Rauf Qəribxan oğlu Quliyev Azərbaycan Silahlı Qüvvələri Hərbi Hava Qüvvələrinin baş leytenantı; 1991–1992
Rauf Quliyev | |
---|---|
Rauf Qəribxan oğlu Quliyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Sumqayıt, Azərbaycan |
Vəfat tarixi | (23 yaşında) |
Vəfat yeri | Qubadlı rayonu, Muradxanlı_(Qubadlı) |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Hərbi Hava Qüvvələri |
Xidmət illəri | 1989–1992 |
Rütbəsi | Baş leytenant |
Döyüşlər | Qarabağ müharibəsi |
Təltifləri | |
|
1992-ci ilin oktyabrında Laçın rayonu Səfiyan kəndi uğrunda gedən döyüşdən qayıdan zaman Qubadlı rayonu Muradxanlı kəndi ərazisində Mil Mi-24 vertolyotunun vurulması nəticəsində şəhid olmuşdur.
Rauf Quliyev 22 noyabr 1968-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 1985-ci ildə Sumqayıt şəhər 25 nömrəli orta məktəbi bitirib. İdmanı çox sevirdi. 1983-cü ildə Azərbaycan Neft Akademiyasında sambo üzrə keçirilən birincilikdə qalib olmuşdur. Saratov Ali Hərbi Aviasiya Məktəbində oxuyanda idmanın karate növü ilə məşğul olurdu.
Rauf Quliyev 1989-cu ildə Rusiyanın Saratov Ali Hərbi Aviasiya Məktəbini qurtarıb. 1989-dan 1992-nin iyulunadək Odessada hərbi hissədə təyyarəçi olub.
1991-ci ildə baş leytenant rütbəsi alıb.
Rauf Quliyev 1992-nin iyulunda doğma Azərbaycana qayıdıb və Qarabağ döyüşlərində iştirak edib. Atası Qəribxan kişi o günləri xatırlayır: Bir də gördüm Rauf evə gəlib. Dedim nə işdir? Dedi, ata, torpaqlarımızda müharibə gedir, nahaq qan tökülür, daha mən orada qala bilməzdim. Hərbi təyyarəçiyəm, Vətənimə-Azərbaycana xidmət eləməyə gəlmişəm. Səhərisi gün gedib Müdafiə Nazirliyinə müraciət etdik. Rauf ərizə yazdı. Saratovda Ali hərbi Aviasiya Məktəbini bitirmiş yoldaşları da onun kimi (ərizə yazdılar)".
Bakıda bir aylıq hərbi təlimdən sonra onlar birbaşa döyüş xəttinə - Ağdərəyə, Laçına yola düşdülər.
Rauf Quliyevin uçduğu heyət Qarabağ ərazisində 16 uğurlu döyüş əməliyyatı keçirmişdi. Komandir Zakir Yusifov, atıçı Tahir Bağırov, vertolyotu idarə edən isə Rauf Quliyev idi.
Rauf Quliyevin son uçuşu Laçına oldu. Azərbaycan sərhəddini keçən ermənilər Qarabağ istiqamətində irəliləyirdilər. Bir neçə gün əvvəl geri alınmış kəndlərimiz yenidən işğal olunurdu. Onların bu qəfil hücumunun qarşısını almaq lazım idi. Raufgilin heyəti ermənilərin tutduqları mövqeləri sıradan çıxardı. Döyüş zolağına girmiş digər iki vertoljot da onlarla birgə Qubadlı istiqamətində geri qayıdırdı. Ratsiyada bir-birlərini təbrik edir, uğurlu döyüş əməliyyatına görə sevinclərini gizlətmirdilər. Birdən Raufgilin səsi kəsildi. Sanki ratsiya əbədi susdu. Döyüş yoldaşları vertolyotla geri qayıdanda aşağıda bir şeyin yandığını gördülər. Bu, Raufgilin vertolyotu idi. Onlar yerə enəndə artıq iş-işdən keçmişdir. Raufla birlikdə Zakir və Tahir də həlak olmuşdular. Bu hadisə 11 oktyabr 1992-ci ildə Qubadlının Muradxanlı kəndinin yaxınlığında baş vermişdi.
Raufu dədə-baba yurdunda, Cəlilabad rayonunun Alar kəndində dəfn elədilər. Qəbiristanlığın girəcəyində ona xatirə lövhəsi qoyuldu. Cəlilabad rayon Xalq Deputatları Sovetinin qərarı ilə Alar kəndinin Muradxanlı məhəlləsindəki 3 saylı orta məktəbə onun adı verildi. İndi həmin məktəbdə və Sumqayıtdakı 25 saylı orta məktəbdə hərbi təyyarəçi Rauf Quliyevə həsr olunmuş muzeylər açılıb.