Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Rauf Abdulla oğlu Bayramov (31 dekabr 1941, Bakı – 9 mart 2007, Bakı) — görkəmli riyaziyyatçı-alim, azərbaycanda müasir cəbr elminin banisidir.[mənbə göstərin]
Rauf Bayramov | |
---|---|
Rauf Abdulla oğlu Bayramov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı |
Vəfat tarixi | (65 yaşında) |
Vəfat yeri | Bakı |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Atası | Abdulla Bayramov |
Anası | Tahirə Tahirova |
Elm sahəsi | Riyaziyyat |
İş yerləri | AMEA Riyaziyyat və Mexanika İnstitutu |
Azərbaycanda və ölkə hüdudlarından kənarda bir riyaziyyatçı, cəbr üzrə mütəxəssis kimi tanınmış alim Bayramov Rauf Abdulla oğlu 31 dekabr 1941-ci ildə Bakıda görkəmli ziyalı ailəsində anadan olmuşdur. Onun atası Abdulla Bayramov Səlim oğlu 50-ci illərdə Azərbaycan KPMK-nın ikinci katibi, ideoloji işlər üzrə katib, sonralar mədəniyyət naziri işləmişdir. O, olduqca saf, vətənə sədaqətli bir şəxsiyyət idi. Rauf Bayramovun anası Tahirə Tahirova Əkbər qızı - tanınmış dövlət xadimi, uzun illər xarici işlər naziri vəzifəsini daşımış, ilk azərbaycanlı qadın peşəkar diplomat olmuşdur. Valideynləri dövlət işləriylə hədsiz dərəcədə məşğul olduqlarından, Rauf Bayramovun tərbiyəsinə ana tərəfdən baba və nənəsi himayədarlıq ediblər. Baba və nənə isə, öz növbələrində hələ 20-ci illərin əvvəllərində millətin mədəni-maarif işlərində çalışan tanınmış maarifçi pedaqoqlar olublar.
Rauf Bayramov Bakının 160 nömrəli məktəbində təhsil almış, bu məktəbi əla qiymətlərlə bitirərək, 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin riyaziyyat fakültəsinə daxil olmuşdur. Unversiteti bitirəndən sonra o, Novosibirsk şəhərinə getmiş və orada SSRİ Elmlər Akademiyasının Sibir Bölməsinin Riyaziyyat İnstitutunun aspiranturasına daxil olmuşdur.
Bakıya qayıtdıqdan sonra Rauf Bayramov əvvəllər Kibernetika İnstitutunda işləyir, sonra isə Azərbaycan SSR Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutuna (indiki AMEA Riyaziyyat və Mexanika İnstitutuna işə keçir. Burada o, kiçik elmi işçi vəzifəsindən laboratoriya rəhbərinə kimi, daha sonra isə “Cəbr, məntiq və topologiya” şöbəsinin (indiki “Cəbr və riyazi məntiq” şöbəsi) müdiri vəzifəsinə qədər yüksəlir. Mahiyyət etibari ilə, Rauf Bayramov Azərbaycanda cəbr üzrə mütəxəssislər məktəbinin banisi, Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda fəaliyyət göstərən cəbr üzrə çoxsaylı seminarların rəhbəri olmuşdur. Onun rəhbərliyi ilə yerli və xarici dissertantlar tərəfindən bir sıra dissertasiyalar, müdafiə ounmuşdur. R.Bayramov 100-dən artıq elmi işin, o cümlədən “Klonların və onlara yaxın finitar funksiyalar cəbrlərinin tədqiqi, çoxobrazlar nəzəriyyəsinin seçilmiş məsələləri” adlı monoqrafiyanın müəllifidir.
Elmi işləri ilə yanaşı olaraq, R.Bayramov həm də Bakı Dövlət Universitetində və Azərbaycan Dövlət Pedaqoji Universiteti də pedaqoji fəaliyyətlə məşğul olmuş, çoxsaylı diplom işləri və dissertasiyaların elmi rəhbəri olmuşdur.
Rauf Bayramov uzun sürən ağr xəstəlikdən sonra, 2007-ci ildə mart ayının 9-da vəfat etmi.dir. Vəfatıyla əlaqədar dünyanın müxtəlif ölkələrindən cəbr üzrə mütəxəssislərdən səmimi başsağlıqları (təziyyələr) daxil olmuşdur. Azərbaycan elmi üçün bu hadisə əvəzedilməz bir itki idi.
2007-ci ildə Rauf Bayramovun vəfatı ilə əlaqədar S.Z. Sobolev adına Riyaziyyat İnstitutunun direktoru, Rusiya Elmlər Akademiyasının akademiki Y.L.Yerşov AMEA Riyaziyyat və Mexanika İnstitutuna başsağlığı məktubu göndərmiş və burada öz xatirələrini qeyd etmişdir:
“…Altmışıncı illərdə Novosibirsk Akademşəhərciyinə gəlmiş Rauf Abdullayeviç çox gənc bir oğlan idi. O vaxtlar A.İ.Maltsevin rəhbərliyi ilə məşhur “Cəbr və məntiq” seminarı öz işinə başlamışdı. Rauf Abdullayeviç seminarın ən fəal iştirakçılarından idi. O, seminarda çıxışlar edir, elmi araşdırmalarını eyni adlı jurnallarda dərc elətdirirdi. O vaxtlar əldə etdiyi nəticələr, sonralar Rauf Bayramovun namizədlik dissertasiyasının əsasını təşkil etdi”.
”… Daha sonralar Rauf Abdullayeviç kibernetika, cəbr və riyazi məntiq üzrə kollekvium və konfransların labüd iştirakçısı olaraq öz elmi araşdırmalarının nəticələri ilə çıxışlar edirdi. Belə konfransların əksəriyyəti Akademikşəhərcikdə keçirildiyindən o, institutun riyaziyyatçıları ilə sıx əlaqə saxlamaq imkanı əldə edirdi. Rauf Abdullayeviçin əldə etdiyi nəticələr beynəlxalq miqyasda qəbul edilmiş və tez-tez Macarıstan, Almaniya, Polşa və digər xarici ölkələrdə keçirilən riyazi məktəb və konfranslara dəvətlər alırdı.
Ixtisas üzrə riyaziyyatçı olan Rauf Abdullayeviç eyni zamanda geniş dünyagörüşünə malik bir insan idi və buna görə də onunla ən müxtəlif sahələrdə müsahibə etmək maraq kəsb edirdi. Biz onun mehribançılığını, yumşaq yumorunu, iti zəkasını, kəskin situasiyaların yumşaldılmasında yalnız onun özünə məxsus bacarığını hörmətlə xatırlayırıq”
Əsas tədqiqatları universal cəbrlər, cəbri çoxobrazlılar, finitar funksiyaların cəbrləri, Postun itrativ cəbrləri və çoxqiymətli məntiq cəbrləri olmuşdur. Bu sahələrdə bir çox nailiyyətlər əldə etmiş, aldığı nəticələri Macarıstan, Polşa, Ukrayna, Belarusiya, Litva, İran və Rusiya kimi ölkələrdə təşkil edilmiş Beynəlxalq Konfranslarda məruzə etmişdir.
Bu nəticələrdən bəziləri aşağıdakılardır:
1. Saloma A.-nın simmetrik qrupların fundamental altqrupları haqda qoyduğu məsələni həll etmişdir.
2. Postun k ranqlı iterativ cəbrində permutasiya tamlığının meyarı əldə edilmişdir.
3. Sonlu qruppoidlər haqqında Knöbelin qoyduğu məsələ həll edilmişdir.
4. Çoxobrazlılarda Evans problemi həll edilmişdir.
5. Teylor-Banaşevski-Nelson teoreminin ümümiləşməsi isbat edilmişdir.
6. Zəif atomlu distributiv qəfəslər üçün Qretser hipotezi təsdiq edilmişdir.
7. Birkhofun alt düz ayrılmalar haqqında teoremin analoqu alınmışdır.