Ravşan Sayfiddinoviç İrmatov (özb. Ravshan Sayfiddinovich Ermatov; 9 avqust 1977-ci il, Daşkənd, Özbəkistan SSR, SSRİ) — futbol hakimi, təlimatçı və futbolçu. Özbəkistan Futbol Assosiasiyasının birinci vitse-prezidenti (15 iyul 2019-cu ildən). Doqquz dəfə Özbəkistanda ilin yaxşı hakimi, beş dəfə Asiyada ilin ən yaxşı hakimi, dünyanın ən yaxşı hakimi kateqoriyasında «Global Soccer Awards» mükafatının qalibi. 2013-cü ildə IFFHS görə dünyanın ən yaxşı 10 hakimi sırasına daxil oldu. Özbəkistanın ən yüksək mükafatlarının və ordenlərinin sahibi.
Ravşan İrmatov | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 9 avqust 1977 (47 yaş) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 183 sm | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Təltif və medalları | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
1996-cı ildə Özbəkistan çempionatının Birinci Liqasında, Daşkənd vilayətinin "Qazalkent" klubunda oynamış, lakin ciddi zədədən sonra futbolçu kimi karyerasını başa vurmuşdur. Ravşanın atası Sayfiddin İrmatov SSRİ çempionatının tanınmış futbol hakimi idi. O Ravşana gələcək hakimlik karyersının qurmasında böyük dəstək olmuşdur.[1]
Əvvəlcə Özbəkistan çempionatının birinci liqasının, daha sonra bu ölkənin əsas liqasının oyunlarına hakimlik etməyə başladı. 2003-cü ildə, 25 yaşında FİFA hakimi oldu.[1][2] Elə həmin il gənclər dünya çempionatının oyunlarına hakimlik etdi. 2007-ci ildə gənclər dünya çempionatının iki oyunununu idarə etdi. Bir il sonra Klublararası Dünya Kubokunun final oyununda yer aldı. Dəfələrlə Asiya Kuboku və AFK Çempionlar Liqasının oyunlarında hakim olub. 2008-ci ildən 2011-ci ilə qədər bu mükafatı ardıcıl dörd dəfə qazanaraq AFK tarixinə düşdü. 2013-cü ildə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasına görə dünyanın ən yaxşı hakimləri onluğuna daxil oldu.[3]
2010-cu ildə Ravşan İrmatov Cənubi Afrika və Meksika milli komandaları arasında keçirilən Dünya Çempionatının açılış oyununun hakimi oldu. Sonra Uruqvay - Hollandiya yarımfinal oyunu da daxil olmaqla daha 4 matçda hakimlik etdi.[4] İrmatov bir dünya çempionatında 5 oyunda hakimlik edən üçüncü hakim oldu.[5]
2014 Braziliyada keçirilən Dünya Çempionatında dörd oyunu idarə etdi: qrup mərhələsindəki üç oyun və Hollandiya ilə Kosta Rika arasındakı dörddəbir final oyunu.