Filmin mövzusu Dağlıq Qarabağ həqiqətləri və Ermənistanın terror siyasətidir. Filmdə Ermənistan tərəfindən Azərbaycan Prezidentinə hazırlanmış terror aktının təşkilindən, ölkədə xaos yaratmaq niyyətindən bəhs edilir. Ermənistan xüsusi orqanlarının əli ilə Azərbaycan dövlətinə və onun başçısına qarşı terror aktı hazırlanır. Qarabağda azərbaycanlılara qarşı etnik təmizləmə əməliyyatlarına rəhbərlik edən beynəlxalq terrorçu Zorik Babayan (Kazım Abdullayev) Ermənistan dövləti tərəfindın Azərbaycanın dövlət başçısını öldürmək tapşırığı alır. Görülən operativ əməliyyatlara baxmayaraq Zorik Babayan Bakıya gəlməyə müvəffəq olur. Bundan əlavə, bir qrup satqın terrorçunun zərərsizləşdirilməsinə mane olmağa çalışır. General Əli Talıbova (Elşən Rüstəmov) terror aktının qarşısını almaq tapşırılır. Vətənə, dövlətə, insanlara sevgi aşılayan bu filmdə Natəvanla (Sevinc Əlişova) Əlinin məhəbbəti filmin melodram xəttinin əsasını təşkil edir.[1]
Seçilən | |
---|---|
Janr |
döyüş macəra triller |
Rejissorlar | Məsud Abpərvər |
Ssenari müəllifi | Vahid Mustafayev (Vahid Naxış kimi) |
Baş rollarda |
Elşən Rüstəmov Kazım Abdullayev Sevinc Əlişova İlqar Musayev Nazir Rüstəmov |
Operator | Haşem Gerami |
Bəstəkar | Arman Musapur |
İstehsalçı | Bakıfilm |
İlk baxış tarixi | 24 noyabr 2008, Bakı |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 93 dəq. |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2008 |
Texniki məlumatlar | 10 hissə |
Rəng | rəngli |