Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Ramiz Topuş oğlu Hümbətov — Bakı Ali Neft Məktəbinin prorektoru, professor, Azərbaycan Respublikası Əməkdar Elm Xadimi.[1]
Ramiz Topuş oğlu Hümbətov | |
---|---|
Doğum tarixi | |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Atası | Topuş Hümbətov |
Elm sahəsi | neft sənayesi |
Elmi dərəcəsi | texnika elmləri doktoru |
İş yeri | Bakı Ali Neft Məktəbi |
Mükafatları |
|
Ramiz Hümbətov 1944-ci ildə Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu bitirib. O, 1968-1971-ci illərdə Moskvada aspiranturada təhsil alıb. 1971-1984-cü illərdə Ümumittifaq "SUGEO" İnstitutunun Bakı filialında kiçik elmi işçi, böyük elmi işçi, bölmə müdiri və şöbə müdiri kimi çalışıb. 1984-2012-ci illərdə Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda dosent, kafedra müdirinin elm üzrə müavini, professor, kafedra müdiri, Azərbaycan Dövlət Neft Akademiyasının elm və texnika işləri üzrə prorektoru vəzifəsində işləyib.
2012-ci ildən Bakı Ali Neft Məktəbinin tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində çalışır.
Ramiz Hümbətov 1974-cü ildə namizədlik dissertasiyasını, 1994-cü ildə doktorluq dissertasiyasını müdafiə edib. 1977-ci ildə böyük elmi işçi, 1988-ci ildə dosent, 2000-ci ildə professor elmi adını qazanıb.