Rahil Nəcəfov

Rahil Nəcəfov (15 iyul 1982, Dördlər-I, Neftçala rayonu) — fəlsəfə tarixçisi, jurnalist, tərcüməçi.

Rahil Nəcəf
Rahil Nadir oğlu Nəcəf
Doğum tarixi (41 yaş)
Doğum yeri SSRİ, Azərbaycan SSR, Neftçala, Dördlər
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Atası Nadir Nəcəfov
Təhsili Ali
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Rahil Nəcəfov 15 iyul 1982-ci ildə Neftçala rayonunun Dördlər kəndində anadan olmuşdur. 2005-ci ildə Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsini bitirmişdir. 2012 - cil ildə AMEA Fəlsəfə və Hüquq İnstitutunda Şərq fəlsəfəsi filosoflarının irrasional görüşləri haqqında dissertasiya işi müdafiə etmişdir. Fəlsəfə üzrə fəlsəfə doktorudur. 2008-2018-ci illər Şərq fəlsəfəsi problemləri jurnalının məsul katibi vəzifəsində işləmişdir. Şərq fəlsəfəsi problemlərinə dair yerli və xarici jurnallarda 30 dən çox elmi məqalənin müəllifidir.Türkiyədə nəşr olunan Journal of Academic Social Science dərgisinin redaksiya şurasının və idarə heyətinin və Rusiyada Fəlsəfə Cəmiyyətinin üzvüdür (РОССИЙСКОГО ФИЛОСОФСКОГО ОБЩЕСТВА). 2016-2017-ci illər AMEA Qafqazşünaslıq İnstitutunda elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdır. 2018-2021-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin əsas mətbu orqanı olan Azərbaycan məktəbi (jurnal)nın (Azerbaijan journal of Educational Studies) baş redaktoru olub.[1][2].

Ailəlidir, 1 övladı var.

Elmi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Rahil Nəcəfov bir sıra tərcümə əsərlərinin də müəllifidir. Onlar İxvan əs-Səfa risalələri, IX Risalə, İbn Sinanın Məntiq külliyyatı, I hissə, Əbu Həfs Ömər Sührəvərdinin Əvarif əl-Məarif əsəri, Mühyiddin İbn əl-Ərəbinin “Lubb-əl Lubb” risaləsi, Yusif Həmədaninin “Rütbətu-l həyat” və s. əsərlərdir.

Tədqiq etdiyi sahələr Şərq peripatetizmi, Azərbaycan və Dünya Fəlsəfə tarixi, fəlsəfi - ictimai məsələlərdir.

Məqalələri[redaktə | mənbəni redaktə et]

  • 1.Şərq məşşai fəlsəfəsində metafizik məsələlər (Farabi və İbn Sinanın görüşləri əsasında). AMEA Asp. Elmi Konfransının Mat., II hissə, Bakı-"Elm"-2006 s. 109-112.
  • 2.Məşşai fəlsəfənin müdafiəçisi, Qəzzaliyə tənqid. AMEA Folklor İnstitutu, Elmi Axtarışlar, №XV, Bakı-"Səda"-2005, s. 650-652.
  • 3.Şərq filosofu İbn Sinada vəhy problemi. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı-2006, s. 267-270.
  • 4.İbn Sina fəlsəfəsində peyğəmbərlik və vəhyin əqli tamamlaması məsələsi. BDU, İlahiyyat Fakültəsinin Elmi məcmuəsi, № 08 (17) Bakı, Sentyabr 2007, s. 261-280
  • 5.Mistik şüur və mistik həyat haqqında. AMEA, Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu, Fəlsəfi Araşdırmalar İctimai Birliyi, Fəlsəfə elmi-nəzəri jurnal, №1(6), Bakı, 2007, s. 171-176.
  • 6.Vəhyin universal mahiyyətinin Quran işığında təbliği. BDU, İlahiyyat Fakültəsinin Elmi məcmuəsi, № 09, Bakı, Aprel (Nisan) 2008, s. 259-272.
  • 7.İbn Sinada vəhyin və fəlsəfi əqlin qarşılaşdırılması. AMEA, Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu, Şərq-Qərb Sivilizasiyaların dialoqu, Elmi-nəzəri jurnal, №4 (8), Bakı – 2007,s. 120-130.
  • 8. The problem of revalation in the İslamic Philosophy: Comparative analysis betüeen Avicenna and Farabi. Journal of Islamic Philosophy

Volume 10, 2016, Rahil Nacafov, Pages 115-132, DOI: 10.5840/islamicphil2016106[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. /http://journal.edu.az/editorial-council.html Arxivləşdirilib 2019-01-12 at the Wayback Machine
  2. "Nazirlik "Azərbaycan məktəbi"nin sabiq baş redaktoru ilə bağlı məsələyə münasibət bildirib". 2022-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-09.
  3. "Arxivlənmiş surət". 2021-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-21.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]