Sona Əhmədli (5 oktyabr 1988, Bakı) — Azərbaycanı təmsil edən qadın güləşçi, 2010-cu il Avropa Çempionatının qalibi.[2]
Sona Əhmədli | ||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Şəxsi məlumatlar | ||||||||||||||||||||
Tam adı | Sona Yadulla qızı Əhmədli | |||||||||||||||||||
Vətəndaşlığı | Azərbaycan | |||||||||||||||||||
Doğum tarixi | ||||||||||||||||||||
Doğum yeri | Bakı,[1] Azərbaycan SSR | |||||||||||||||||||
Boyu | 165 sm. (5 ft 6 in) | |||||||||||||||||||
İdman növü | Güləş | |||||||||||||||||||
Karyera illəri | 2000—2012 | |||||||||||||||||||
Məşqçisi | Arif Fərmanov | |||||||||||||||||||
Komandası | Atasport İdman Klubu | |||||||||||||||||||
Medallar
|
2007-ci ildə Serbiyada yeniyetmələr arasında Avropa Çempionatını 5-ci pillədə, Çində yeniyetmələr arasında Dünya Çempionatını isə 10-cu pillədə başa vuran Sona Əhmədli, ilin əsas turniri hesab olunan Dünya Çempionatında 18-ci pillədə qərarlaşdı.[2]
2008-ci ildə Qızıl Qran-Pri beynəlxalq turnirində beşinci pillənin sahibi olan Sona Əhmədli, Koşitse şəhərində gənclər arasında Avropa Çempionatını gümüş medalla, İstanbul şəhərində gənclər arasında Dünya Çempionatını isə 8-ci pillədə başa vurdu.[2]
Daha sonra Sona Əhmədli 2009-cu ilin aprelində Vilnüs şəhərində (Litva) baş tutan Avropa Çempionatını 16-cı pillədə başa vurdu.[2] İyulda Qızıl Qran-Pri beynəlxalq turnirinin bürünc medalına sahib olan Sona Əhmədli, sentyabrda Herninq şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı.[2] Turnirin 1/8 final mərhələsində Belarus nümayəndəsi Alyona Filipavaya 2:1, 1/4 final mərhələsində İtaliya nümayəndəsi Valentina Minguzziya 2:0, 1/2 final mərhələsində isə ABŞ nümayəndəsi Tatyana Suareza 2:0 hesabları ilə qalib gələn Sona Əhmədli, final görüşündə Yaponiya nümayəndəsi Saori Yoşidaya 0:2 hesabı ilə məğlub oldu və Dünya Çempionatının gümüş medalına sahib oldu.[2] Sona Əhmədli Dünya Çempionatının medalına sahib olan birinci azərbaycanlı qadın güləşçi oldu.[2]
2010-cu ilin aprelində isə Sona Əhmədli Avropa Çempionatında mübarizə apardı.[2] Turnirin 1/4 final mərhələsində Norveç nümayəndəsi Qudrun Hoyena, 1/2 final mərhələsində isə Fransa nümayəndəsi Məryəm Selluma qalib gələn Sona Əhmədli, final görüşündə Bolqarıstan nümayəndəsi Taybe Yuseyna qalib gəldi və Avropa Çempionatının qalibi oldu.[2] Bununla da Sona Əhmədli Avropa Çempionatlarının qalibi olan birinci azərbaycanlı qadın güləşçi oldu. Mövsüm ərzində Sona Əhmədli həm də Avstriyada Austrian Ladies Open və Azərbaycanda Qızıl Qran-Pri beynəlxalq turnirlərini beşinci pillələrdə başa vurdu.[2] Bir il sonra, 2011-ci ildə isə Sona Əhmədli İstanbul şəhərində Dünya Çempionatını bürünc medalla başa vurdu, Qızıl Qran-Pri beynəlxalq turnirinin isə qalibi oldu.[2]
2012-ci ildə Serbiyanın Belqrad şəhərində Avropa Çempionatının bürünc medalına sahib olan Sona Əhmədli həmin il dizindən ciddi zədə aldı və əməliyyat olundu.[2] Amma bu, fayda vermədi və tam tərsi, problemli dizinə su yığılmağa başladı.[2] Müayinədən sonra Sona Əhmədlinin əhəmiyyatının uğursuz olduğu müəyyən olundu.[2] Bundan sonra Sona Əhmədli 24 yaşında idmanla vidalaşmalı oldu.[2]
Gənclərin Avropa Çempionatı | Serbiya | |||
Gənclərin Dünya Çempionatı | Çin | |||
Dünya Çempionatı | Azərbaycan | |||
Qızıl Qran-Pri | Azərbaycan | |||
Gənclərin Avropa Çempionatı | Slovakiya | |||
Gənclərin Dünya Çempionatı | Türkiyə | |||
Avropa Çempionatı | Litva | |||
Qızıl Qran-Pri | Azərbaycan | |||
Dünya Çempionatı | Danimarka | |||
Avropa Çempionatı | Azərbaycan | |||
Austrian Ladies Open | Avstriya | |||
Qızıl Qran-Pri | Azərbaycan | |||
Dünya Çempionatı | Rusiya | |||
Qızıl Qran-Pri | Azərbaycan | |||
Dünya Çempionatı | Türkiyə | |||
Avropa Çempionatı | Serbiya |