Rahid Ulusel — Azərbaycan filosofu, kulturoloqu, ədəbiyyatşünası, tənqidçisi, esseisti, fəlsəfə elmləri doktoru, professor.
Rahid Ulusel | |
---|---|
Rahid Süleyman oğlu Xəlilov | |
Doğum tarixi | |
Doğum yeri | Masallı rayonu |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elm sahəsi | Fəlsəfə |
Elmi dərəcəsi | |
Elmi adı | Professor |
İş yerləri | Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycanda Atatürk Mərkəzi |
Təhsili | Ali |
Tanınır | Azərbaycan filosofu, kulturoloqu, ədəbiyyatşünası, tənqidçisi, esseisti, fəlsəfə elmləri doktoru, professor |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Rahid Ulusel (Ulusel – onun müəllif təxəllüsüdür) 1954-cü ilin 13 avqustunda Azərbaycan Respublikasının Masallı rayonunun Kəlbəhüseynli (keçmiş adı: Qaladibi) kəndində doğulmuşdur. 1975-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1975-2001-ci illərdə müəllim, İcra Hakimiyyəti başçısının müavini, baş redaktor vəzifələrində çalışmışdır. 1986-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasında namizədlik, 2007-ci ildə Bakı Dövlət Universitetində doktorluq dissertasiyaları müdafiə etmişdir. 1990-cı ildə “Humanitariya metasistemi” konsepsiyasına görə keçmiş SSRİ Təhsil Nazirliyinin medalına layiq görülmüşdür. 2002-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının baş elmi işçisi və Azərbaycanda Atatürk Mərkəzinin elmi əməkdaşıdır. 2005-2007-ci illərdə Qərb Universitetində fəlsəfə və kulturologiya üzrə mühazirələr aparmışdır. 2005-ci ildə “Qlobalistika və Sivilizasiologiya” Elmi Araşdırmalar İctimai Birliyini təsis etmişdir. Prezidenti olduğu bu təşkilat 2011-ci ildə Azərbaycanda və bütün Cənubi Qafqazda ilk elmi qurum olaraq Fəlsəfə Cəmiyyətlərinin Beynəlxalq Federasiyasına üzv qəbul edilmişdir. Rahid Ulusel 1989-cu ildən keçmiş SSRİ Yazıçılar İttifaqının üzvü, 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsü, 2010-cu ildən Biokosmologiya Assosiasiyasının Təşkilat Komitəsinin (Rusiya) üzvü, Biokosmologiya Assosiasiyasının Yaxın Şərq üzrə vitse-prezidenti, “Biokosmologiya – neo-Aristotelizm” jurnalının Redaksiya Heyətinin üzvü olmuşdur. Hazırda Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun Dissertasiya Şurasının, Ədəbiyyat İnstitutunun Elmi Əsərləri – “Poetikaizm”in Redaksiya Şurasının üzvüdür. XXII Dünya Fəlsəfə Konqresi (Koreya, Seul Universiteti, 2008), VIII Dünya Konqresi (İsveç, Stokholm, 2010), II Beynəlxalq Konfrans (ABŞ, Harvard Universiteti, 2011), XXIII Dünya Fəlsəfə Konqresi (Yunanıstan, Afina, 2013) və bir sıra digər beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil etmişdir.[1] Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Azərbaycanın dünya birliyinə inteqrasiyası: Mədəniyyətlərin İpək Yolu” (2009) layihəsini həyata keçirmiş, layihə çərçivəsində müvafiq kitabları çap etdirmişdir. Dövri mətbuatda esseləri və əsasən, elmi jurnallarda fəlsəfə, estetika, kulturologiya, filologiya problemlərinə dair 200-dən çox məqaləsi, 22 kitab və monoqrafiyası çap olunmuşdur. Elmi nailiyyətlərinə görə 2017ci ildə Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən “İlin Alimi” adına layiq görülmüşdür.[2]
Professor Rahid Ulusel harmoniya fəlsəfəsini (harmonikanı) sistemli şəkildə tədqiq etmişdir.[3] Harmoniya fəlsəfəsinə görə, dialektikanın qarşılıqlı bağlılıqda olan üç qanunu – əksliklərin vəhdəti və mübarizəsi, inkarı inkar və kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsi qanunları – ayrı¬lıqda və bir-biri ilə münasibətdə ümumdünya harmoniyası qanununun tərkib hissələri kimi fəaliyyət göstərir. Harmoniya qanunu əsasında (1) varlıq – dünyaya, (2) hərəkət – dinamikaya, (3) zaman – tarixə çevrilir, (4) biosferin – antroposfer, (5) kosmoloqosun – psixoloqos, (6) təbiətin – mədəniyyət fazası yaranır. Beləliklə, varlıq – dünya – insan yaradılışının bir-birini tamamlayan, homosivilizasiyanı planet həyatının mühüm təkamül aktına çevirən ilk böyük meqafazası başa çatmış və yenisinə keçilişin şərtlərini meydana gətirmiş olur.[4] Harmoniya fəlsəfəsi (harmonika) – dünyanın özünüidarəedən bir sistem kimi, harmoniya meyarları və prinsipləri əsasında qlobal özünütəşkilinin yeni konsepsiyasını təqdim edir. Dünyanın qlobal vəhdətinin dərki ideyası – harmoniya fəlsəfəsinin təməl dünyagörüşüdür.[5] İnsan fəaliyyətində, cəmiyyət həyatında harmoniyayaradıcı başlanğıcın prioritetə çevrilməsi – harmoniya fəlsəfəsinin əsas konseptual məqsədidir.[6] Dialektika – Sinergetika – Harmonika triadasında fəlsəfi fikir öz bütövlüyünü əldə edir.[7] Müasir dünyanın qlobal problemləri də bu triadanın məhz Harmonikada sistemləşən metodologiyası vasitəsilə öyrənilmənin optimal imkanlarını qazanır.[8] Struktur harmoniya, kauzal harmoniya, sinergetik harmoniya, simmetrik harmoniya, xaotik harmoniya, funksional harmoniya, diferensial harmoniya, inteqral harmoniya, zaman harmoniyası, məkan harmoniyası, statik harmoniya, dinamik harmoniya – harmoniyanın əsas təzahür formalarıdır.[9]
Harmoniyanın dinamika atributları – harmonia praestabilita, harmonia modificatio və harmonia modulatio ilə şərtlənən harmonia progressio dünya inkişafının loqosudur.[10] Harmoniyanın universal prinsipləri – müxtəlifliyin vəhdəti (yaxud orqanikləşmə) prinsipi, koordinasiya prinsipi, loqos prinsipi, dixotomiya prinsipi, koevolyusiya prinsipi, proyeksiya prinsipi, “güzgü” prinsipi, “qızıl kəsim” prinsipi, meyarlandırma prinsipi (criteria harmonias), nizamlama prinsipi, konsensus prinsipi, konvergensiya prinsipi, divergensiya prinsipi, konsentrasiya prinsipi – bir-biri ilə sıx bağlıdır və bir-birini şərtləndirir. Kainat həyatının hər zamanında və hər bir məkanında harmoniyanın bu prinsipləri ilə onun özünüyaratmasının getdikcə zənginləşən prosesi davam edir.[11] Professor Rahid Ulusel planetar inkişafın diasinxroniya qanunauyğunluğunu, məkanca genişlənmə, zamanca intensivləşmə qanunauyğunluğunu konstatasiya etmiş, “qloballaşma”ya alternativ olaraq “homouniversalizm” konsepsiyasını, qlobal sivilizasiyaya doğru dünya inkişafının fəlsəfi paradiqmalarını irəli sürmüş, humanitar elmlər sistemində sivilizasiya hadisəsini öyrənən yeni elm sahəsinin – sivilizasiologiyanın nəzəri-konseptual əsaslarını işləmiş, Şərq və Qərb geopolitik bloklarının və sivilizasiyaları meqasisteminin yaranması, Şərq mədəniyyət düşüncəsinin monoloji, Qərb mədəniyyət düşüncəsinin isə dialoji modeldə quruluşlanması prosesini araşdırmışdır.[12] O, eyni zamanda, ayrı-ayrı monoqrafiyalarında türk sivilizasiyasını, müasir Azərbaycan tənqidini, Azərbaycan fəlsəfi lirikasını sistemli şəkildə tədqiq etmiş, müqayisəli esseistikanın nümunələrini ( “Nəsimi və Nikolay Kuzanlı”, “Füzuli və Mikelancelo”, “Cavid və Cibran “Peyğəmbər”ləri”) yaratmışdır. Aforizm – Rahid Ulusel yaradıcılığında xüsusi yer tutur.[13][14] Rahid Uluselin apardığı polemikalarda bu mövqe əsaslandırılır ki, qloballaşma – birqütb-ləşmə deyil.[15] Dünyanın birqütblü-piramidal konstruksiyasında bir dövlətin hegemonluğu, bir sivilizasiyanın dominantlığı naminə bütün digər dövlət və sivili¬zasiyaların, bütövlükdə dünyanın hərtərəfli inkişaf imkanları məhdudlaş¬dırılır. Qaliblər və məğlublar eyni qlobal təhlükəliliyin konflikt rejimində yaşamağa məhkum olurlar.[16] Bəşəriyyəti ardıcıl böhranlara, təsadüfiliklərə, sistemsizliyə, deməli, idarəolun¬mazlığa uğraşdıra bilən amorf dünya konstruksiyası qlobal sivilizasiyanın inkişaf məntiqinə ziddir. Bu məntiq – dünya inkişafının nəzəriyyə və praktikasında piramidal qloballaşma modelini deyil, inteqral qloballaşma modelini funksionallaşdırmağı zəruri edir.[17]