Zakir Yusifov (29 sentyabr 1956, Bakı – 11 oktyabr 1992, Səfiyan, Laçın rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Zakir Yusifov | |
---|---|
Zakir Tofiq oğlu Yusifov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (36 yaşında) |
Vəfat yeri | Səfiyan, Laçın rayonu, Azərbaycan |
Vəfat səbəbi | şəhid |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Respublikası |
Rütbəsi | mayor |
Döyüşlər | |
Təltifləri |
29 sentyabr 1956-cı ildə Bakı şəhərində doğulmuşdur. 1974-cü ildə 194 saylı məktəbi bitirir və Sasovski adına Mülki Təyyarəçilik məktəbinə daxil olur. 1977-ci ildə təhsilini başa vurur və Yevlaxda işə başlayır. AN-2 təyyarəsinə komandir təyin edilir. 1988-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin qiyabi şöbəsini bitirir. Respublika ilk hərbi vertolyot eskadrilyasının yaradılması olduqca çətin bir iş idi. Zakir bu işin öhdəsindən Azərbaycanın Milli Qəhrəmanı Yavər Əliyevlə gəldi.
Bu uçuşlardan ən uğurlusu 11 aprel oldu. İlk dəfə hərbi vertolyotla havaya qalxan Zakir Yusifov Füzuli-Xocavənd istiqamətində uğurlu uçuş edə bildi. O, döyüş tapşırığını başa vurur və geri dönür. Zakir Yusifov yüzdən artıq uçuşlar edərək erməni yaraqlılarının xeyli zirehli texnikasını məhv etmişdi. O, Füzuli, Xocavənd, Tərtər, Ağdərə, Şuşakənd səmalarında fərqlənmişdir.[mənbə göstərin]
11 oktyabr 1992-ci ildə Ermənistan silahlı qüvvələrinin Qubadlı rayonu, Səfiyan kəndi yaxınlığında məhv edilməsi, eləcə də quru qoşunlarına dəstək məqsədilə üç Azərbaycan tərəfindən helikopteri göndərilib. Zakirin helikopteri düzülüşün önündə uçmalı, birdəfəyə atış açmalı və geri qayıtmalı idi. Bütün ekipajlar tapşırığı aydın şəkildə yerinə yetirdi. Zakir Yusifov "Gedirik!" əmrini verdi. Qrup son dərəcə alçaq hündürlükdə dərə boyu geri döndü. Ağcabədidə, aerodromda 2 helikopter eniş etdi. Zakirin helikopteri isə görünmürdü. İtmiş vertolyotun tapılması üçün Mi-2 havaya qalxdı. Pilotlar Kubatlıya gedən yolda, cəbhə xəttindən uzaqda, təpədə yerli sakinlərin ətrafına toplaşdığı dağıdılmış helikopterin qalıblarını gördülər. Döyüşçülər yerə endikdən sonra insanları sorğu-sual edib və əraziyə baxış keçiriblər. Alətlər hidravlik sistemdə maye çatışmazlığını göstərənə qədər ekipaj zədələri hiss etməyib. Zakir Yusifov və helikopterin uçuş heyəti həlak olub.[1]
Ailəli idi, iki övladı qalıb.
Azərbaycan Respublikası prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Yusifov Zakir Tofiq oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.[1]
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.[2]
Vaxtilə oxuduğu 194 saylı məktəb və Bakının küçələrindən biri onun adını daşıyır.[1]