Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər. |
Rasim Baba oğlu Cabbarov (06 oktyabr, 1969) — fizika elmləri doktoru, dosent, AMEA-nın fizika İnstitutunun əməkdaşı[1]
Rasim Cabbarov | |
---|---|
Rasim Baba oğlu Cabbarov | |
Doğum tarixi | |
Doğum yeri | Masallı r. Ərkivan kəndi |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Atası | Baba Cabbarov |
Elm sahələri | Yarımkeçiricilər və dielektrikler fizikası |
Elmi dərəcəsi | Dosent |
Elmi adı | fizika elmləri doktoru |
İş yerləri | AMEA, Fizika İnstitutu |
Alma-mater | Bakı Dövlət Universiteti |
Tanınmış yetirmələri | Gulnaz Qəhəmanova, Teymur Orucov, Samirə Məmmədova, Çıngiz Sultanov, Rövşən Həsənov |
1969-cu il, oktyabrın 6-da Masallı rayon Ərkivan kəndində anadan olmuş, 1987-ci ildə kənd orta məktəbi bitirdikdən sonra elə həmin il, M.Ə. Rəsulzadə adına Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuş və 1993-cü ildə oranı "fizik və fizikşünas" ixtisası üzrə bitirmişdir. 1988–1989 il ərzində Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur.
İnistutu bitirdikdən sonra, 1993-cü ildə AMEA Fizika İnstitunda "Yarımkeçiricilər fizikası" ixtisası üzrə əyani aspiranturaya daxil olmuş və 1996-ci ildə aspiranturanı bitirərək, institutun "yarımkeçiricilərdə tarazlıqda olmayan elektron prosesləri" laboratoriyasında kiçik elmi işçi vəzifəsində əmək fəaliyyətimə başlamışdır. 1996-cu ildə böyük elmi işçi, 2003-cu ildə isə aparıcı elmi işçi vəzifəsinə seçilmişdir. Hal-hazırda AMEA Fizika institinun bionanostrukturlar fizikası laboratoriyasında aparıcı elmi işçi vəzifəsində çalışır.
1996-cu ildə, Fizika İnstitunun ixtisaslaşdırılmış Müdafiə Şurasında namizədlik dissertasiyasını müdafıə etmiş və 1996-ci ildə Ali Attestasiya Komissiyası tərəfindən fizika-riyaziyyat elmləri namizədi elmi adına layiq görülmüşdür. 2006-ci il Ali Attestasiya Komissiyası tərəfindən Dosent elmi adına layıq görülmüşdür. 2007-ci il Fizika İnstitunun ixtisaslaşdırılmış Müdafiə Şurasında doktorluq dissertasiya müdafiə etmiş və 2008-ci il Ali Attestasiya Komissiyası tərəfindən fizika-riyaziyyat elmlər doktoru elmi adına layiq görülmüşdür.
R.Cabbarov yarımkeçiriciler fizikası və bərk cisim elektronikası sahəsinin inkişafında хidmətləri olan və bu elmi istiqaməti tədqiqatları ilə zənginləşdirən tanınmış fizik alim və mütəхəssisdir. Innovativ GaN tipli çoxqat kvant çuxurlarının alınma texnologiyası və onlar əsasında fosfor çevirici ağ LED işıqlarının yaradılması və inkişaf etdirilməsi, onların işıq parametirlərin artırılması istiqamətində apardığı elmi araşdırmaların nəticələri nüfuzlu xarici elmi jurnallarda dərc olunmuşdur. Vizualizasiya və işıqlanmada istifadə üçün lüminofor materialların alınması, optik xassələrinin tədqiqi və lüminofor materialların telekommunikasiyada və ümumi işıqlanmada tətbiqləri istiqamətində ixtisaslaşmış mütəxəsisdir. Nadir-torpaq ionlarının şüalanma keçidlərinin spektroskopiyasının tədqiqi, şüalanma keçidlərinin müxtəlifliyi hesabına lüminofor materiallarda şüalanmanın rəngini və enerjinin çevrilmə effektivliyinin dəyişməsi mümkünlüyü onun tədqiqatlarında layiqincə öyrənilmişdir. Karbon nanoborularının (bir və çoxdivarlı) Neft məhsullarından alınması, xassələrinin tədqiqi və onların Polimer nanokompozit texnologiyasında tətbiqi sahəsində cox böyük uğurlar əldə etmişdir. R.B.Cabbarovun əsərlərinə хarici və ölkə alimlərinin monoqrafiya və elmi məqalələrində çoх sayda istinadlar vardır. R.B.Cabbarovun rəhbərliyi altında 3 namizədlik dissertasiyası yerinə yetirilib müvəffəqiyyətlə müdafiə olunmuşdur. Müntəzəm olaraq Beynəlxalq və Respublika elmi konfranslarda məruzə ilə iştirak edir.
Rasim Cabbarov Fransanin P.və M. Küri Universitetində bir neçə il çalışmış və bu günə qədər də elmi əməkdaşlığı davam etdirir. Almaniyanın Ulm Universitetinin Optoelektronika İnstitutunda çalışmış, Türkiyənin qazi Universiteti Fotonik Araşdırma mərkəzi ilə birgə elmi layihələr yerinə yetirmişdir. 2002 ci ildən bir cox beynəlxalq fərdi və kollektiv qrant layihələrin qalibi olmuş və uğurla tamamlamışdır.