Ramilə Kaşdayeva (qızlıq soyadı: Yusubova; doğ. 28 iyul 1987, Tbilisi, Gürcüstan SSR) — Azərbaycan paracüdoçusu, keçmiş cüdoçu, Azərbaycan Dövlət Sərhəd Xidmətinin giziri.[1] Cüdo üzrə idman ustası, 2010-cu il dünya çempionatının bürünc mükafatçısı.
Ramilə Kaştayeva | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Ramilə Şahvələd qızı Kaştayeva |
Vətəndaşlığı | Azərbaycan |
Doğum tarixi | |
Doğum yeri | Tbilisi, Gürcüstan SSR |
İdman növü | Paracüdo |
Məşqçisi | İbadulla Şabanov |
Boyu | 168 sm |
Çəkisi | 63 kq |
Ağırlıq dərəcəsi | 70 kq |
Ramilə Kaştayeva beynəlxalq səviyyədə ilk uğurunu 2003-cü ildə qazanıb. O, Bakı şəhərində keçirilmiş yeniyetmə cüdoçuların Avropa çempionatında iştirak etmiş və 63 kq çəki dərəcəsində qızıl medal qazanmışdır.[2]
2005-ci ildə Azərbaycan çempionatında 63 kq çəki dərəcəsində ikinci yerə çıxıb.[3]
2006-cı ildə 23 yaşadək gənclər arasında Azərbaycan birinciliyində ikinci yerə çıxıb.[4]
2006 və 2009-cu illərdə 23 yaşadək gənclər arasında Avropa çempionatında bürünc medal qazanıb.[5][6]
2008-ci ildə 63 kq, 2013-cü ildə isə 70 kq çəki dərəcəsində Azərbaycan çempionu olub.[7][8]
2010-cu ildə Tokio şəhərində keçirilmiş dünya çempionatında bürünc medal qazanıb.[9]
2012-ci il London Yay Olimpiya Oyunlarında ölkəsini 63 kq-a qədər çəki dərəcəsində təmsil edib. İlk görüşündə türkmənistanlı Gülnar Haytbayevanı 1 vazari və 1 yuka xalı ilə məğlub edib.[10] İkinci görüşündə cənubi koreyalı Da-Vun Younqa ippon fəndiylə[11] məğlub olaraq mübarizəni dayandırıb.[12]
2017 İslam Həmrəyliyi Oyunlarında paracüdo yarışlarında iştirak edib. 1/2 final mərhələsində Özbəkistan təmsilçisi Gülruh Rəhimovanı 5 saniyəyə ippon fəndiylə üstələyib.[13] Final görüşündə digər Azərbaycan cüdoçusu Turanə Ağayevaya ipponla qalib gələrək qızıl medala sahib olub.[14]