Rasim Hüseynov (3 yanvar 1964, Zirə) — azərbaycanlı rəssam.
Rasim Hüseynov | |
---|---|
Doğum tarixi | 3 yanvar 1964 (60 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | Rəssam |
Təhsili | Azərbaycan Mədəniyyət və İncəsənət İnstitutu |
Janr | Miniatür |
Stillər | miniatur, klassik və modern |
Rasim Hüseynov 1964-cü ildə Bakının Zirə qəsəbəsində anadan olub. 1984-cü ildə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1992-ci ildə indiki Mədəniyyət və İncəsənət Universitetinin rəssamlıq fakültəsini bitirib. 1999-cu ildən ailəsi ilə Hollandiyaya köçüb. Həyat yoldaşı Vəfa Rüstəmova da rəssamdır. Onlar bir yerdə təhsil alıb və eyni vaxtda sərgilərdə iştirak etməyə başlayıblar. 2000-ci ildən isə Hollandiyada 70-dən çox fərdi və birgə sərgilərdə iştirak ediblər. Əsərləri maraqla qarşılanıb, yaratdıqları milli obrazlar xarici sənətsevərləri heyrətləndirib.
Rasim Hüseynov həyat yoldaşı ilə birgə Hollandiyada rəsm sərgiləri keçirərək, Azərbaycan mədəniyyətini, tarixini az da olsa əsərlərində əks etdirməyə çalışmış və 1988-ci ildən bəri 100-dən çox beynəlxalq sərgidə iştirak etmişlər. Təkcə Hollandiyanın Amsterdam, Utrext və Haaqa şəhərlərində, eləcə də qonşu Almaniyada onların əsərləri 30 dəfə müxtəlif sərgilərdə nümayiş etdirilmişdir.
2001-ci ilin yanvar ayında Hollandiyanın Draxten şəhərində həyat yoldaşı ilə birgə sərgisi olur və bu sərgi sayəsində Hollandiya vətəndaşları həm sərgi, həm də vətən haqqında maraqlanmış və bilgilər əldə etmişlər.[1]
2004-cü ildə Amsterdam, Haaqa və Utrext şəhərlərində keçirilən, ayrı-ayrı ölkələrdən olan 32 rəssamın iştirak etdiyi sərgi olmuşdur. Həmin sərgidə münsiflər heyəti əsərlərə baxandan sonra sərginin adını "Azərbaycandan Stadskanaala kimi" qoydular. Ən böyük layihələrdən biri 2004-cü ildə Amsterdam, Haaqa və hər rəssamın əsəri üçün ayrılıqda 700-dən artıq afişa buraxıldı və bütün afişalarda sərginin adı yazıldı. Bu afişalar ölkə parlamentinə, diplomatik korpuslara göndərildi, yuxarıda adları çəkilən şəhərlərdə üç ay ərzində reklam lövhələrinə vuruldu. Açılış günü sərgi salonuna daxil olanda kurator Herman Difendal Rasim Hüseynovu və onun həyat yoldaşı Vəfa Rüstəmovanı göstərərək mikrofonla dedi: "Baxın, "Azərbaycandan Stadskanaala kimi" bunlardır".
R. Hüseynovun əsərlərindəki milli özünəməxsusluq ilk baxışda diqqəti cəlb edir. 2008-ci ildən Boxtel şəhərindəki Sintlucas adına Dizayn İnstitutunda rəssamlıqdan dərs deyir. O, bu illərdə iki dəfə çalışdığı institutda sərgi keçirmiş və maraqla qarşılanmışdır.
2015-ci il dekabrın 13-də Hollandiyanın Haarlem şəhərində R. Hüseynovun fərdi sərgisi açılır. Mərasimdə Azərbaycanın Niderland Krallığındakı səfiri Mirhəmzə Əfəndiyev iştirak edir. Yerli tamaşaçılar əsərləri maraqla qarşılanıb. Hazırda R. Hüseynov yeni əsərlər üzərində çalışır, bədii axtarışlarını davam etdirir.[2]
Niderlanddın "Diplomat maqazin" saytının müxbiri Roy Strik:
Sərgidə rəssam Rasim Hüseynov və Vəfa Rüstəmovanın rəsm əsərləri nümayiş edildi. Hər iki rəssam Azərbaycanda, Almaniyada və Fransada məşhurdur. Cütlük 18 ildir Niderlandda yaşayır. Onların bədii üslubları bir-birindən çox fərqlənir. Rasim Hüseynov rəsm əsərlərində simvolik rəmzlərdən və dini simvollardan ilhamlanır. Qadın başlı bir quşun təsviri rəsm əsərlərində tez-tez istifadə olunur və universal sülhüm rəmzi hesab edilir. Vəfa Rüstəmova rəsm əsərlərin daha böyük formatda olur və bir qədər mozaikanı xatirladır: olduqca rəngarəng və ekspressionistikdir. Bu iki rəssamın ümumi cəhəti odur ki, onlar öz əsərlərində ənənəvi və mədəni cərəyanlardan istifadə edirlər”. |