Ratko Mladiç

Ratko Mladiç (serb. Ратко Младић; 12 mart 1943[1], Bojanoviçi[d], Bosniya və Herseqovina) — "Serb qəssabı" ləqəbli general, Serbiya Respublikası Ordusunun müharibə cinayəti, insanlıq əleyhinə cinayət və soyqırımda təqsirləndirilən qərargah rəisi (1992–1995).

Ratko Mladiç
serb. Ратко Младић
Şəxsi məlumatlar
Doğum tarixi 12 mart 1943(1943-03-12)[1] (81 yaş)
Doğum yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Srpska Respublikası (1992-1995)
Xidmət illəri 1965-ci ildən
Rütbəsi general-polkovnik (1994), general[2]
Döyüşlər
Təltifləri "Qardaşlıq və birlik" ordeni Order of the People's Army
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

12 mart 1942-ci ildə Xorvatiyanın Bojanoviçi kəndində doğulub.

1996-cı ildə Mladiç digər Serbiya rəhbərləri ilə yanaşı Beynəlxalq Haaqa Tribunalı tərəfindən Sarayevonun mühasirəsi zamanı hərbi cinayətlər və soyqırım törətməkdə, eləcə də Srebrenitsa qətliamında ittiham olunmuşdur. Onun həbs edilməsi Serbiyanın Avropa İttifaqına üzv olması üçün əsas şərt kimi irəli sürülmüşdür. Mladiçin yeri haqqında məlumat verməyə görə 10 milyon avro mükafat vəd olunmuşdu. Ratko Mladiç 2011-ci ildə Serbiya xüsusi dövlət təhlükəsizlik əməkdaşları tərəfindən saxlanılmışdır.2017-ci ilin noyabrın 22-də Haaqa məhkəməsinin qərarı ilə Mladiç ömürlük həbs cəzasına məhkum olunmuşdur. Onun digər silahdaşı Karaciç isə 40 il müddətinə azadlıqdan məhrum etmə cəzasına qərar verilmişdi.[3].

  1. 1 2 Ratko Mladic // Munzinger-Archiv. 1913.
  2. 1 2 Çex Milli Hakimiyyət Məlumat bazası.
  3. "В Сербии арестован бывший командующий армии боснийских сербов Ратко Младич". 2011-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-06-10.