Rahim Əliyev (hərbçi)

Rahim Əhməd oğlu Əliyev - 1967-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. Cəmşid Naxçıvanski adına hərbi liseyi bitirmişdir. Hərbi liseyi bitirdikdən sonra Ukrayna Ali Hərbi Akademiyasında təhsilini davam etdirmişdir. Ali Hərbi Akademiyanı bitirdikdən sonra, bir müddət Almaniyada təhsilini davam etdirir.[1] Qarabağ müharibəsi zamanı könüllü şəkildə ordu sıralarına qoşulur və Ağdamın Cəvahir kəndində istehkamçılar üçün təlim yeri yaradır. Uzun müddət Azərbaycan Silahlı Qüvvələrinin tərkibində fəaliyyət göstərib. Polkovnik Rahim Əliyev Azərbaycanın ilk mühəndis-istehkamçılarından olub.1992-ci ildə Fred Asifin yaratdığı 859 saylı hərbi hissədə erməni işğalçılarına qarşı döyüşlərdə iştirak edib. Ağdərədən tutmuş Füzuliyə qədər neçə-neçə əməliyyatda iştirak edib. Rahim Əliyev Fred Asiflə bağlı verdiyi müsahibə bildirirdi:[2]

Rahim Əliyev
Rahim Əhməd oğlu Əliyev
Şəxsi məlumatlar
Ləqəbi "İstehkamın Dədə Qorqudu"
Doğum yeri Lənkəran, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Həyat yoldaşı Samirə Qocayeva
Uşaqları Fəridə İsrafilova, Leyla Abdullayeva, Dilbər Rahim, Tamerlan Əliyev
Atası Əhməd Əliyev
Anası Məmləkət Əliyeva
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Rütbə Polkovnik
Təltifləri "Vətən uğrunda" medalı "İgidliyə görə" medalı "Qüsursuz xidmətə görə" II dərəcəli medalı "Qüsursuz xidmətə görə" III dərəcəli medalı "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı
" Mən bu insanda kiminsə xoşuna gəlməyəcək, kiminsə xətrinə dəyəcək bir hərəkət görməmişəm. Haqq insanı idi. "

Rahim Əliyevin müstəqil Azərbaycanın ordu quruculuğunda çox böyük fəaliyyəti olmuşdur. Polkovnik Rahim Əliyev Aprel döyüşləri zamanı Lələtəpənin işğaldan azad olunmasında fəal iştirak etmişdir. Fred Asifin qardaşı Ədalət Məhərrəmov aprel döyüşlərindən danışarkən Rahim Əliyevi belə xatırlayır:

" Aprel döyüşlərində Rahim Füzulidə idi, səngərdə görüşdük. O günlərdə bir saat belə yatmadı. Əsgərlərlə çiyin-çiyinə döyüşürdü... Rahim akademiya idi. "

Aprel döyüşlərində fəal iştirakına görə Prezident İlham Əliyev tərəfindən "Vətən Uğrunda" medalı ilə təltif edilmişdir.[2] O, həmçinin sağlığında "İgidliyə görə" medalı ilə təltif edilmişdir.[3] Qarabağ qazisi Rey Kərimoğlu onun haqqında bildirirdi:[4]

" Batalyonun ən savadlı və ən etibarlı zabitlərindən idi...Ağdərədən tutmuş Füzuliyə qədər neçə-neçə əməliyyatda iştirak edib, ölümün pəncəsindən sağ çıxmışdı. "

Vəfatı[redaktə | mənbəni redaktə et]

Rahim Əliyev 2018-ci il 20 Yanvar tarixində ordumuz tərəfindən hazırlanan yeni qurğuların istifadə olunduğu döyüş tapşırığını yerinə yetirən zaman, silah yoldaşlarına özünü sipər edərək minaya düşmüş və Şəhid olmuşdur. Polkovnik Rahim Əliyev Bakıda, "Qurd Qapısı" deyilən ərazidə — hərbçilərin qəbiristanlığında torpağa tapşırılıb. Dəfndə müdafiə nazirinin müavini general- leytenant Kərim Vəliyev, general-mayor Rasim Əliyev, polkovnik Abdulla Qurbani, nazirliyin mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı iştirak ediblər.[5]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Fred Asifin qardaşı şəhid polkovnikdən nələr danışdı — axar.az". 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-24.
  2. 1 2 "Lələtəpənin alınmasında iştirak edən polkovnik dünyasını dəyişdi — Femida.az". 2019-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-23.
  3. "Azərbaycan qazilərinə örnək polkovnikin dəfni — İstipress". 2021-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-23.
  4. "Polkovnik Rahim Əliyevin dəfnindən özəl reportaj - Qazilər İnformasiya Portalı". 2018-01-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-01-23.
  5. "Azərbaycan ordusunun zabiti həlak oldu — Basta İnfo". 2018-01-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-01-23.