Ramiz Cəmil oğlu Sadıqov — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR tikinti materialları sənayesi naziri (1981–1988).
Ramiz Sadıqov | |
---|---|
3 fevral 1981 – 1 sentyabr 1988 | |
Əvvəlki | Nəriman İsayev |
Sonrakı | Arif Mansurov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Partiya | Sov.İKP (1961) |
Fəaliyyəti | dövlət rəsmisi, dövlət xadimi, siyasətçi |
Ramiz Cəmil oğlu Sadıqov 1932-ci ildə sənətkar ailəsində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunu bitirmişdir.[1]
1952-ci ildən tikinti layihələrində iş icraçısı, Ehtiyat Əmək Qüvvələri İdarəsinin istehsalat təlimi ustası, metodisti, böyük müfəttişi, texniki peşə məktəbinin direktoru olmuşdur. 1965-ci ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin təlimatçısı, Bakı asbest-şifer və keramika məmulatları kombinatının direktoru, Azərbaycan SSR tikinti materialları sənayesi nazirinin birinci müavini, 1974-cü ildən isə Azərbaycan KP MK tikinti və şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifələrində işləmişdir. 1981-ci ildən Azərbaycan SSR tikinti materialları sənayesi naziri olmuşdur.[2]
Ramiz Sadıqov Azərbaycan KP MK üzvlüyünə namizəd olmuş və Azərbaycan SSR Ali Sovetinin deputatı (9–11-ci çağırış) seçilmişdir.[3]