Raymonda Xıdırzadə

Raymonda Xıdır-zadə (Raymonda Zaur qızı Xıdır-zadə; 10 fevral 1967, Bakı) — Beynəlxalq Dizaynerlər İttifaqı Assosiasiyasının, Azərbaycan və Rusiya Rəssamlar İttifaqının üzvü, Azərbaycanda fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, Jenevədə keçirilən CQE-nin XIV Beynəlxalq konvensiyasının, “Əsrin keyfiyyəti” beynəlxalq mükafatının laureatı[1].

Raymonda Xıdır-zadə
Raymonda Zaur qızı Xıdır-zadə
Doğum tarixi (57 yaş)
Doğum yeri Bakı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Bakı Dövlət Universiteti
Mükafatları “Əsrin keyfiyyəti” beynəlxalq mükafatinin laureati
CQE-nin XIV Beynəlxalq konvensiyasının laureatı
Üzvlüyü
  • Rusiya Rəssamlar İttifaqı[d]

Həyatı və təhsili

[redaktə | mənbəni redaktə et]

Raymonda Xıdır-zadə 1967-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olubdur. 1984-cü ildə orta məktəbi qızıl medal ilə bitirib, Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə qəbul olmuşdur. 1989-cu ildə universiteti fərqlənmə diplomu ilə bitirib, Bakı şəhərində Tikinti Layihə İnstitutunda proqramçı-mühəndis vəzifəsində, 1992-ci ildən 1997-ci ilə qədər Futurologiya Universitetində riyaziyyat və fizika fənlərindən azərbaycan və rus bölmələrində mühazirə dərsləri aparmışdır. 1997-ci ildən Bakı Dövlət Universitetində fizika fakültəsinin ümumi fizika kafedrasında baş laborant[2], 2000-ci ildə mexanika-riyaziyyat fakültəsində “diferensial tənliklər” kafedrasında elmi işçi vəzifəsində çalışmışdır. 1998-ci ildə “Ümumiləşmiş idarəsi olan parabolik tənliklə təsvir olunan sistemlərdə optimal idarəetmənin bəzi məsələləri” mövzusunda disertasiya işinə başlayıb 2001-ci ildə müdafiə etmişdir. 2004-cü ilə qədər BDU-da mexanika-riyaziyyat və fizika fakültələrində mühazirə və seminarlar, 2004-2006-cı illərdə Sumqayıt Dövlət Universitetində “funksional analiz” kafedrasında mühazirə və seminarlar aparmışdır[3].

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  • 2006-cı ildə Raymond-Art floristika və dizayn studiyasını təsis etmişdir. Azərbaycanın müxtəlif şəhərlərində və bir sıra xarici ölkələrdə ( Turkiyə, Hollandiya, Almaniya, İtaliya, İngiltərə, İspaniya, Fransa, İsveçrə, Rusiya) landşaft dizaynı, floristik və dekorativ layihələrin müəllifi və icraçısıdır.
Bakı şəhərindəki layihələrdən
  • 2008-2010-cu illərdə Heydər Əliyevin doğum günü münasibətilə  Bakı şəhəri H.Əliyev parkında “Gül bayramı” layihəsinin dizayner-rəssamı[2];
  • 2008-2010-cu illərdə Bakı şəhərində Dənizkənarı parkda “Qayıdış günü”, ”Dirçəliş günü” kimi tarixi təqvim günlərinə həsr olunan konsert səhnələrinin dizayn-tərtibatı və dekorasiyalarının müəllifi;
  • 2008-2010-cu illərdə Novruz bayramı ilə əlaqədar Bakı şəhərində yerinə yetirilən tərtibat işlərinin icraçısı;
  • Qanlı 20 Yanvar faciəsinin 20-ci ildönümündə “Aglayan şamlar” floristik kompozisiyasının müəllifi;
  • Fəxri Xiyabanda Heydər Əliyevin və oftalmoloq Zərifə Əliyevanın məzarları ətrafinda landşaft dizaynının müəllifi[4];
  • Bakı şəhərindəki Şəhidlər Xiyabanı və bir sıra parkların: Hüseyn Cavid, Səməd Vurğun, Elmlər Akademiyası və s. parklarının, həmin illərdə Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə
  • Bakı şəhərinin əsas prospekt və küçələrinin dekorativ-bayram tərtibat layihələrinin dizayner-rəssamı;
  • 2013-cü ildə Türkiyədə Ataturk parkında keçirilən "Çiçək" sərgisində Heydər Eliyevin 90 illik yubileyinə həsr olunmuş layihənin dizayner rəssamı və icraçısı[2];
  • 2010-2016-cı illərdə Turkiyənin Antalya şəhərində 6 illik Expo-2016 Çiçək sərgisi Beynəlxalq layihənin dizayner-rəssamı;
  • 2010-2013-cü illərdə Moskva ətrafında 100 – qədər şəhər parklarının landşaft dizayneri[4];

2006-2016-cı illərdə studiya Bakıda və 2016-cı ildən bu gunə qədər İtaliyanın paytaxti Roma şəhərində fəaliyyət göstərir. 2017-ci ildə Roma Dovlət Universitetində “Çiçəklərlə rəsm” mövzusunda disertasiya işinə başlayıb 2019-cu ildə müdafiə etmişdir. Disertasiya mövzusu praktik tətbiqi Roma şəhərinin məşhur, tarixi meydanlarından biri olan “İspaniya meydanı”nda olub[5].

Peşəkarlıq səviyyəsinin inkişafı üçün landşaft dizaynı, floristika, dekorasiya və mozaika  üzrə London, Roma, Amsterdam, Berlin, İstanbul, Antalya, Moskva, Sankt-Peterburq şəhərlərində ixtisas dərsləri almışdır[2].

  • 2011-2013 illərdə Moskva şəhərində Rusiya Rəssamlıq Akademiyasının, Rusiya Mədəniyyət Nazirliyinin, Beynəlxalq Dizaynerlər İttifaqinın təşkilatçılığı ilə keçirilən “Qrani bolşoqo qoroda” 3 illik silsilə layihənin 1-ci yer və qizil medal mükafatçısı;
  • 2012-ci ildə Moskva Rəssamlıq Akademiyasının sərgi salonunda fərdi sərgi və 30-a qədər Beynəlxalq sərgilərin iştirakçısı və s.[6].
  • “Əsrin keyfiyyəti” beynəlxalq mükafatinin laureati
  1. Взгляд в прошлое. Москва: Росстата. 2018. səh. 17.
  2. 1 2 3 4 Elbar Şirinov. "AZƏRBAYCANIN XARİCDƏ LAYİQLİ TƏMSİLÇİSİ - RAYMONDA XIDIR-ZADƏ" (az.). tezadlar.az. İstifadə tarixi: 20 sentyabr 2021.
  3. Non Stop. Москва. 2014. səh. 50.
  4. 1 2 Авторская коллекция. Москва. 2012. səh. 124-134.
  5. Врата Миров. Москва. 2012. səh. 15-16.
  6. Вечность. Авторский проект. 2014. səh. 5.