Ramilə Yusubova

Ramilə Kaşdayeva (qızlıq soyadı: Yusubova; doğ. 28 iyul 1987, Tbilisi, Gürcüstan SSR) — Azərbaycan paracüdoçusu, keçmiş cüdoçu, Azərbaycan Dövlət Sərhəd Xidmətinin giziri.[1] Cüdo üzrə idman ustası, 2010-cu il dünya çempionatının bürünc mükafatçısı.

Ramilə Kaştayeva
Şəxsi məlumatlar
Tam adı Ramilə Şahvələd qızı Kaştayeva
Vətəndaşlığı Azərbaycan
Doğum tarixi (36 yaş)
Doğum yeri Tbilisi, Gürcüstan SSR
İdman növü Paracüdo
Məşqçisi İbadulla Şabanov
Boyu 168 sm
Çəkisi 63 kq
Ağırlıq dərəcəsi 70 kq

Karyerası[redaktə | mənbəni redaktə et]

Ramilə Kaştayeva beynəlxalq səviyyədə ilk uğurunu 2003-cü ildə qazanıb. O, Bakı şəhərində keçirilmiş yeniyetmə cüdoçuların Avropa çempionatında iştirak etmiş və 63 kq çəki dərəcəsində qızıl medal qazanmışdır.[2]

2005-ci ildə Azərbaycan çempionatında 63 kq çəki dərəcəsində ikinci yerə çıxıb.[3]

2006-cı ildə 23 yaşadək gənclər arasında Azərbaycan birinciliyində ikinci yerə çıxıb.[4]

20062009-cu illərdə 23 yaşadək gənclər arasında Avropa çempionatında bürünc medal qazanıb.[5][6]

2008-ci ildə 63 kq, 2013-cü ildə isə 70 kq çəki dərəcəsində Azərbaycan çempionu olub.[7][8]

2010-cu ildə Tokio şəhərində keçirilmiş dünya çempionatında bürünc medal qazanıb.[9]

2012-ci il London Yay Olimpiya Oyunlarında ölkəsini 63 kq-a qədər çəki dərəcəsində təmsil edib. İlk görüşündə türkmənistanlı Gülnar Haytbayevanı 1 vazari və 1 yuka xalı ilə məğlub edib.[10] İkinci görüşündə cənubi koreyalı Da-Vun Younqa ippon fəndiylə[11] məğlub olaraq mübarizəni dayandırıb.[12]

2017 İslam Həmrəyliyi Oyunlarında paracüdo yarışlarında iştirak edib. 1/2 final mərhələsində Özbəkistan təmsilçisi Gülruh Rəhimovanı 5 saniyəyə ippon fəndiylə üstələyib.[13] Final görüşündə digər Azərbaycan cüdoçusu Turanə Ağayevaya ipponla qalib gələrək qızıl medala sahib olub.[14]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "06.06.2017- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı". dsx.az. 2022-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-28.
  2. "EUROPEAN CADET CHAMPIONSHIPS U17 BAKU - EVENT". judoinside.com. 2015-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-25.
  3. "AZERBAIJAN CHAMPIONSHIPS BAKU - EVENT". judoinside.com. 2017-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-25.
  4. "AZERBAIJAN U23 CHAMPIONSHIPS BAKU - EVENT". judoinside.com.
  5. "EUROPEAN CHAMPIONSHIPS U23 MOSCOW - EVENT". judoinside.com. 2017-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-25.
  6. "EUROPEAN CHAMPIONSHIPS U23 ANTALYA - EVENT". judoinside.com. 2017-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-25.
  7. "AZERBAIJAN CHAMPIONSHIPS BAKU - EVENT". judoinside.com. 2017-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-25.
  8. "AZERBAIJAN CHAMPIONSHIPS BAKU - EVENT". judoinside.com. 2017-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-25.
  9. "WORLD CHAMPIONSHIPS TOKYO - EVENT". judoinside.com. 2017-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-25.
  10. "Рамиля Усубова победила туркменку". vesti.az. 2016-10-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-02-25.
  11. "London-2012: Cüdoçu Ramilə Yusubova da məğlub oldu". azadliq.org. 2021-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-25.
  12. "Лондон 2012: обратный отсчет – 14 азербайджанских спортсменов уже покинули соревнования". sputnik.az.[ölü keçid]
  13. "İslamiadada bir günə 22 medal, Azərbaycan Türkiyəyə qalib gəldi - YENİLƏNDİ". sportnet.az. 2018-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-28.
  14. "İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarında qalib gələn cüdoçulara medalları təqdim edib". president.az. 2017-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-28.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]