Məqalədə tərəf tutma və ya pisləmək məqsədi daşıyan və doğruluğu sübut edilməyən fikirlərin olduğu iddia edilir. Xahiş olunur, bu məsələ ilə əlaqədar müzakirələrdə iştirak edəsiniz.
Rasim Mövsümov (Mövsümzadə) (Bakı) — tanınmış idman yazarı, "Ballon d'Or", "The Best FIFA Football Awards" və "World Soccer Awards" kimi nüfuzlu beynəlxalq mükafatların jüri üzvü
İlk yazısı bədən tərbiyəsi kollektivləri arasında SSRİ kuboku-1991-in (“Milyonların kuboku”) finalında Bərdə “Pambıqçı”sının rəqibi Belarusun “Metallurq” (Molodeçno) komandasına həsr olunub və 1991-ci il sentyabrın 14-də Azərbaycanın “İdman”/“Спорт” qəzetində nəşr edilib.
O vaxtdan yazıları Azərbaycan[1][2][3][4][5][6], Türkiyə ("Futbol Extra Dergisi", "Trabzonspor Dergisi"[7], "Futbol Plus Dergisi"), Almaniya ("Kicker")[8][9], Fransa ("France Football"), İngiltərə ("World Soccer", Matchday magazine AFC Bournemouth[10]), Belçika, Danimarka, Rusiya[11][12][13][14][15][16][17][18], Ukrayna[19][20][21], Polşa ("Przegląd Sportowy" 06.09.2004), Moldova ("Спорт Curier" 02.12.2009) və s. ölkələrdə çap olunur.
1996-ci ildən Azərbaycan milli futbol komandasının, həmçinin Azərbaycan klublarının avrokuboklardakı (Neftçi - Widzew 1997, Neftçi - Crvena Zvezda 1999, Bakı - Žilina 2005, MKT-Araz - Tiraspol 2006, Bakı - Sioni 2006, MKT-Araz - Groclin Dyskobolia 2007, Bakı - Dacia 2007, Olimpik - Vojvodina 2008, Xəzər Lənkəran - Olimpia Bălţi 2010 və s.) oyunlarına buraxılan proqramların müəllifidir.[22]
“Kicker”in 2017-ci ilin sentyabrında UEFA Çempionlar Liqası üçün xüsusi buraxılışında (Kicker Sonderheft Champions League 2017/18)[24] yarışın debütantı “Qarabağ” haqqında yazısı “Vətənsiz qəhrəmanlar” ("Helden ohne Heimat") adlanır.[25]
Yazıda “Qarabağ”ın Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1993-cü ildə erməni ordusu tərəfindən işğal olunan Ağdamı təmsil etdiyi, 2001-ci ildə yeni sponsora qovuşmasından sonra maliyyə vəziyyətinin yaxşılaşdığı, ardıcıl 3 mövsüm UEFA Avropa Liqasında oynadığı və sovet dövrünü də saymaqla, ümumilikdə 7 dəfə, o cümlədən son 4 ildə Azərbaycan çempionu olduğu vurğulanır.
“Kicker”də “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova həsr olunan təqdimat yazısı da yer alıb: “1997 və 2004-cü illərdə “Neftçi”nin oyunçusu kimi “Qarabağ” ilə qarşılaşmalarda dubl edəndə, Qurban Qurbanov hələ bilmirdi ki, vaxt gələcək “Qarabağ”ın qəhrəmanı olacaq”. Q. Qurbanovun futbolçu kimi 12 qolla Azərbaycan millisinin bombardiri və məşqçi kimi UEFA Çempionlar Liqasına yüksələn ilk azərbaycanlı olduğu, ümumiyyətlə, 2008-ci ildən “Qarabağ”ı çalışdırdığı və 2017/18 mövsümündə UEFA Çempionlar Liqasında komandasına ən uzun müddət başçılıq edən mütəxəssis olduğu da oxucuların diqqətinə çatdırılıb.[26]
2010-cu ildən Türkiyənin "Futbol Extra"[27][28] və "Trabzonspor" jurnallarının[29][30], 2012-ci ildən isə "Futbol Plus" jurnalının yazarıdır.[31]
2010-cu ildə "Futbol Extra" jurnalının iyun sayında çıxan araşdırma yazısı belə anons olunmuşdu: "Dünya Kupası öncesi medyanın farklı organlarında farklı araştırmalar okuyacağınız muhakkak. Ama böylesine hiç rastlamadığınızdan eminiz..."[32]
Ümumiyyətlə, "Futbol Extra" jurnalı öz saytında[33] Rasim Mövsümovun yazılarını belə anons edib:
Rasim Mövsümoğlu'ndan tarihi bir araştırma… (İyun 2010)
Usta gazeteci Rasim Mövsümov’dan ustaca bir araştırma… (İyul 2010)
Futbol Extra’dan dev araştırma! Rasim Mövsümov’un kaleminden… (Noyabr 2010)
Rasim Mövsümov’dan ilginc bir araştırma… (Dekabr 2010)
Altın Top Jüri üyesi Rasim Mövsümov’un kaleminden… (Yanvar 2011)
"FIFA Altın Top Jüri üyesi ve Futbol Extra yazarı Rasim Mövsümov’dan çarpıcı açıklamalar…" (Fevral 2011) anonsuyla Türkiyədə müsahibəsi də çıxıb.[34]
Hələ 2000-ci ildə ukraynalı futbolçu Andrey Şevçenko "Qızıl top" mükafatı uğrunda sorğuda 3-cü yeri tutanda Rusiyanın "Sport Express" qəzetində «У ШЕВЧЕНКО ВСЕ ЕЩЕ ВПЕРЕДИ» başlıqlı yazı yazmışdı. Həqiqətən 2004-cü ildə Şevçenko "Qızıl top"u qazandı.[54]
2007-ci ildən İngiltərədə nəşr olunan "The European Football Yearbook" kitabının müəlliflərindən biridir.
2013-cü ildə AFFA-nın dəstəyilə nəşr olunan "Bir qolun tarixçəsi" kitabının müəllifidir. Bu araşdırma-kitab Azərbaycan futbolunun fəxri Anatoli Banişevskinin 1966-cı ildə SSRİ yığmasının heyətində İngiltərədə dünya çempionatında Portuqaliya ilə 3-cü yer uğrunda oyunda vurduğu, amma başqalarının adına yazılan qoldan bəhs edir.[56][57][58][59]
2003[60], 2007[61] və 2009-cu illərdə Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) tərəfindən "İlin ən yaxşı futbol yazarı" seçilib.
"Bir qolun tarixçəsi" kitabı Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) tərəfindən 2013-cü ilin idman üzrə ən yaxşı kitabi seçilib.[62][63]
2013-cü ildə Türkiyədə "Yılın Yabancı Spor Yazarı" ("İlin ən yaxşı əcnəbi idman yazarı") nominasiyasında "Futbol Oscarı" mükafatına layiq görülüb.[64][65][66][67][68][69][70][71][72][73][74]
"Sportsman" jurnalı tərəfindən "İlin idman jurnalisti" nominasiyasında 2015-ci ilin "Zəfər" mükafatına layiq görülüb.[75][76]
2000-ci ildən Fransanın "France Football" jurnalının təsis etdiyi və dünyanın ən yaxşı futbolçusuna verilən "Ballon d'Or" (2010-2015-ci illərdə "FIFA Ballon d'Or" adlanıb[77][78][79][80][81][82]), yəni "Qızıl top" mükafatının jüri üzvüdür.[83][84]
2011-ci ildən UEFA və ESM-in (European Sports Media) təsis etdiyi və Avropanın ən yaxşı futbolçusuna verilən "UEFA Best Player in Europe" mükafatının jüri üzvü olub[85][86][87][88][89][90], AFFA-nın dəstəyilə Monakoda bu mükafatın səsverməsində Azərbaycanı təmsil edib.[91][92][93][94]
2012-ci ildən Monakoda təsis olunan "Golden Foot" ("Qızıl Ayaq") mükafatının jüri üzvüdür. 2014-cü ildə bu mükafatın jüri prezidenti olub.[95][96][97][98][99][100]
2007-ci ilin fevralında Rusiyanın "Весь футбол" jurnalının çətin viktorinasının qalibi olub. Müxtəlif dünya cempionatlarından 12 şəkil təqdim olunmuşdu və bu şəkillərin hansı oyunlardan çəkildiyini tapmaq lazım idi. Məsələn, elə şəkil vardı ki, yalnız iki oyunçu arxadan görünürdü və ya yerə yıxılan hakim şəkli vardı. Buna baxmayaraq, Rasim Mövsümov hamısını tapmışdı ("Futbol Dünyası" qəzeti, 24 fevral 2007).[105]