Haput — Azərbaycan Respublikasının Quba rayonunun Əlik kənd inzibati ərazi vahidində kənd.
Haput | |
---|---|
41°08′40″ şm. e. 48°12′45″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Quba rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 505 (2009) nəfər |
Rəsmi dili | Azərbaycan dili |
Vikianbarda əlaqəli mediafayllar |
Baş Qafqaz silsiləsinin yamacındadır. Azərbaycanın qafqazdilli etnik qrupu olan haputluların məskunlaşdığı kəndlərdəndir. Özlərini hər adlandırırlar. Kəndin adı Ptolemeyin (II əsr) Albaniya şəhərləri sırasında qeyd etdiyi Xabota ilə əlaqələndirilir. Haputlular Qədim Albaniyada yaşayan 26 tayfadan biri olan hər tayfasının nümayəndələridir . Hal hazırdada qonşu kəndlər Haputlulara öz dillərində Hər deyirlər. Azərbaycan dilinin dialektlərində həm hapıtdı (hapıtmaq), həm də hər sözü "tələsik, vaxtından tez" mənalarında işlənir. Mənbələrin verdiyi məlumata əsasaən XIX əsrin ortalarında Göycay qəzasında 736 nəfər haputlu ailəsinin məskunlaşdığı Haputlu Məlikli, Haputlu Mollaqasımlı, Haputlu Gidəyli, Haputlu Nətəs Qacar, Haputlu Hacı Qətəsi, Haputlu İmamlı, Haputlu Kürd kəndləri var idi.[1]
Haput kəndi Quba rayonunun Əlik i.ə.v.-də kənd. Baş Qafqaz silsiləsinin yamacındadır. Azərbaycanın qafqazdilli etnik tayfa olan haputlular Özlərini hər adlandırırlar. Kəndin adı Ptolemeyin (II əsr) Albaniya şəhərləri sırasında qeyd etdiyi Xabota ilə əlaqələndirilir. Azərbaycan dilinin dialektlərində həm hapıtdı, həm də hər sözü "tələsik, vaxtından tez" mənalarında işlənir.[2]Haputlular < Hər> taryfasının nümayəndələridi. Qədim Alban tayfaları olan qırızlılar, əliklilər ,ceklilər ,yergüclülər, haputlura hərəd ,Haput kəndinə isə Hərə kum (haputluların kəndi ) deyirlər [3]
Kəndin əhalisinin etnik tərkibini "Şahdağ milli etnik qrupu" kimi fərqləndirilən haputlular təşkil edir. Haputlular Azərbaycanın milli etnik nümayəndələridir. Haputlularin ana dili haput dilidir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 505 nəfər əhali yaşayır.[4] 2016-cı ilin dekabr ayına olan məlumata görə Haput kəndində 95 ev var.[5].
Əhalinin məşquliyyəti 1950 illərə qədər əkinçilikə olmuşdur. Sonradan heyvandarlıq kalxozları yaradılmışdır. Hal hazırda kənd əhalisi heyvandarlıqla məşğuldur.
Kənddə məskunlaşmış əhalinin çox böyük əksəriyyəti hazırda qışlaq və yaylaq şəraitindən istifadə etməklə heyvandarlıqla məşğul olur. Onlar ilin bir yarısını qışlaqdа, digər yarısını isə yaylaqda keçirməyə adət edib. Hər il oktyabrın 1-dən 15-dək qoyun sürülərini qışlağa endirir, may ayının 1-15-i arası isə yaylağa çıxarırlar.
Quba rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |