Rahat Muxtar oğlu Əliyev (qaz. Raxat Muxtarulı Älïyev; 10 dekabr 1962, Almatı – 24 fevral 2015, Yozefştadt məhkəmə həbsxanası[d]) — Qazaxıstanın Avstriyadakı keçmiş səfiri;[1] Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin keçmiş kürəkəni.[1]
Rahat Əliyev | |
---|---|
qaz. Raxat Älïyev | |
| |
Doğum tarixi | 10 dekabr 1962 |
Doğum yeri | |
Vəfat tarixi | 24 fevral 2015 (52 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | asılma[d] |
Dəfn yeri |
|
Vətəndaşlığı |
SSRİ→ Qazaxıstan |
Həyat yoldaşı |
|
Uşaqları | |
Təhsili | |
Fəaliyyəti | diplomat, iqtisadçı, siyasətçi, iş adamı |
Elmi dərəcələri | |
Vikianbarda əlaqəli mediafayllar |
Rahat Əliyev 10 dekabr 1962, Alma-Atada anadan olmuşdur.
1980-ci illərdə 2-ci Moskva Tibb İnstitutunda klinika ordinatoru işləmişdir.[2]
Qazaxıstandakı karyerası 1990-cı illərin əvvəlindən inkişaf etməyə başlayıb.[2]
Müxtəlif vaxtlarda Qazaxıstan Səhiyyə Nazirliyi Xarici İqtisadi Əlaqələr İdarəsinin müdir müavini, iki ticarət şirkətinin baş direktoru və Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi sədrinin müavini vəzifələrində çalışmışdır.[2]
2002-ci ildə Qazaxıstanın Avstriya səfiri vəzifəsinə təyin olunmuşdur.[2] 2005-ci ildə vətənə qayıtdıqdan sonra Əliyev karyerasını Xarici İşlər Nazirliyində davam etdirmiş, lakin 2007-ci ildə yenidən Avstriyaya ezam edilib.[2]
Rahat Əliyev Qazaxıstanda iki yüksək rütbəli bank menecerini oğurlatdıraraq qətlə yetirilməsi sifarişini verməkdə ittiham olunub.[1] Belə ki, 2007-ci ildə ölkənin ən iri kredit idarələrindən biri olan "Nurbank"la bağlı yaranmış qalmaqalda onun rolunun olduğu iddia edilmişdir.[2] Özü də "Nurbank"ın səhmdarı olan Rahat Əliyevi 2007-ci ildə həmin bankın rəhbərləri – idarə heyətinin sədri Əbilmajin Gilimov və idarə heyəti sədrinin sabiq birinci müavini Joldas Timirəliyevin oğurlanmasında ittiham edirlər.[2]
Onun barəsində Qazaxıstanda qiyabi məhkəmə keçirilmiş və 40 il müddətinə azadlıqdan məhrum edilmişdi.[3] O, 2007-ci ilin yazından xarici ölkələrdə gizlənirdi.[3]
Nəhayət 2014-cü il iyunun 5-də Vyanada tutulub[3] və həmin vaxtdan Avstriyada həbsdə idi;[4] Onun Qazaxıstana ekstradisiya edilməsi məsələsi Avstriya tərəfindən imtina edilib.[5] 2015-ci ilin fevral ayının 24-də Avstriya həbsxanasında intihar edib.[1]
Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin qızı Dariğa Nazarbayeva ilə evli olub.[1] Onlar 1983-cü ildə evlənib.[2] Nurali (d. 1985), Aysultan (d. 1990) və Venera (d. 2000) adlı 3 övladları var.[6]
2007-ci Dariğa Nazarbayeva ilə ayrıldıqdan sonra Avstriya vətəndaşı olan Elnarə Şorazova ilə evlənmişdir.[5]
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |