Ramazan Dursun oğlu Ramazanov (1930, Ellərkənd – 2003, Marneuli rayonu, Kvemo-Kartli) — azərbaycanlı şair və aşıq.
Ramazan Ramazanov | |
---|---|
Ramazan Dursun oğlu Ramazanov | |
Doğum tarixi | 1930 |
Doğum yeri | |
Vəfat tarixi | 2003 |
Vəfat yeri | |
Milliyyəti | azərbaycanlı |
Janr | folklor |
Ramazan Dursun oğlu Ramazanov 1930-cu ildə Ağbaba mahalının bir çox məşhur aşıqların yurdu olan Ellərkənddə anadan olub. Dağlar qoynunda, sazlı-sözlü bir mühitdə dünyaya göz açan Ramazan Dursun oğlu gözünü açandan saz görüb, söz eşidib, Güllübulaqlı ünlü ozan Aşıq Nəsib və onun istedadli yetirmələrini dinləyib, onların sazının sehrinə düşüb. Aşıq Sayad və Aşiq İsgəndər ona sənətdə örnək olublar. Elə ilk sənət dərsini də Aşıq Sayddan alıb. Güclü hafizəsi sayəsində əvvəlcə Ağbaba və Qars, sonra isə Borçalı aşıq məktəbinin özünəməxsus incəliklərini, folklorunu mənimsəyib. Ancaq doğma yurd-yuvasında Ramazan Dursun oğlunun firavan həyatı uzun sürməyib. Məkrli erməni siyasətinin sayəsində üzləşdiyi təzyiqlərə dözə bilmədiyindən dədə-baba yurdunu tərk etmək məcburiyyətində qalaraq Borçalıya üz tutub. Kürüstü Dəmirçihəsənlidə — Yağlıca dağlarının ətəyində yerləşən Alget kəndinə (Alget üzümçülük sovxozu adlanırdı) köçüb və ömrünün sonana kimi burada yaşayıb. Burada ona böyük hörmətlə yanaşıblar, bir aşıq kimi məclislərə dəvət alıb, qısa müddət ərzində bütün Borçalıda tanınıb. Aşıq Ramazanın sinəsində neçə-neçə dastan, rəvayət, qaravəlli və klassik ustadlarin şeirləru vardı. Aşıq Ramazan Ramazanov 2003-cü ildə Alget kəndində vəfat edib[1].