Ralf Bakşi

Ralf Bakşi (d. 29 oktyabr 1938) — Krımçak kökənli amerikalı film rejissoru.[1][2]

Ralf Bakşi
ing. Ralph Bakshi
ivr.רלף בקשי‏‎
Doğum tarixi 29 oktyabr 1938(1938-10-29) (85 yaş)
Doğum yeri
Fəaliyyəti kinorejissor, ssenarist, film prodüseri, rəssam, aktyor, yazıçı, animasiyaçı, jurnalist, səsləndirmə aktyoru[d], televiziya prodüseri[d], rejissor
Fəaliyyət illəri 1959-cu ildən
ralphbakshi.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1972-ci ildən 1994-cü ilə qədər beşini özünün yazdığı doqquz filmə rejissorluq etmişdir. Altı animasiya filmində kiçik səsləndirmələr ilə kameo etmişdir. Bakşi 1957 və 1968-ci illər arasında animasiya seriyalarında çalışmışdır. 1972-ci il tarixli "Fritz the Cat" ilə ilk dəfə rejissorluq etdi. "Fritz the Cat" Amerika Kino Filmləri Birliyindən "X sertifikatı" alan ilk animasiya filmi olmuşdur. Ardından Bakşi daha çox film istehsal edə bilmək üçün "Heavy Traffic", "Coonskin" ve "Hey Good Looking" adlı filmlərə rejissorluq etdi.[3][4]

Bakşi bundan əlavə, fantaziya janrındakı "Wizards", "Lord of Rings" və "Fire and Ice" adlı filmlərə rejissorluq etmişdir. Bakşinin son filmi Bred Pitt, Qabriel Bryne və Kim Basingerin oynadığı, 19922-ci ildə ekranlara gələn "Xəyal Dünyası"dır.[5]

Filmoqrafiyası[redaktə | mənbəni redaktə et]

İl Film Vəzifəsi
Rejissor Ssenarist Prodüser
1972 Fritz the Cat Bəli Bəli
1973 Heavy Traffic Bəli Bəli
1975 Coonskin Bəli Bəli
1977 Wizards Bəli Bəli Bəli
1978 Lord of Rings Bəli
1981 American Pop Bəli Bəli
1982 Hey Good Lookin' Bəli Bəli Bəli
1983 Fire and Ice Bəli Bəli
1992 Xəyal dünyası Bəli

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Gibson, Jon M.; McDonnell, Chris. 'Coonskin // Unfiltered: The Complete Ralph Bakshi. 2008. səh. 106. ISBN 978-0-7893-1684-4.
  2. Gibson, Jon M.; McDonnell, Chris. 'Coonskin // Unfiltered: The Complete Ralph Bakshi. 2008. 108–9. ISBN 978-0-7893-1684-4.
  3. Maçek III, J.C. "'American Pop'... Matters: Ron Thompson, the Illustrated Man Unsung". PopMatters. August 2, 2012. August 24, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 28, 2021.
  4. Martin Goodman; Fred Patten. Fire and Ice // The Animated Movie Guide. 2005. səh. 84. ISBN 978-1-55652-591-9.
  5. Gibson, Jon M.; McDonnell, Chris. 'Wizards // Unfiltered: The Complete Ralph Bakshi. 2008. 132–34, 138. ISBN 978-0-7893-1684-4.