Ramiz Novruz (25 may 1955[1], Səmədabad, Puşkin rayonu – 21 fevral 2023, Bakı) — Azərbaycanın teatr və kino aktyoru, Azərbaycanın Respublikasının Xalq Artisti (1998), Prezident təqaüdçüsü (2018-ci ildən), Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası.
Ramiz Novruz | |
---|---|
Doğum adı | Ramiz Qəvvam oğlu Novruzov |
Doğum tarixi | 25 may 1955[1] |
Doğum yeri | |
Vəfat tarixi | 21 fevral 2023 (67 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | mədə xərçəngi |
Dəfn yeri | |
Uşağı | |
Fəaliyyəti | aktyor |
Fəaliyyət illəri | 1978–2023 |
Təhsili | |
Mükafatları |
Ramiz Novruzov (Ramiz Novruz) 25 may 1955-ci ildə Biləsuvar rayonunun Səmədabad kəndində doğulub. 1974-cü ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rejissor Adil İsgəndərovun rəhbərlik etdiyi kursda təhsil alaraq oranı 1978-ci ildə bitirib. Təyinatla H. Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına göndərilib. Burada Knyaz Zvezdiç ("Maskarad", M. Lermontov), Məsxərəçi ("Muradın kələkləri", T. Kazımov), General Şıxlinski ("Bütün Şərq bilsin", Nəriman Həsənzadə) rollarını ifa edib.
O, 1981-ci ildə Azərbaycan Akademik Milli Dram Teatrının truppasına daxil olub. Elə ilk günlərdən kollektivdə hazırlanan tamaşalarda ona irihəcimli və mürəkkəb xarakterli rollar tapşırılıb. O, Akademik Milli Dram Teatrında aşağıdakı rollarda oynayıb:
R. Novruzun yaradıcılığının bir qolunu da kino fəaliyyəti təşkil edir. O, "Nizami" filmində Dərbənd elçisi, "Sizi dünyalar qədər sevirdim" filmində general Həzi Aslanov və s. rollara çəkilib.
H. Cavidin "Topal Teymur" (Divanbəy), L. Tolstoyun "Kreyser sonatası" (Musiqi müəllimi), V. Şekspirin "Antoni və Kleopatra" (Antonio), O. Kamalın "Dodaqdan qəlbə" (Kənan bəy), "Yad qızı" (Nihad) və s. maraqlı rollar oynayıb.
Ramiz Novruz həm də bir neçə pyes yazmış və bunlardan ikisi tamaşaya qoyulmuşdur. İlk pyesi olan "At ilinin birinci ayı" adlı 20 yanvar hadisələrindən bəhs edən pyes 1992-ci ildə Gəncə teatrında B. Osmanovun rejissorluğu ilə tamaşaya qoyulmuşdur. 1992-ci ilin sonunda həmin pyes AzTV-də rejissor B. Osmanovun quruluşunda çəkilmişdir. R. Novruz öz pyesində Murad rolunda oynamışdır.
1996-cı ildə yazdığı "Hələ sevirəm deməmişdilər" pyesi B. Osmanovun rejissorluğu ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 2002-ci ildə tamaşaya qoyulmuşdur. Bundan əlavə Eduardo de Filipponun "Silindr" əsərini rus dilindən Azərbaycan dilinə tərcümə etmiş və rejissor kimi tamaşaya qoymuş, həmçinin bu əsərdə Attillio rolunu ifa etmişdir.[3]
Beynəlxalq Teatr festivallarının mükafatçısıdır.
Teatr sənətindəki xidmətlərinə görə Ramiz Novruz 1993-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti və 1998-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına layiq görülüb. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə,[4] 6 may 2015-ci ildə[5], 6 may 2016-cı ildə[6] və 1 may 2017-ci ildə[7] Prezident Mükafatına layiq görülmüşdür. 9 may 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.[8] 29 oktyabr 2019-cu ildə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib[9]
Ramiz Novruz uzun müddət mədə xərçəngi xəstəliyindən əziyyət çəkirdi və 20 fevral 2023-cü il tarixində vəfat etmişdir.[10] Ümumşəhər qəbiristanlığında dəfn edilib.[11][12]