Rasim Şərifov

Rasim Cəfər oğlu Şərifov (10 noyabr 1955, Hacıhətəmli, İsmayıllı rayonu12 yanvar 2018) — İsmayıllı rayonu İcra hakimiyyətinin başçısı (1992[1]-1993[2])

Rasim Şərifov
bayraq
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
27 may 1992 – 20 avqust 1993
ƏvvəlkiMəhəmmədəli Süleymanov[1]
SonrakıVaqif Rəhimov[2]
Şəxsi məlumatlar
Doğum tarixi 10 noyabr 1955(1955-11-10)
Doğum yeri
Vəfat tarixi 12 yanvar 2018(2018-01-12) (62 yaşında)

Əslən haputlu olan Rasim Şərifov 1955-ci il noyabrın 10-da İsmayıllı rayonunun Hacıhətəmli kəndində anadan olmuşdur.

1973-cü ildə Hacıhətəmli kənd orta məktəbini əla qiymətlərlə, 1977-ci ildə H. Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

İlk əmək fəaliyyətinə doğma kənd məktəbində dil-ədəbiyyat müəllimi kimi başlamış, 1980–1984-cü illərdə həmin kənddəki Kuybışev adına sovxoz komsomol komitəsinin katibi seçilib. 1984-cü ilin may ayında İsmayıllı rayon komsomol komitəsinin ikinci katibi seçilmişdir. 1986-cı ildə o, rayon partiya komitəsinin təşkilat komitəsinin təlimatçısı vəzifəsinə irəli çəkilib. 1988-ci ilin avqust ayında Hacıhətəmli kənd orta məktəbinin direktoru təyin edilmişdir.

Rasim Şərifov smayıllı rayon Xalq Cəbhəsinin rəhbəri kimi olmuşdur.

Rasim Şərifov 27 may 1992-ci ildə İsmayıllı rayonu İcra hakimiyyətinin başçısı təyin edilmiş[1], 20 avqust 1993-cü ildə isə həmin vəzifədən azad edilmişdir[2].

1993–1998-ci illərdə ictimai-siyası fəaliyyətlə məşğul olmuşdur. 1998-ci ilin mart ayından "Olaylar" ekoloji araşdırmalar mərkəzinin direktoru, 2004-cü ildən "Ulu Xudafərin" jurnalının baş redaktoru işləmişdir. Milli Vəhdət Partiyasının üzvü, partiyanın icra aparatının rəhbəri olmuşdur. 1995, 2000 və 2005-ci illərdə Milli Məclisə seçkilərdə deputatlığa namizəd olmuşdur.

Rasim Şərifov uzun sürən xəstəlikdən sonra 12 yanvar 2018-ci ildə vəfat etmişdir[3].

Ailəlidir, 3 övladı var.

  1. 1 2 3 "Şərifovun İsmayıllı rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi və M. B. Süleymanovun həmin vəzifədən azad edilməsi haqqında" [ölü keçid] Azərbaycan Respublikası Prezidentinin 27 may 1992-ci il tarixli 791 nömrəli Fərmanı. e-qanun.az (az.)
  2. 1 2 3 "V. N. Rəhimovun İsmayıllı rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi və R. C. Şərifovun həmin vəzifədən azad edilməsi haqqında" Arxivləşdirilib 2018-08-09 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 20 avqust 1993-cü il tarixli 727 nömrəli Fərmanı. e-qanun.az (az.)
  3. İsmayıllının sabiq icra başçısı vəfat edib. report.az, 12.01.2018