Raymonda Xıdır-zadə (Raymonda Zaur qızı Xıdır-zadə; 10 fevral 1967, Bakı) — Beynəlxalq Dizaynerlər İttifaqı Assosiasiyasının, Azərbaycan və Rusiya Rəssamlar İttifaqının üzvü, Azərbaycanda fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, Jenevədə keçirilən CQE-nin XIV Beynəlxalq konvensiyasının, “Əsrin keyfiyyəti” beynəlxalq mükafatının laureatı[1].
Raymonda Xıdır-zadə | |
---|---|
Raymonda Zaur qızı Xıdır-zadə | |
Doğum tarixi | |
Doğum yeri | Bakı |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Bakı Dövlət Universiteti |
Mükafatları |
“Əsrin keyfiyyəti” beynəlxalq mükafatinin laureati CQE-nin XIV Beynəlxalq konvensiyasının laureatı |
Üzvlüyü |
|
Raymonda Xıdır-zadə 1967-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olubdur. 1984-cü ildə orta məktəbi qızıl medal ilə bitirib, Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə qəbul olmuşdur. 1989-cu ildə universiteti fərqlənmə diplomu ilə bitirib, Bakı şəhərində Tikinti Layihə İnstitutunda proqramçı-mühəndis vəzifəsində, 1992-ci ildən 1997-ci ilə qədər Futurologiya Universitetində riyaziyyat və fizika fənlərindən azərbaycan və rus bölmələrində mühazirə dərsləri aparmışdır. 1997-ci ildən Bakı Dövlət Universitetində fizika fakültəsinin ümumi fizika kafedrasında baş laborant[2], 2000-ci ildə mexanika-riyaziyyat fakültəsində “diferensial tənliklər” kafedrasında elmi işçi vəzifəsində çalışmışdır. 1998-ci ildə “Ümumiləşmiş idarəsi olan parabolik tənliklə təsvir olunan sistemlərdə optimal idarəetmənin bəzi məsələləri” mövzusunda disertasiya işinə başlayıb 2001-ci ildə müdafiə etmişdir. 2004-cü ilə qədər BDU-da mexanika-riyaziyyat və fizika fakültələrində mühazirə və seminarlar, 2004-2006-cı illərdə Sumqayıt Dövlət Universitetində “funksional analiz” kafedrasında mühazirə və seminarlar aparmışdır[3].
2006-2016-cı illərdə studiya Bakıda və 2016-cı ildən bu gunə qədər İtaliyanın paytaxti Roma şəhərində fəaliyyət göstərir. 2017-ci ildə Roma Dovlət Universitetində “Çiçəklərlə rəsm” mövzusunda disertasiya işinə başlayıb 2019-cu ildə müdafiə etmişdir. Disertasiya mövzusu praktik tətbiqi Roma şəhərinin məşhur, tarixi meydanlarından biri olan “İspaniya meydanı”nda olub[5].
Peşəkarlıq səviyyəsinin inkişafı üçün landşaft dizaynı, floristika, dekorasiya və mozaika üzrə London, Roma, Amsterdam, Berlin, İstanbul, Antalya, Moskva, Sankt-Peterburq şəhərlərində ixtisas dərsləri almışdır[2].