Raqib Nəsrətdin oğlu Qimayev (başq. Рәғиб Насретдин улы Ғимаев; 1 yanvar 1935 — 29 yanvar 2016, Ufa[1][2]) — başqırd əsilli SSRİ və Rusiya alimi, texniki elmlər doktoru, professor, Başqırdıstan Elmlər Akademiyasının həqiqi üzvü (1999), Başqırdıstan Dövlət Universitetinin 1981-1999-ci illərdəki rektoru.
Raqib Qimayev | |
---|---|
Raqib Nəsrətdin oğlu Qimayev | |
Doğum tarixi | |
Doğum yeri | SSRİ, Başqırdıstan MSSR, Kiqinski rayonu |
Vəfat tarixi | (81 yaşında) |
Vəfat yeri | Bakı |
Vətəndaşlığı | Rusiya |
Milliyyəti | Başqırd |
Elm sahəsi | Kimya texnologiyası |
Elmi dərəcəsi | texniki elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | Başqırdıstan Dövlət Universiteti |
Mükafatları |
Başqırd Muxtar Sovet Sosialist Respublikası Kiqinski rayonu, İbrayevo kəndində anadan olmuşdur. Milliyyətcə başqırddır.
1958-ci ildə Ufa Dövlət Neft Texniki Universitetini bitirmiş və 1963-cü ilə qədər Yeni-Ufa Neftayırma zavodunda işləmişdir. 1976-cı ildən Ufa Dövlət Neft Texniki Universitetində Neft və Qaz texnologiyaları kafedrasında aparıcı üv olmuşdur. Sonradan isə Başqırdıstan Dövlət Universitetində tenologiyalar fakultəsində dekan işləmişdir. 1981 - 1999-cu illər ərzində isə Başqırdıstan Dövlət Universitetinin analitik kimya və ümumi kimya texnologiyaları kafedrasının aparıcı üzvü və ümumilikdə universitetin rektoru olmuşdur.
Raqib Qimayev neft və qazın kimya emalı sahəsində dünya nüfuzuna malik bir mütəxəssisdir. Neft xammalına əsaslanan karbon materialları istehsalı üçün elmi məktəb yaradıcısıdır. Onun elmi xismətləri: neft dispers sistemlərində faza keçidlərinin öyrənilməsi, neft məhsullarının yüksək aromatizasiya olunmuş tərkib hissələrinin maye kristal vəziyyətinin öyrənilməsi, neft qalıqlarının termal qırılma nəzəriyyəsi, neft xammallarından yeni materialların əldə edilməsi texnologiyası və s. Alim tərəfindən təklif olunan texnologiya Soda MMC, Ufa zavodlarında, Rusiyada və keçmiş SSRİ-də bir sıra müəssisələrdə istifadə edilmişdir.
O, 150-dən çox ixtira, Moskva, Ufa və Kazanda dərc edilən 300 elmi məqalə və monoqrafiyaların müəllifidir. Tələbələri arasında onlarla elmlər namizədi və texniki elmlər doktoru var.
Rusiya Federasiyası Dövlət Dumasının III çağırış deputatı, Rusiya regionları deputat qrupunun üzvü, Başqırd Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin depuatı.