"Re:Zero -Starting Life in Another World-" Şiniçiro Otsukanın rəssamlığı ilə Tappey Naqatsuki tərəfindən yazılmış eyniadlı ranobe seriyası əsasında çəkilmiş anime serialıdır.
Anime adaptasiyasının birinci mövsümü Kadokawa tərəfindən 2015-ci ilin iyulunda anons edilmişdir.[1] Anime serialının rejissoru Masaharu Vatanabe, ssenaristi Masahiro Yokotani, istehsalçısı White Fox studiyasıdır. Kyuta Sakay həm personaj dizayneri, həm də animasiya direktoru olmuşdur.[2] Birinci açılış mahnısı Konomi Suzuki tərəfindən ifa olunan "Redo" mahnısı (13-cü seriyaya qədər), birinci və ikinci bağlanış mahnıları Myth & Roid tərəfindən ifa olunan "Styx Helix" və "Straight Bet" (ancaq 7-ci seriya üçün) mahnılarıdır.[3] İkinci açılış mahnısı Myth & Roid tərəfindən ifa olunan "Paradisus-Paradoxum" mahnısı (14-cü seriyadan), ikinci bağlanış mahnısı Emiliya personajının səsləndiricisi Rie Takahaşi tərəfindən ifa olunan "Stay Alive" mahnısıdır (14-cü seriyanın bağlanış mahnısı Myth & Roid tərəfindən ifa olunan "theater D" mahnısı olmuşdur).[4]
25 seriyadan ibarət anime serialının birinci seriyası 4 aprel 2016-cı ildə yayımlanmış və 50 dəqiqə çəkmişdir. Anime serialı TV Tokyo, TV Osaka, TV Aichi, AT-X kanalları,[5][6] eləcə də, Crunchyroll vasitəsilə 19 sentyabr 2016-cı ilə kimi yayımlanmışdır.[7]
Anime serialı Anime Limited tərəfindən Böyük Britaniya üçün lisenziyalaşdırılmışdır.[8]
№ | Başlıq[a] | Rejissor | Ssenarist | Yayım tarixi | İst. |
---|---|---|---|---|---|
1 | "Başlanğıcın sonu və sonun başlanğıcı" "Hajimari no Owari to Owari no Hajimari" (始まりの終わりと終わりの始まり) | Masaharu Vatanabe | Masahiro Yokotani | 4 aprel 2016 | [10][11] |
Hikikomori və oyunçu olan Subaru Natsuki marketdən qayıdanda özünü başqa dünyada tapır. Subaru düşdüyü dünyanı araşdırmağa çalışır və bir dükançı ilə söhbət edir. Daha sonra küçədə 3 oğrunun hücumuna məruz qalır. Subaru özünün Satella kimi təqdim edən pəri qızı tərəfindən xilas edilir. Subaru bu yaxşılığı qarşılığında Satellaya Felt tərəfindən oğurlanmış nişanını tapmağa kömək etməyə qərar verir. Subaru və Satella Feltin yaşadığı meyxanaya gedirlər, amma onu ölü tapırlar. Qısa müddət sonra Satella və Subaru naməlum şəxs tərəfindən öldürülürlər. Bu zaman Subarunun xüsusi qabiliyyəti işə düşür və Subaru özünü əvvəl söhbət etdiyi dükançı ilə yenə söhbət etdiyi halda tapır. Subaru meyxanaya getmək və nişan üçün Rom və Feltlə danışıq aparmaq qərarına gəlir. Əvvəlki zaman xəttində Subarunu öldürən Elza Qranhirt meyxanaya gəlir və hər ikisi nişan üçün təkliflərini verirlər. Subaru öz mobil telefonunu təklif edir, Rom və Felt mobil telefonun Elzanın təklif etdiyi puldan daha qiymətli olduğunu fikirləşib təklifini qəbul edirlər. Amma Subaru nişanı əvvəlki sahibinə geri qaytarmaq istədiyini bəyan edəndə Elza onu və digərlərini öldürür. Subaru yenə dükançı ilə söhbət etdiyi ana qayıdır və bu zaman Satella ilə rastlaşır. Subaru ona Satella adı ilə səslənir, amma Satella onu niyə "Qısqanc cadugər"nin adı ilə çağırdığını soruşub əsəbləşir. | |||||
2 | "Cadugər ilə yenidən birləşmək" "Saikai no Majo" (再会の魔女) | Masahiro Şinohara | Masahiro Yokotani | 11 aprel 2016 | [12][13] |
Satella Subarunun onu belə adlandırmasından əsəbləşib uzaqlaşır. Subaru nişanın oğurlanmasının qarşısını almağa çalışır, amma uğursuzluğa uğrayır və oğrular tərəfindən öldürülür. Yenə dükançı ilə söhbət etdiyi ana qayıdanda Subaru "Ölümdən qayıdış" gücünə malik olduğunu anlayır. Subaru Satella ilə qarşılaşmayıb Elzadan qabaq nişanı Feltdən almağa qərar verir. Küçədə kral cəngavəri Reynhard van Astreya Subarunu oğrulardan xilas edir və Subaru ondan Satellanı görsə ona meyxanaya gəlməsini deməsini xahiş edir. Meyxanaya gedərkən Subaru Elza ilə rastlaşır və onun hər hansı şəxsdən gələn qorxunu hiss etdiyi anlayır. Subaru Felti görür və mobil telefonunun qarşılığında nişanı istəyir. Amma Felt Elzanın təklifini dinləmədən nişanı satmaqdan imtina edir. Bu zaman qapı döyülür, Subaru bunun Elza olacağından qorxur, amma Satella peyda olur və Subaru təəccüblənir. | |||||
3 | "Fərqli dünyada sıfırdan həyata başlamaq" "Zero Kara Hajimaru i Sekai Seikatsu" (ゼロから始まる異世界生活) | Kazuomi Koqa | Masahiro Yokotani | 18 aprel 2016 | [14][15] |
Satellanın gəlişindən qısa müddət sonra Elza peyda olur və hücum edir. Satellanın pişik formasında yaxın dostu Pak buz sehrindən istifadə edərək Elza ilə döyüşməyə kömək edir, amma gecə gücünü itirdiyindən yatmağa məcbur olur. Feltə meyxanadan qaçmaq əmr olunur, Rom ağır yaralanır, Satella Elza ilə döyüşdə getdikcə zəif düşür. Reynhard peyda olur və Elza özünü bağırsaq ovçusu kimi təqdim edir. Satella Romun yaralarını sağaltmağa başlayır, Reynhard Elzanı məğlub etmək üçün son hücumundan istifadə edir. Amma Elza sağ qalır, geri çəkilməzdən qabaq Satellanı öldürməyə çalışır, amma Subaru bunun qarşısını alaraq yaralanır. Satella onun həyatını xilas etmək üçün yaralarını sağaldarkən Subaru onun əsl adını soruşur və Emiliya olduğunu öyrənir. Reynhard isə icazədə olmasına baxmayaraq Feltin nişanı oğurlamasını görməzdən gələ bilmədiyini deyir və onu özü ilə aparır. | |||||
4 | "Rozval malikanəsinin xoşbəxt ailəsi" "Roswaal-tei no Danran" (ロズワール邸の団欒) | Yoşinobu Tokumoto | Masahiro Yokotani | 25 aprel 2016 | [16][17] |
Subaru güclü sehrbaz və kral olan Rozval L. Meyzersin malikanəsində oyanır və kitabxanada Beatris adlı sehrbaz qız ilə rastlaşır. Beatris onunla kobud danışdığına görə Subarunun manasını çəkir və onu huşsuz vəziyyətə salır. Subaru yataq otağında Rem və Ram adlı əkiz xidmətçilərlə oyanır. Subaru Rozval ilə rastlaşanda məlum olur ki, bu nişan Emiliyaya növbəti kral seçkilərində iştirak etmək üçün lazımdır. Subaru etdiyi yaxşılıq qarşılığında malikanədə eşikağası kimi işləməyi istəyir. Rem və Ramla işlədiyi ilk 5 gündə Subaru ona verilən işləri güclə yerinə yetirir. Gecə Subaru Emiliyaya yaşadığı çətinliklər və səyləri haqqında danışır. Emiliya onun növbəti gün kənddə uşaqları izləmək təklifini qəbul edir. Lakin Subaru yatıb oyandıqda 5 gün əvvələ qayıtdığını və Rem və Ramla yenə ilk dəfə tanış olduğunu öyrənir və gecə öldürüldüyü qərarına gəlir. | |||||
5 | "Vədimizin səhəri hələ uzaqdadır" "Yakusoku Shita Asa wa Tooku" (約束した朝は遠く) | Daysuke Takaşima | Masahiro Yokotani | 2 may 2016 | [18][19] |
Subaru yenidən dirilir və yenidən Rem və Ram ilə tanış olur. Subaru əvvəlki zaman xəttində baş verənləri təkrarlamaq qərarına gəlir, lakin əvvəlki zaman xəttindən fərqli olaraq Ram ona yazıb-oxumağı öyrətməyə başlayır. Ev işləri zamanı Subaru ilə Rem arasında münasibətlər dərinləşir, bu isə Ramın xoşuna gəlmir. Alış-veriş edərkən Rem bacısı haqqında anormal dərəcədə olan qayğısını ifadə edir. Subaru onu "iblis kimi fanat" adlandırır və Rem ondan iblislər haqqında nə düşündüyünü soruşur. Rem və Ram məşğul olduqlarından Emiliya Subarunu öyrədir, Subaru ondan səhər kəndə gedib uşaqlarla oynamağı və gül sahələrini ziyarət etməyi xahiş edir. Subaru onu öldürəni bilmək üçün bütün gecə oyaq qalmağı planlaşdırır, amma yatıb qalır. Gecə yarısı Subaru birdən oyanır və zəhərləndiyini hiss edir. O, dəhlizdə gəzməyə çalışır, amma üzü görünməyən sui-qəsdçi tərəfindən hücuma məruz qalır və yenidən öldürülür. | |||||
6 | "Zəncirlərin səsi" "Kusari no oto" (鎖の音) | Hideyo Yamamoto | Yoşiko Nakamura | 9 may 2016 | [20][21] |
Subaru yenidən dirilir. Kim tərəfindən öldürüldüyünü anlamaq üçün Subaru Rozvaldan malikanədə işləmək əvəzinə, bu dəfə müftəxor yaşamağı istəyir. Beatrislə söhbətdə Beatris onun üçün iki iddia sürür. Birincisi Subarunun ölərkən eşitdiyi zəncir səsidir. İkincisi isə insandan mana əmərək ölməsinə səbəb olan bir şamandalənətdir. Beatris bu lənətdən malikanədə ancaq özünün və Pakın istifadə edə bildiyini vurğulayır, lakin Subarunu öldürdüyünü rədd edir və bunun bir şamanın işi olduğu fikri ağla gəlir. Ramla söhbətdə Subaru ona qırmızı demon və göy demonun insanlarla sülh şəraitində yaşamaq istəklərindən söz açan xalq nağılı danışır. Ram hər iki demonu ağılsız adlandırır və qırmızı demonun buynuzunu itirə biləcəyini deyir. Ram Subaruya bu nağılı Remə danışmamasını tövsiyə edir. Subaru həmçinin nağıl kitablarından krallığı qoruyan əjdaha haqqında öyrənir. İndiki zaman xəttinin dördüncü günündə Subaru malikanəni tərk edir və hündür qayaya dırmaşaraq nələrin olacağına tamaşa etməyə qərar verir. Axşam Subaru qəflətən hücuma məruz qalır. İlk iki zərbədən qaçan Subaru nəhayətdə hücumçunun silah kimi istifadə etdiyi zəncirdən yapışaraq onu özünü göstərməyə məcbur olur. Subaru şoka düşür, çünki hücum edənin Rem olduğu ortaya çıxır. | |||||
7 | "Subaru Natsukinin yenidən başlaması" "Natsuki Subaru no risutāto" (ナツキ・スバルのリスタート) | Yoşito Mikamo | Yoşiko Nakamura | 16 may 2016 | [22][23] |
Rem Subarunu yerə sərir və ona işgəncə verir. O, Subarunu Emiliyaya qarşı olan qruplaşmaya mənsub olmaqla ittiham edir, ondan cadugər qoxusu gəldiyini qeyd edir və onu öldürür. Subaru yenə malikanədə dirilir və Rem ilə Ramı görüb qorxur. Emiliya onun vəziyyəti ilə bağlı narahatlıq keçirir, Subaru "Ölümdən qayıdış" gücü ilə bağlı hər şeyi ona danışmağa qərar verir. Lakin sözünü bitiməmiş əl formasında olan qara kölgə onu "əzir". Subaru növbəti iki günü yataqda keçirir. Beatris ona yaxınlaşır və onun yanına onu nə narahat etdiyini öyrənmək üçün göndərildiyini deyir. Beatris həm də ondan çox güclü cadugər qoxusu gəldiyini qeyd edir. Subaru dördüncü gecə onu qorumağı xahiş edir, Beatris bununla razılaşır. Həmin gecə Subaru qəribə yuxular görür və Beatrisin otağında ayılır. Gecəni Beatrisin otağında təhlükəsizlikdə keçirir. Növbəti səhər otaqdan çıxan Subaru Remin Ramı kədər içində buraxaraq öldüyünü öyrənir. Rozval qeyd edir ki, Rem güman ki, bir lənətin səbəb olduğu yorğunluq səbəbi ilə ölüb. Emiliya və Rozval Subarudan bu haqda nəsə bildiyi ilə bağlı sual verirlər. Subarunun cavab verə bilməməsi Ramın şübhəsinə səbəb olur və Subaruya hücum edir, amma Beatris Subaruya onu qorumaq sözü verdiyindən Rama mane olur. Subaru malikanədən qaçır və bir qayanın başına dırmaşır. Beatris onu tapır və əkizlər üçün bir daha heç nəyin əvvəlki kimi olmayacağını deyir. Beatrisin köməyi ilə Subaru gecə onun əllərindən tutub Beatrisin otağına aparanların Rem və Ram olduğunu xatırlayır. Beatris Subaruya ərazidən qaçmağı təklif edir. Bu zaman onu öldürmək andı içmiş Ram gəlir. Qorxaqlığının Remin faciəsinə səbəb olduğunu düşünən Subaru Beatrisin qoruması altında olmasına baxmayaraq "Sizi xilas edəcəm" deyərək özünü qayadan atır. | |||||
8 | "Mən ağladım, hıçqıra-hıçqıra ağladım və ağlamağı kəsdim." "Naite naki wameite naki yandakara" (泣いて泣き喚いて泣き止んだから) | Manabu Okamoto | Masahiro Yokotani | 23 may 2016 | [24][25] |
Subaru yenidən dirilir və başa düşür ki, əkizlərin güvənini qazanmaq çox vacibdir. Buna görə də Subaru yenə malikanədə xidmətçi kimi işləməyə başlayır. Əvvəlki zaman xətlərində onu və Remi öldürən şamanı məğlub etmək üçün Subaru Pakdan ona sehirdən istifadə etməyi öyrətməsini istəyir. Pak onun hansı növ sehrbaz olduğunu anlamaq üçün manasını yoxlayır və kölgə sehrbazı və bunun nadir kateqoriya olduğunu deyir. Məşq zamanı Subaru sehrini öyrənməyə çalışır, amma alınmır. Subaru işinə davam edərək əkizlərin güvənini qazanmağa çalışır. Onun bu səyini görən Emiliya Subaruya qucağında yatmasına icazə verir. Gecə oyanan Subaru əvvəlki zaman xətlərində onu və Remi öldürən lənət haqqında Beatrisdən məlumat alır. Beatris ona başa salır ki, lənətin aktivləşməsi üçün əvvəlcə fiziki təmas lazımdır. Subaru belə qənaətə gəlir ki, əgər malikanədəki şəxslər deyilsə, deməli keçən dəfə getdiyi kənddəki şəxslərdən biri ona bu lənəti bulaşdırıb və əvvəlki zaman xətlərinin birində ölümünə səbəb olub. Subaru Remin öldüyü zaman xəttində kəndə getmədiyindən lənət Remə bulaşıb və gecə Remin ölümü ilə nəticələnib. Növbəti gün Subaru Rem və Ramı birlikdə həmin kəndə getməyə razı salır. | |||||
9 | "Cəsarətin mənası" "Yūki no imi" (勇気の意味) | Hiroyuki Tsuçiya | Yoşiko Nakamura | 30 may 2016 | [26][27] |
Subaru müqəssiri tapmaq məqsədilə Ram və Remlə birlikdə kəndə gedir. Üçü malikanəyə qayıdanda Rozvall malikanəni tərk edir, halbuki əvvəlki zaman xətlərinin heç birində bu baş verməmişdi. Subaru Beatrisdən lənətlənib-lənətlənmədiyini soruşur, lənətlənibsə, lənətin olduğu yeri müəyyən etməsini istəyir. Lənətin kənddə balaca bir itin onu dişlədiyi yerdə olduğunu bilən Subaru kənddəki uşaqların təhlükədə olduqlarını başa düşür. Buna görə də gecə Remlə birlikdə kəndə qayıdır. Subaru və Rem it tərəfindən dişlənmiş uşaqları tapmaq üçün kəndin yaxınlığındakı meşəyə girməyə məcbur olurlar. Subaru və Rem uşaqları zəif halda tapırlar. Rem sehrindən istifadə edərək uşaqları sağaltmağa başlayır, bu zaman Subaru bir uşağın əskik olduğunu görür, Remdən ayrılaraq onun axtarışına çıxır. Subaru son uşağı tapsa da, itəbənzər bədheybət – bir Mabistin hücumuna məruz qalır. Subaru Mabisti öldürür, amma qəfil onu bir Mabist sürüsü çevrələyir. Bu zaman Rem özünü ora çatdırır. Onlar kəndə tərəf qaçmağa başlayırlar, amma vaxt qazanmağa çalışan Rem ağır zərbə alır və içindəki iblis oyanır. Rem az qala öləcəkkən, Subaru özünü qabağa tullayaraq Remi xilas edir və ağır yaralanır. | |||||
10 | "İblis kimi fanatik metodlar" "Oni Gakatta Yarikata" (鬼がかったやり方) | Yoşinobu Tokumoto | Masahiro Yokotani | 6 iyun 2016 | [28][29] |
Subaru növbəti gün kənddə oyanır və Emiliya ilə Ramın onların köməyinə gəldiklərini öyrənir. Ram mabistləri kənddə girməyə mane olan baryeri təmir edibmiş, Emiliya isə Subarunun yaralarını sağaldıbmış. Lakin Beatris Subaruya keçən gecə onun üzərinə bir çox lənətlərin bulaşdığını, lənətləri üzərindən yığışdıra bilmədiyini və yarım gün sonra öləcəyini bildirir. Subarunun həyatını xilas etməyin yeganə yolu ona lənətləri bulaşdıran bütün mabistləri öldürməkdir. Bu məqsədlə Remin meşəyə iblis şəkli ilə yollandığını öyrənən Subaru kəndlilərin ona hədiyyə kimi bağışladıqları qılıncı da götürərək Ram ilə onu axtarmağa gedir. Yolda Ram Subaruya başa salır ki, buynuz bacısının içərisindəki iblisi oyadır, lakin onun özü buynuza malik deyil. Subaru "Ölümdən qayıdış" gücü haqqında həqiqəti danışmağa cəhd etməklə mabistlərin diqqətini çəkir və ikisi qaçmağa başlayırlar. Qayadan yıxıldıqdan sonra mabist sürüsü və berserkə dönmüş Rem ilə rastlaşırlar. Subaru Ramın köməyi ilə plan quraraq Remin buynuzunu kəsməyə çalışır. | |||||
11 | "Rem" "Remu" (レム) | Dayqo Yamaqişi | Masahiro Yokotani | 13 iyun 2016 | [30][31] |
Keçmişdə Rem və Ram əkizlərin doğulmasını qadağan edən iblis kəndində yaşayırdılar. Ram qeyri-adi qabiliyyəti ilə seçilirdi, amma Rem onun kölgəsində qalırdı. Lakin bir gün bir döyüşdə Ramın iblis buynuzu kəsilir və bu hadisədən sonra Rem özünü günahlandırır. İndiki zamanda isə Rem Subarunun əllərində ayılır. Subaru, Ram və Rem mabistlərdən qaçmağa çalışırlar və onlar şamanla qarşılaşırlar. Subaru əkizlərin qaçmasına şərait yaratmaq üçün şamanla döyüşə qalır, bu zaman şaman nəhəng bədheybətə çevrilir. Subaru qırıq qılıncı ilə şamana zərbə endirir, amma şaman xəsarət almır. Subaru az qala öləcəkkən, Rozval özünü çatdırır, şamanı və digər mabistləri öldürür, Subarunun üzərindəki lənəti qaldırır. Hər kəs malikanəyə qayıdır. Subaru Rem ilə malikanənin bir otağında ayılır. Subaru Remdən özünü günahlandırmaq əvəzinə gələcək üçün yaşamasını istəyir. Subaru çölə çıxıb Emiliya ilə söhbət edir və onu növbəti gün görüşə çıxmağa razı salır. | |||||
12 | "Paytaxta qayıdış" "Sairai no ōto" (再来の王都) | Daysuke Takaşima | Masahiro Yokotani | 20 iyun 2016 | [32][33] |
Subaru Emiliya ilə kənddə görüşə çıxır. Malikanəyə qayıdanda Emiliya paytaxta çağırılır və ikisi Vilhelm və Feliksin müşayiəti ilə paytaxta aparılırlar. Paytaxtda Subaru Kadomon ilə rastlaşır və ondan alma alır. Daha sonra ikisi Yulius ilə rastlaşırlar və Yuliusun Emiliyanın əlindən öpməsi Subarunun şoka düşməsinə səbəb olur. Subaru Pristsillanın üç quldur tərəfindən küçədə sıxışdırıldığını görür və onu xilas etməyə gedir, lakin onun köməyə ehtiyacı olmadığını bilmir. Bu zaman Romun gəlişi quldurların qorxub qaçmasına səbəb olur və Rom Subarudan Reynhard tərəfindən aparıldıqdan sonra Feltin harada olduğunu soruşur. Subaru Pristsillaya alma təklif edir, bu zaman Emiliya gəlib çıxır. Növbəti gün paytaxt qəsrində hökmdar namizədlərinin məclisi baş tutur. Emiliya hər nə qədər Subaruya gəlməməsini istəsə də, Subaru Pristsilla ilə tədbirə gəlir. Emiliya Subarunu görür və Pristsilla Subarunun artıq onun xidmətçisi olduğunu bildirir. Tezliklə tədbir iştirakçılarına beşinci hökmdar namizədi olan Felt təqdim olunur və bu, hər kəsin təəccübünə səbəb olur. | |||||
13 | "Qondarma cəngavər Subaru Natsuki" "Jishō Kishi Natsuki Subaru" (自称騎士ナツキ・スバル) | Kazuomi Koqa | Masahiro Yokotani | 27 iyun 2016 | [34][35] |
Reynhard Felti beşinci hökmdar namizədi kimi təqdim edir və zadəganlar hökmdar namizədinin belə kasıb şəxs olduğuna təəccüblənirlər. Reynhard və Subaru ilə salamlaşdıqdan sonra (təpiklə) Fel elan edir ki, hökmdar seçkilərinə qatılmayacaq. Emiliyanın tədbirdəki bir çox şəxslər tərəfindən alçaldılmasını həzm edə bilməyən Subaru önə çıxıb Emiliyanın cəngavəri olduğunu deyir. Lakin Yulius ona özünü cəngavər belə adlandırmaq hüququnun olmadığını deyir. Emiliya da Subarunun onun cəngavəri olmadığını bildirir və Subaru tədbirdən atılır. Bu zaman Qoca adam Rom zorla içəri soxulub Felti aparmağa çalışır, amma asanca yaxalanır. Romu xilas etmək məqsədilə Felt hökmdar seçkilərinə qatılacağını açıqlayır və əgər hökmdar olarsa, bütün dövləti məhv edəcəyini bildirir. Bundan dərhal sonra Yulius etdiyi təhqirlərə görə Subarunu duelə dəvət edir və onu yarı-ölü vəziyyətinə düşəcək qədər döyür. Subaru oyananda Emiliya ona deyir ki, sağalana qədər paytaxtda qalmalıdır, o və Rozval isə malikanəyə qayıdacaqlar. Subaru bunu rədd edəndə Emiliya kömək etmək üçün niyə belə çox çalışdığını soruşur, lakin Subaru "Ölümdən qayıdışı" gücünə görə birinci zaman xəttində başına gələnləri ona danışa bilmir. Subarunu başa düşməyən və ona daha güvənməyən Emiliya Subarunu tərk edir. | |||||
14 | "Çarəsizlik adlı xəstəlik" "Zetsubō to iu Yamai" (絶望という病) | Mamoru Taysuke | Eyci Umehara | 4 iyul 2016 | [36][37] |
Subaru keçidinin Feliks tərəfindən sağaldılması üçün Rem ilə birlikdə Kruş Karştenin malikanəsində qonaq kimi yaşayır. Zəifliyindən əsəbləşən Subaru güclənmək üçün Vilhelm ilə məşq edir. Reynhard gəlib Subarudan üzr istəyir və döyüşməkdənsə Yulius ilə söhbət edib barışmasını istəyir, çünki döyüşmək mənasızdır və onlara baha-başa gəlib: Subaru Emiliya ilə münasibətini korlayıb, Yulius nüfuzuna xələl gətirib. Lakin Subaru bundan imtina edir və ondan geri qayıtmasını istəyir. Axşam Subaru Remdən niyə onu müşayiət etdiyini soruşur, Rem sadəcə belə istədiyini bildirir. Növbəti gün Subaru və Rem şəhəri gəzməyə çıxırlar və Subaru Kadomon ilə rastlaşır. Kadomon Subaruya deyir ki, insanlar Qısqanc cadugərdən qorxduqlarına görə hökmdar seçkilərində Emiliyanı dəstəkləməyəcəklər və ona xəbərdarlıq edir ki, ictimaiyyət arasında Qısqanc cadugərin adını yüksəkdən çəkməsin. Gecə Kruş Subarunu içki içməyə dəvət edir, başını qaldırmalı və irəliyə baxmalı olduğunu deyir. Feliks Subaruya bildirir ki, o, Emiliya ilə necə barışacağı haqda düşünməlidir. Kruş və Feliksin məsləhətlərindən sonra Subarunun ruh düşkünlüyü aradan qalxır, Vilhem Subaruya güclü olmaq istəməyənə güclü olmağı öyrətmək faydasızdır deyir və məşqi başa çatdırmağı təklif edir. Bu zaman Rem Meyzers mülkündə hansısa dəhşətli hadisələrin baş verdiyini hiss edir və bu haqda malikanədəkilərə xəbər verir. Subaru o saat Rozval malikanəsinə yollanmağa qərar verir, lakin Kruş və Feliks ona xəbərdarlıq edirlər ki, Emiliya ilə razılıqlarına əsasən əgər o, malikanəni tərk edərsə, onların düşməni olacaq. Paytaxta gəldikləri yol Ağ balina adlı təhlükəli duman ilə örtüldüyündən Subaru və Rem daha uzun yoldan istifadə etməyə məcbur olurlar. Gecə dincəldikləri mehmanxanada Rem Subarunu sehri ilə yatızdırır və özü tək malikanəyə yollanır. Buraxdığı məktubda Rem bildirir ki, məsələ bağlandıqdan sonra onun yanına qayıdacaq. Növbəti gün hər kəs tərəfindən tərk edildiyinə görə əsəbi olan Subaru Otto adlı arabaçının köməyi ilə malikanəyə yola düşür. Yarıyolda Ottonun yer əjdahası nədənsə qorxub çəkinir və Otto geri qayıtmağa məcbur olur. Buna baxmayaraq Subaru qalan yolu piyada getməyə qərar verir. Yolda ikən Subaru qara geyimli və maskalı adamlar tərəfindən mühasirəyə alınır və qəflətən həmin adamlar yoxa çıxırlar. Sübh çağı Arlama çatır və ətrafda bir çox meyitlər görür. Subaru təlaş içində Remi axtarmağa başlayır və malikanəyə gəlir. Yerdə qan içində uzanmış Remin ölü bədənini görür və ağlamağa başlayır. | |||||
15 | "Dəliliyin son həddi" "Kyōki no Sotogawa" (狂気の外側) | Hiroyuki Tsuçiya | Eyci Umehara | 11 iyul 2016 | [38][39] |
Subaru malikanəyə girir və cəsədlərlə qarşılaşır. Sonda çox soyuq otağa daxil olur və soyuqdan donub ölür. Subaru yenidən dirilir və Remi qucaqlayır, lakin sağlam düşünmək qabiliyyətini itirir. Kruş və xidmətçisi Feliks onu sağaltmağa çalışırlar, lakin heç nə işə yaramır. Rem və Subaru evə qayıtmağa qərar verirlər. Qəflətən onların arabaları qara geyimli adamların hücumuna məruz qalır. Onlardan biri Subarunu qaçırır, digərləri isə Remi öldürməyə çalışırlar. Subaru özünü mağarada zəncirlənmiş halda tapır və qara geyimli adamların lideri Petelqeyze Romane-Konti ilə qarşılaşır. Məlum olur ki, onlar Qısqanc cadugərin xidmətçiləridirlər. Rem onların yerini tapır, Betelgeyze və adamlarını öldürməyə çalışır, lakin çox ağır yaralanır. Rem Betelgeyzenin işgəncəsinə məruz qalır. Betelgeyze Subarunu ölümə tərk edib adamları ilə gedir. Hələ də həyatda olan Rem son nəfəsində sehr ilə Subarunun zəncirlərini qırır və ölməzdən qabaq ona yaşamalı olduğunu deyir. Subaru Remin ölmüş bədənini malikanəyə qədər gətirir və ətrafda cəsəd yığınları ilə ölmüş Ramı görür. Subaru malikanənin xaricində Pakın şeytan forması ilə qarşılaşır. Pak ona "mənim qızımla yat" deyir və Subarunun başını kəsir. Subaru yenidən dirilir və Betelgeyzeyə lənət oxuyur. | |||||
16 | "Donuzun acgözlüyü" "Buta no Yokubō" (豚の欲望) | Yoşinobu Tokumoto | Yoşiko Nakamura | 18 iyul 2016 | [40][41] |
Petelqeyzenin üç gün sonra malikanəyə və kəndə hücum edəcəyini bilən Subaru digər hökmdar namizədlərindən kömək axtarmağa çalışır. Əvvəlcə Kruşa müraciət edir, lakin kömək etməyinin əvəzində Emiliyanın seçkilərdən geri çəkilməli olduğunu dedikdən sonra Subaru təklifi rədd edir. Daha sonra Pristsillaya müraciət edir və Pristsilla ayağını yalayacağı halda ona kömək edəcəyini deyir. Bunun zarafat olduğundan xəbərsiz olan Subaru bununla razılaşır və az qala ayağını öpəcək ikən Pristsilla onu təpikləyir, donuz adlandırır və qovur. Küçədən keçərkən Anastasiya ilə rastlaşır və onun kömək edəcəyini ümid edir. Subaru ilə Anastasiya söhbət edirlər, lakin Subaru Anastasiyaya Kruşun əhəmiyyətli məlumatı haqqında danışdıqdan sonra əslində Anastasiyanın Subarudan istifadə etdiyi məlum olur. Heç bir hökmdar namizədinin kömək etməyəcəyini görən Subaru kənddəki insanları təxliyə etmək üçün Ram ilə yolda düşür və Ottonun başçılıq etdiyi tacir karvanına müraciət edirlər. Yolda qəflətən onlar ağ balina ilə qarşılaşırlar. Bu zaman tacirlərdən biri itir və Subaru Ottonun həmin tacir haqqında heç nə xatırlamadığını öyrənir. | |||||
17 | "İfrat rüsvayçılıq" "Shūtai no Hate ni" (醜態の果てに) | Yoşito Mikamo | Yoşiko Nakamura | 25 iyul 2016 | [42][43] |
Ağ balina yaxınlaşmağa başlayır, Rem Subaru və Ottoya qaçmaq üçün şans yaratmaq üçün arabadan tullanaraq onunla döyüşməyə gedir. Subaru ona mane olur, buna görə də Rem onu vurur. Subaru oyananda Ottonın Rem ilə bağlı heç nə xatırlamadığını görür. Ağ balina hələ də arxalarınca gəlir və Subaru Ağ balinanın onun dalınca gəldiyini başa düşür. Buna görə də Otto onu arabadan itələyir. Dumandan qurtulandan sonra Subaru Ottonun arabası ilə qarşılaşır və onsuz malikanəyə yola düşür. Növbəti səhər Subaru ağır yaralanmış halda kəndlilər tərəfindən tapılır və Subaru Ramın yanında oyanır. Subaru Remin öldüyünü deyəndə Ram Remin kim olduğunu soruşur və Subaru şoka düşür. Subaru Emiliyanın da artıq Remi xatırlamadığını görür. Subaru hətta ölsə belə Ölümdən qayıdış gücünə malik olduğunu Emiliyaya demək qərarına gəlir, lakin əvəzində Emiliya ölür. Otağa Beatris daxil olur və Subaru ondan onu öldürməsini istəyir, lakin Beatris onu Emiliyanın cəsədi ilə portala tullayır. Subaru Petelgeyze və dəstəsi ilə rastlaşır. Petelgeyze Subarunu öldürməyə çalışında Pak gəlir və onları xilas edir. | |||||
18 | "Sıfırdan" "Zero kara" (ゼロから) | Kazuomi Koqa | Yoşiko Nakamura | 1 avqust 2016 | [44][45] |
Pak bədheybətə çevrilib Petelqeyze və dəstəsini öldürür. Pak daha sonra Emiliyanın ölməsinə icazə verdiyi üçün Subarunu donduraraq öldürür. Subaru yenidən dirilir və Rem ilə ciddi söhbətə başlayır. Subaru Remə təklif edir ki, Luqnikadan qaçıb birlikdə xoşbəxt yaşasınlar, lakin Rem təklifi qəbul etməyib bunu edəcəyi halda ən çox sevdiyi Subarunu arxada buraxacağından qorxduğunu bildirir. Hər ikisi keçmişləri ilə bağlı uzun söhbət aparırlar. Sonda Subaru kədərinin və ümidsizliyinin öhdəsindən gəlir. Rem Subarunu sevdiyini etiraf edir, lakin onun ürəyinin Emiliyaya aid olduğunu qəbul edir. Subaru Remin görmək istədiyi qəhrəman olacağına söz verir və hər şeyə sıfırdan başlayacağına söz verir. | |||||
19 | "Ağ balinaya qarşı döyüş" "Hakugei Kōryaku Sen" (白鯨攻略戦) | Daysuke Takaşima | Eyci Umehara | 8 avqust 2016 | [46][47] |
Əvvəlki zaman xəttindən Ağ balinanın nə vaxt ortaya çıxacağını bilən Subaru bu məlumat və Rozvalın mədənçilik hüquqlarının müəyyən hissəsi qarşılığında Kruşa ittifaq təklif edir. Ağ balinanın şirkətinə vurduğu zərərlərə görə Anastasiya da ittifaqa dəstək olmağa qərar verir. Subaru mobil telefonunu Kruşa göstərərək Ağ balinanın ortaya çıxacağı yeri və zamanı bu cihaz sayəsində bildiyini bildirir və Ağ balinanı özünə çəkəcəyini deyir. Vilhelm həyat yoldaşının Ağ balina tərəfindən öldürüldüyünü deyir və qisas almaq istədiyini bildirir. Növbəti gün Subaru, Rem və Kruş ilə Anastasiya düşərgələrinin orduları Ağ balinanın ortaya çıxmasını gözləmək üçün Flüqel ağacına yollanırlar. Tezliklə Ağ balina görünür və döyüş başlayır. | |||||
20 | "Vilhelm van Astreya" "Viruherumu van Asutorea" (ヴィルヘルム・ヴァン・アストレア) | Hiroyuki Tsuçiya | Eyci Umehara | 15 avqust 2016 | [48][49] |
Ağ balina ilə döyüş başlayır. Döyüş gecə başladığından ətrafı müvəqqəti işıqlandırmaq üçün havaya xüsusi fişənglər buraxılır. Subaru və Rem Ağ balinanı öz üzərilərinə çəkilər, Kruş və Anastasiyanın qüvvələri Ağ balinaya hücum edirlər. Vilhelm də balinaya hücum edərək ona ağır zərbələr endirməyə başlayır. Lakin balina hələ də göydə qalır və vəzilərindən xüsusi duman buraxır. Subaru və Rem dumandan qaçırlar. Ordular əsgərlərini itirib bu hadisəni "Çıxartma dumanı" adlandıranda Subaru başa düşür ki, Ağ balinanın dumanı təsir etdiyi insanın varlığını yox edir. Subaru Ölümdən qayıdış gücünün köməyi ilə Ağ balinanı özünə çəkərək yaralanmış əsgərlərdən uzaqlaşdırır, lakin özü balinaya yem olmaqdan son anda qurtulur. Vilhelm və Anastasiyanın komandirlərindən biri olan Rikardo Velkin ağ balinaya qəddarcasına hücum edirlər. Lakin məlum olur ki, ətrafda 3 Ağ balina uçur. | |||||
21 | "Çarəsizliyə meydan oxuyan mərc" "Zetsubō ni Aragau Kake" (絶望に抗う賭け) | Yoşinobu Tokumoto | Eyci Umehara | 22 avqust 2016 | [50][51] |
Üç Ağ balinanın ortaya çıxması ordunun mənəviyyatını pozur. Kruş ilə qaçan və ordunun Ağ balinalar ilə döyüşməsinə baxan Subaru vəziyyəti analiz edir. Subaru Ağ balinaların nisbətən zəif olduğunun və üçünün də sol gözünün olmadığının fərqinə varır. Subaru başa düşür ki, üç Ağ balinadan ikisi kopiyadır və ordu ilə döyüşməyib uzaq məsafədə döyüşə nəzarət edən əsas Ağ balinanı öldürməlidirlər. Əsas Ağ balinanı yerə çəkmək üçün Rem Subarunu buz parçası ilə Ağ balinaya doğru fırladır. Subaru Ağ balinaya sataşaraq özünü onun buynuzundan atır və düşərkən Ölümdən qayıdış gücündən istifadə edərək Qısqanc cadugərin qoxusu ilə onu cəlb edir. Rem Subarunu tutur, Ağ balina isə onların dalınca düşür. Ordu Flüqel ağacını kəsərək Ağ balinanın ağacın altında qalmasına nail olur. Vilhelm ağacın altında hərəkətsiz qalan Ağ balinanı öldürür və Tereziyanın qisasını alır. Ağ balinanın məğlub edilməsindən sonra Subaru diqqətini əsas məqsədi olan Emiliyanı və kənd sakinlərini Cadugər təriqətindən xilas etməyə yönəldir. Vilhelm və Perlbaton bacı-qardaşları ona kömək etməyə razı olur. Kruş və Anastasiya Subaruya cəsarəti qarşılığında təriqətə qarşı döyüşmək üçün qüvvələr verir. | |||||
22 | "Tənbəlliyin parıltısı" "Taida Issen" (怠惰一閃) | Mamoru Taysuke Kenci Takahaşi | Masahiro Yokotani | 29 avqust 2016 | [52][53] |
Ağ balinanı məğlub etdikdən sonra Subaru Cadugər təriqəti ilə döyüşməyə hazırlaşır. Subaru Petelqeyzeyə yaxınlaşmaq üçün Cadugər qoxusundan istifadə edərək onu Lovğalıq arxiyepiskopu olduğuna inandırmağa çalışır. Petelqeyze bildirir ki, əgər Lovğalıq arxiyepiskopudursa, bunu sübut edən Müqəddəs kitaba sahib olmalıdır, lakin Subaru kitabı çirkləndirdiyini deyir. Petelqeyzenin tədbiri əldən verdiyini görən Mimi və Tivi sürpriz hücum edirək Cadugər təriqətinin sığınacağını məhv edirlər və Vilhelm Petelqeyzeni öldürür. Lakin məlum olur ki, Petelqeyzenin ruhu başqa bədənə keçib və o, görünməz əlləri ilə bir neçə əsgəri öldürür. Subarunu da görünməz əlləri ilə ələ keçirir, lakin Vilhelm onu xilas edir. Subaru əsgərlərin ölümünə səbəb olan kritik səhvə görə özünü günahlandırsa da, Vilhelm ona döyüşməyə davam etməli olduğunu deyir. Subaru ilə Yulius arasındakı münasibətlər də yavaş-yavaş düzəlir. Subaru orduya Otto və tacirlər gildiyasından kəndi və malikanəni təxliyə etmək barədə xahiş etməyi əmr edir. Subaru Yulius ilə münasibətlərini düzəltməyə gedəndə qəflətən Ram göy dumanın içində peyda olur. | |||||
23 | "Amansız tənbəllik" "Akuratsu naru Taida" (悪辣なる怠惰) | Yoşinobu Tokumoto | Masahiro Yokotani | 5 sentyabr 2016 | [54][55] |
Subaru sirli göy gülün hücumuna məruz qalır, amma Yulius ruhu İanı Subarunun içinə yerləşdirərək onu xilas edir. Subaru başa düşür ki, bu hücum sadəcə sehr vasitəsilə yaradılmış illüziyadır. Digər əsgərlər və tacirlər özünə gəldikdən sonra Subaru Ramın hücumuna məruz qalır. Məlum olur ki, Ram Subaru və digərlərinin Rozvala hücum etmək niyyətində olduğunu zənn edib, lakin Subaru bu çaşqınlığı düzəldir. Kəndlilərin təxliyəsi zamanı Feliks tacirlərdən birinin əslində Cadugər təriqətinin üzvü olduğunu kəşf edir və tacir özünü partladır. Subaru özünə gələndə kəndin Cadugər təriqətinin hücumu altında olduğunu görür. Subaru kəşf edir ki, Tənbəlliyin arxiyepiskopunun gücü digər barmaqlara ötürülə bilir və onları dayandırmağa çalışır. Son barmaq qalanda Emiliya ortaya çıxır və onu öldürür. Döyüşdən sonra İa Subarunun bədənini tərk edir və Subaru içində bir şeyin olduğunu hiss edərək meşəyə qaçmağa başlayır. Feliks və Yulius onun dalınca gəlirlər və Subaru onlara burdan uzaqlaşmağı əmr edir. Bu zaman onun bədəni Petelqeyze tərəfindən ələ keçirilir. Subaru öz bədənini bir təhər kontrol edərək Yulius və Feliksdən öldürülməsini istəyir. Yulius istəmədən də olsa, Subarunu qılıncı ilə öldürür. | |||||
24 | "Qondarma cəngavər və ən böyük cəngavər" "Jishō Kishi to Saiyū no Kishi" (自称騎士と最優の騎士) | Yoşito Mikamo | Yoşiko Nakamura | 12 sentyabr 2016 | [56][57] |
Subaru Ağ balinanın öldürülməsindən sonra səhər keçirilən strategiya toplantısında yenidən dirilir. Artıq Petelqeyzenin digər insanların bədənlərini ələ keçirə bilmə bacarığından xəbərdar olan Subaru yeni strategiya fikirləşir və əvvəl barmaqları, sonra Petelqeyzeni öldürməyə qərar verir. Vilhelm məktubla bağlı yanlış anlaşılmanı aradan qaldırmaq və kənd sakinlərini təxliyə etmək üçün Rozval malikanəsinə gedir. Tanınmamaq üçün plaş geyinən Subaru Emiliyanı hücumun qaçınılmaz olduğuna inandırır və təxliyəyə Emiliyanın qatılmasına şərait yaradır. Tacirlərin arasında casusların olmasından xəbərdar olan Subaru onları ələ keçirmək üçün əsl plandan iki saat arxada olan plan hazırlayır və casuslar tələyə düşürlər. Subaru Petelqeyzenin gizləndiyi yerə gedərək təriqətə qoşulmaq istədiyini bildirir. Petelqeyze müqəddəs kitabını göstərməsini istəyir, amma Subaru sürpriz hücum təşkil etmək üçün casuslardan aldığı metiyanı göstərir. Subaru Petelqeyzedən və pusquda olan barmaqlardan qaçmağa başlayır. Mimi və Tivi qalan barmaqları öldürürlər. Subaru Petelqeyzeni daha əvvəl Ram onu öldürmək istəyərkən özünü atdığı qayalıqlara tərəf çəkir. Bu zaman Yulius gəlir və Subarunun görünməz əlləri görmək bacarığından istifadə edərək Petelqeyze ilə döyüşməyə başlayır. | |||||
25 | "Hərçənd, bu sadəcə bir hekayədir" "Tada Soredakeno Monogatari" (ただそれだけの物語) | Masaharu Vatanabe | Masahiro Yokotani | 19 sentyabr 2016 | [58][59] |
Yulius ilə Petelqeyze arasındakı döyüşdə Yulius üstünlük qazanmağa başlayır. Petelqeyze bir daha Subarunun bədənini ələ keçirməyə cəhd edir. Lakin bu dəfə Subaru "Ölümdən qayıdış" gücünün adından istifadə edərək Petelqeyzenin ruhu ilə Satellanın ruhu arasında kontankt yarada bilir. Satella Petelqeyzeni rədd edir və Petelqeyze Subarunun bədəni üzərində kontrolunu itirərək keçmiş bədəninə qayıdır. Yulius qılıncı ilə Petelqeyzeyə ölümcül zərbə endirir. Döyüş bitdikdən sonra Subaru Emiliya və uşaqları daşıyan arabaya partlayıcıların yerləşdirildiyini öyrənir. Otto və Subaru arabaya çatmaq üçün yola düşürlər. Daha tez çatmaq üçün meşənin ortası ilə gedirlər və bu zaman ölümcül vəziyyətdə olan Petelqeyze yenə özünü göstərir və Subarunun bədənini ələ keçirməyə çalışır. Subaru Petelqeyzeyə Yuliusun ona verdiyi ruhla yandırır və Müqəddəs kitaba qanı ilə "son" sözünü yazır. Petelqeyze bunu gördükdən sonra buxarlaşır. Subaru vaxtında Emiliyanın arabasına çatır, partlayıcıları arabadan götürür və Patraşeyə minib onları Flüqel ağacının qalıqlarına tullayır. Partlayıcılar partlayır və Subaru Patraşe sayəsində sağ qalır, amma huşunu itirir. Daha sonra Subaru Emiliyanın qucağında oyanır. Səhnə Subaru və Emiliyanın bir-birilərinə duyduqları hisləri etiraf etmələri ilə başa çatır. |
Set | Məzmun | Bonus | Audio kommentariya | Satışlar[b] | BD / DVD buraxılış tarixi | İst. | |||
---|---|---|---|---|---|---|---|---|---|
Ser. | Qısalar | Blu-ray | DVD | ||||||
1 | 1-2 | 1-2 | Seriya 1: Yuusuke Kobayaşi (Subaru), Rie Takahaşi (Emiliya), Yumi Uçiyama (Pak) | 9,561[60] | 1,036[61] | 24 iyun 2016 | [62] | ||
2 | 3-5 | 3-5 |
|
Seriya 5: Yuusuke Kobayaşi, İnori Minase (Rem), Rie Murakava (Ram) | 8,304[63] | 868[64] | 27 iyul 2016 | [65] | |
3 | 6-8 | 6-8 |
|
Seriya 7: Yusuke Kobayaşi, Rie Takahaşi | 8,498[66] | 928[67] | 24 avqust 2016 | [68] | |
4 | 9-11 | 9-11 |
|
Seriya 11: Yuusuke Kobayaşi, İnori Minase, Rie Murakava | 8,848[69] | 1,070[70] | 28 sentyabr 2016 | [71] | |
5 | 12-14 |
|
Seriya 13: Yusuke Kobayaşi, Rie Takahaşi | 8,768[72] | 1,067[73] | 26 oktyabr 2016 | [74] | ||
6 | 15-17 |
|
Seriya 15: Yuusuke Kobayaşi, Yoşitsuqu Matsuoka (Petelqeyze) | 8,058[75] | 1,105[76] | 25 noyabr 2016 | [77] | ||
7 | 18-20 |
|
Seriya 19: Yuusuke Kobayaşi, İnori Minase | 7,298[78] | 1,003[79] | 21 dekabr 2016 | [80] | ||
8 | 21-23 |
|
Seriya 23: Yuusuke Kobayaşi, Takuya Equçi (Yulius) | 8,119[81] | 1,000[82] | 25 yanvar 2017 | [83] | ||
9 | 24-25 |
|
Seriya 25: Yusuke Kobayaşi, Tappey Naqatsuki (müəllif), Masaharu Vatanabe (rejissor) Seriya 25: Yuusuke Kobayaşi, Rie Takahaşi |
8,520[84] | 1,275[85] | 24 fevral 2017 | [86] |