Kərim Tofiq oğlu Vəliyev (9 fevral 1961, Bakı) — Azərbaycan Silahlı Qüvvələrinin general-polkovniki; Azərbaycan Müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisi. Azərbaycan Respublikası müdafiə nazirinin şəxsi heyət üzrə sabiq müavini — Şəxsi Heyət Baş İdarəsinin sabiq rəisi (2014–2021).
Kərim Vəliyev | |
---|---|
Vəzifədədir | |
23 iyul 2021-ci ildən | |
Nazir | Zakir Həsənov |
Əvvəlki | Nəcməddin Sadıkov |
14 may 2014 – 23 iyul 2021 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 9 fevral 1961 (63 yaş) |
Doğum yeri | |
Təhsili | |
Hərbi xidmət | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Döyüşlər |
Aprel döyüşləri Tovuz döyüşləri Vətən müharibəsi • Cəbrayıl döyüşləri • Qubadlı döyüşləri |
Rütbəsi |
General-polkovnik |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Vəliyev Kərim Tofiq oğlu 9 fevral 1961-ci ildə Bakı şəhərində anadan olub.
1982-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini fərqlənmə ilə bitirib.
1990–1994-cü illərdə Frunze adına Hərbi Akademiyada qiyabi təhsil alıb.
Ailəlidir, iki övladı var.
1982–1990-cı illərdə SSRİ Silahlı Qüvvələri tərkibində kursant taqım komandiri, tədris şöbə rəisinin köməkçisi, tədris şöbə rəisinin baş köməkçisi vəzifələrində xidmət edib.
1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində tədris şöbə rəisinin müavini, briqada komandiri, cəbhə komandanının müavini, Müdafiə nazirinin döyüş əməliyyatları üzrə müavini, ordu korpusu komandiri, Hərbi Elmi Mərkəzin rəisi, Müdafiənin Planlaşdırılmasının Hərbi Strategiyası İdarəsinin rəisi vəzifələrində xidmət edib.
Azərbaycan Respublikası Prezidentinin 14.05.2014 tarixli Sərəncamı ilə Müdafiə nazirinin şəxsi heyət üzrə müavini — Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 23 iyul 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini — Azərbaycan Ordusunun Baş Qərargah rəisi vəzifəsinə təyin edilib.[1]
Azərbaycan Respublikası Prezidentinin 01.01.1994-cü il tarixli Sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni, 24.06.2005-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı, 25.06.2012-ci il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı, 09.12.2020-ci il tarixli Sərəncamı ilə "Zəfər" ordeni, 24.12.2020-ci il tarixli Sərəncamı ilə "Cəbrayılın azad olunmasına görə" medalı, 29.12.2020-ci il tarixli Sərəncamı ilə "Ağdamın azad olunmasına görə" medalı və 29.12.2020-ci il tarixli Sərəncamı ilə "Qubadlının azad olunmasına görə" medalı ilə təltif olunub.