsindən köçüb gəlmiş tərəkəmə-bədəvi ailələlərindən olan Seyid Əli Xəlifənin soyu-şəcərəsi tərəfindən qoyulmuşdur. Zəngəzur və Qarabağ bölgəsinin ən ağır-kəramətli seyidlərindən biri kimi Seyid Əli Xəlifə bu kənddə dünyasını dəyişmiş, onun məzarı üstündə sərdabə tikilmiş və məşhur ziyarət ocağı kimi dini-irfanı məbədə çevrilmişdir.
Onun nəsil şəcərəsindən olan "Seyid Hüseyn ocağı" da bu kəndin ziyarətgahı olmaqla, ibadət əhlinin üz tutduğu sakral məkanlardan biridir.
"Güllü qəbir piri"-də (Qarabağın tanınan kəramət-irfan sahiblərindən olan Xudavəndə Xəlifənin nəvəsi Hacı İbrahim ağanın bu kənd qəbirstanlığındakı məzarı) müqəddəs yer kimi Böyük Seyidlər kəndinin ibadət ocağıdır.
Böyük Seyidlər kəndinin sakral və maddi-tarixi abidələri sırasındakı nadir tikililərdən biri də XVII-XVIII əsrə aid Həkəri çayının sağ qolu olan Şəlvə çayı üzərindəki birtağlı "Seyidlər körpüsü"dür.
Sakral-toponimik coğrafi məkan olan Böyük Seyidlər kəndinin dini-irfani soylarından Seyid İsmayıl Məşədi Məmi oğlunun (1828-1914) və Seyid Məşədi İmran Ağanın (1840-1932), Hacı Mirəziz ağanın (1867-1928) adları xüsusi ehtiramla çəkilir.[2]
Seyidlər kəndi dağətəyi ərazidədir. Kənd seyidlər nəslinin adını daşıyır.[3]
1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
1856-cı il "Qafqaz təqvimi"nə görə, əhalisi şiə kürdlərdən ibarət olmuşdur.[4]
Əsas təsərrüfatı heyvandarlıq idi.
Laçın rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |