Seriyanın baş qəhrəmanıdır. Marketdən evə qayıdarkən Subaru özünü qəflətən başqa dünyada tapır. Burada Emiliya adlı gümüş saçlı yarıelf qızla tanış olur və ona vurulur. Subaru ölərkən zamanda geriyə qayıtmaq gücünə malikdir və bu gücü "Ölümdən qayıdış" adlandırır. Subaru "Ölümdən qayıdış" (死に戻り,Shinimodori?) gücünə malik olduğunu heç kimə deyə bilmir, nə vaxt buna cəhd etsə, hansısa güc ona əzab verir və Subarudan Qısqanc cadugərnin qoxusu gəlir. Bu qoxu isə bədheybətlərin diqqətini cəlb edir. Real həyatda hikikimori və oyunçu olsa da, bu dünyada bir az məşq edir və bir az döyüşmək qabiliyyətinə malik olduğu görünür, buna görə də yeni dünyada tamamilə zəif deyil. Qara sehrdən də istifadə edə bilir, lakin sehri çox sadə səviyyədədir. III arkda ona səyahətlərində istifadə etməsi üçün Patraşe adlı qara yer əjdahası verilir. Veb-romanın IV arkında Beatrislə müqavilə bağlayıb 1 il müddətinə ondan qamçılardan silah kimi istifadə etməyi öyrənir və daha güclü olur. IV arkın sonunda Subaru rəsmən Emiliyanın cəngavəri olur.
Seriyanın əsas qadın personajıdır. Emiliya növbəti kral seçkilərində ölkənin yeni başçı namizədlərindən biri olan gümüş saçlı yarı-elf qızdır. Luqnikanın 42-ci hökmdarı olmağı hədəfləyir. Subaru ilə ilk dəfə onun seçkilərdə iştirak etməsi üçün lazım olan nişanının Felt tərəfindən oğurlanması zamanı baş verir. Emiliya Donmuş meşədəndir və 100-dən çox yaşı var (baxmayaraq ki, həyatının çox hissəsini donmuş vəziyyətdə keçirib). Lakin onun psixi durumu gəncə aiddir. Ən yaxın dostu pişik formasında olan Pak adlı ruhdur. Emiliyanın görünüşü Qısqanc cadugərin görünüşünə bənzədiyinə görə Subaruya qədər heç bir dostu yoxdur, insanlar ondan çəkinir və nifrət edirlər və bu, Emiliyanın hökmdar seçilməsini çətinləşdirir. Hətta Emiliya Subaru ilə ilk dəfə tanış olanda özünü ona Qısqanc cadugərin adı olan "Satella" kimi təqdim edir. Lakin hökmdar seçilməkdə əsas məqsədi ölkəyə sosial bərabərlik gətirməkdir. Demokratiyanı dəstəkləyir. Subaru həyatını riskə atıb Emiliyanı Cadugər təriqətindən xilas etdikdən sonra Emiliya Subaruya qarşı dərin hislər bəsləməyə başlayır, çünki Subaru onu həqiqətən sevən ilk şəxsdir.
Rozval malikanəsində işləyən əkiz iblislərdən biri və Ramın kiçik əkiz bacısıdır. Onun göy rəngli saçı və hələ də xüsusi gücə malik iblis buynuzu var. Rozval malikanəsində işləyir, amma yemək bişirmək bacarığı bacısından daha yaxşıdır. Rem fikirləşir ki, o ancaq bacısının "ehtiyat" variantıdır. Subarudan Qısqanc cadugərin qoxusunu gəldiyinə görə ilk başda onu düşməni hesab edir və onu üç dəfə öldürür. Subaru onu xilas etdikdən sonra ona aşiq olur və onun sadiq izləyicilərindən birinə çevrilir. Rem iddia edir ki, Subarunun ikinci həyat yoldaşı olmağa razıdır. 3-cü arkın bir əlavə hekayəsində deyilir ki, əgər Rem ilə Subaru evlənsə idilər, onların 2 uşağı olardı və xoşbəxt yaşayardılar.
Remin doğum tarixi 30 fevraldır (həmçinin 2 fevral).[2]
Rem seriyanın fanatları arasında böyük populyarlıq əldə etmişdir. Hətta personaj üçün xüsusi dakimakura istehsal olunmuş və dakimakuraya gözlənilməz dərəcədə böyük tələb olmuşdur.[3]"Newtype" jurnalının aylıq personaj səsvermələrində qadın personajlar arasında 8-ci (avqust)[4] və 5-ci (sentyabr)[5] yerləri tutmuşdur. Oktyabr ayında isə birinci yerdə göstərilmişdir.[6]
Rozval malikanəsində işləyən əkiz iblislərdən biri və Remin çəhrayı saçlı böyük əkiz bacısıdır. Bacısı ilə birlikdə Subaruya qarşı sarkazm ifadələrdən istifadə etməyi sevirlər. Həmişə Subarunu Barusu adı ilə çağırır. Bacısı Remin ona qarşı çox böyük hörməti var. Ram kiçik yaşlarda bacısından daha bacarıqlı idi, lakin kəndinə edilən bir basqın zamanı buynuzu kəsiləndən sonra güclərini itirmişdir. Rozval malikanəsinin təmizlik və camaşırxana işlərinə baxır. Rozvala qarşı böyük rəğbət bəsləyir. Ram nə vaxt çox mana işlədirsə, Rozval onu sağaldır.
Emiliyanın pişik formasında olan yaxın dostudur. Onun oyaq olduğu zamanlar səhər saat 9-dan axşam saat 5-ə qədərdir. Pak insanların nə düşündüklərini təxmin etmə qabiliyyətinə malikdir. Emiliya öləndən sonra Pak nəhəng bədheybətə çevrilir və həyatdakı səbəbi ortadan qalxdığından dünyanı məhv etməyə başlayır. Pak əslində dünyanın istiliyini kontrol edə bilən 4 Böyük ruhdan biri — "Sonsuza qədər donmuş torpaqların qurtaracağının bədheybəti"dir.
Müəmmalı sehrbaz qızdır. Rozval malikanəsində nəhəng kitabxanasındakı sehrbazlıq kitablarını qorumaq işini ona tapşırmışdır. Beatris malikanədə istədiyi otağı kitabxana ilə əlaqələndirmək bacarığına malikdir, lakin malikanəni tamamilə tərk edə bilmir. Soyuq görünməsinə və Subarunun ünvanına tez-tez qıcıqlandırıcı sözlər səsləndirsə də, qarşısında əziyyət çəkən insana kömək etmədən dayana bilmir. Buna görə də Beatris Subarunun güvəndiyi şəxslərdən birinə çevrilir. Veb-romanın 4-cü arkında Beatris Subaru ilə müqavilə bağlayır və onun ürəyində nömrə 1 olmaq istədiyini iddia edir. Beatrisin təxminən 400 yaşı var.
Markqraf, Emiliyanın havadarı, imperiya sehrbazı və kontudur. Emiliyanın taxta çıxmasını dəstəkləyir. Luqnisanın ən güclü sehrbazlarından biri hesab olunur. Subaru makyajına və geyiminə görə onu klouna bənzədir. Hekayənin gedişatında məlum olur ki, Emiliyanı dəstəkləməsinin səbəbi əjdahanı öldürməkdir.
Subarunun dişi qara torpaq əjdəhasıdır. Kruş tərəfindən hədiyyə verilib. Vəhşi təbiəti və güclü ləyaqəti ilə tanınan Diana cinsindəndir. Buna baxmayaraq Subaruya qarşı mülayimdir.
Kasıb məhəllədə böyüyən 15 yaşlı oğru qızdır. Emiliyanın nişanını böyük qiymətə satmaq üçün oğurlayır. Hekayənin gedişatında məlum olur ki, Felt kral ailəsinin bir üzvü ola bilər, çünki görünüşü onları xatırladır. Lakin bu təsdiqlənmir. Buna görə də hökmdar namizədlərindən birinə çevrilir. Çətin yaşayışına görə Felt anarxizmi dəstəkləyir və bütün dövləti məhv etmək istəyir.
Növbəti hökmdar namizədlərindən biri və Pristsilla evinin başçısıdır. Luqnikanın 42-ci hökmdarı olmağı hədəfləyir. Totalitarizmi dəstəkləyir. Kişilər onun gözəlliyinə aşiqdirlər. Özünü çox lovğa aparır və bütün dünyanın onun ətrafında döndüyünü fikirləşir. 19 yaşı olmasına baxmayaraq 8 əri olub və bütün ərləri naməlum səbəblərdən ölüb.
Növbəti hökmdar namizədlərindən biridir və "Kansay" dialektində danışır. Luqnikanın 42-ci hökmdarı olmağı hədəfləyir. Kapitalizmi dəstəkləyir. 22 yaşı var, məşhur Hoşin Ticarət Şirkətinin başçısıdır. Anastasiya yetimdir və çox tamahkardır. Luqnikanın qərbində yerləşən Kararaqidəndir.
Növbəti hökmdar namizədlərindən biridir. Luqnikanın 42-ci hökmdarı olmağı hədəfləyir. Meritokratiyanı dəstəkləyir. Son kral ailəsi ilə güclü əlaqələri olan Karşten ailəsinin başçısıdır. Cəmi 20 yaşı var, lakin Luqnikanın ən tanınmış qadınlarından biridir. Kruş vüqarlı, amma qatı və ciddi şəxsiyyətə malikdir.
Müqəddəs qılınc titulunu daşıyan kral cəngavəridir. Subaru ilə tezliklə dostlaşır. Qeyri-adi döyüş bacarığına malikdir. Birinci Müqəddəs qılıncı çıxmaq şərtilə, Reynhard bütün sələflərindən güclü Müqəddəs qılıncdır. Feltin əslində hökmdar namizədi olduğunu o kəşf edir. O, əjdaha və Qısqanc cadugər seriyanın dünyasında ən güclü 3 varlıq hesab olunurlar.
Kruşun cəngavəridir. Ferris kimi də tanınır. Su sehrini, eləcə də, sağaltma sehrini bacarır. Qılıncdan istifadə etməkdən imtina edir. Digər personajlar Feliksi kişi hesab edir. Amma Feliks tez-tez üçüncü şəxs adından danışır və özü üçün həm kişi, həm də qadın əvəzliklərindən istifadə edir. Buna görə də Feliksin cinsiyyəti tam məlum deyil. Feliks həm də "bədheybət adamdır". Doğum zamanı tərk edilmiş, lakin Kruş tərəfindən xilas edilmişdir.
Goo Rankings tərəfindən keçirilmiş sorğuda ən yaxşı 10-cu otokono (qız görkəminə malik oğlan personaj) seçilmişdir.[8]
Priskillanın cəngavəridir. 18 il öncə Subaru kimi başqa dünyadan bura gəlmiş normal şəxsdir. Pristsilla tərəfindən işə alınmazdan qabaq Luqnikanın cənubunda yerləşən Volakiya İmperiyasında qladiator olub. Eybəcərləşmiş və yaralanmış sifətini gizlətmək üçün dəbilqə taxır. Ram ilə aralarında kiçik münasibətlər var. Təxminən 40 yaşındadır.
Kraşın xidmətçisi və məşhur qılınc ustasıdır. Eləcə də, Reynhardın babasıdır. Bir dəfə Subarunun gözlərindən onun ölüm təcrübəsi yaşadığını hiss etdiyini demişdir. Ağ balina həyat yoldaşı Tereziya van Astreyanı öldürdüyünə görə ondan qisas almaq istəyir. Onun gənc ikən yaşadıqları və Tereziya ilə ilk tanışlığı spin-offda nəql olunur.
Tereziya Vilhelmin keçmiş həyat yoldaşı və Reynhardın nənəsidir. O, ilk Müqəddəs qılıncdır. Buna baxmayaraq Tereziya döyüşməyi nifrət edir, çiçəkləri daha çox sevirdi. Lakin tale hər dəfə ona qılınca sarılmağa məcbur edirdi. Buna görə də Vilhelm qılıncı ondan "götürmək" istəyirdi. 14 il əvvəl Ağ balinaya qarşı döyüşərkən ölmüşdür.
Alam kəndində Subaru ilə dostlaşmış uşaqlardan biridir və paytaxtda dərzi kimi işləməyi arzulayır. Hekayənin dördüncü arkında Remin yerini doldurmaq üçün Rozval malikanəsində işləməyə başlayır.
Şimalda yerləşən Qusteko dövlətindən gələn sui-qəsdçidir. O, Subarunu öldürən ilk şəxsdir və ilk dəfə Subarunun "Ölümdən qayıdış" gücündən istifadə etməsinə səbəb olur. Açıqlanmayan səbəblərdən ötrü Emiliyanın nişanını əldə etmək istəyir. Birinci və ikinci zaman xətlərində nişanı Felt və Romdan satın almaq istəyir, lakin ala bilməyib onları öldürür. O, qurbanlarını qarınlarını kəsərək öldürməsi ilə tanınır. Oğurlanmış nişanın sonuncu zaman xəttində Reynhard onu məğlub edir və Subarunun dalınca yenə gələcəyini and içərək geri çəkilir.
Alam kəndində yaşayan göy saçlı qızdır. Əslində isə o, Elzanın mənsub olduğu təşkilatın sui-qəsdçisidir, Mabistləri itaətdə saxlamaq və əhliləşdirmək gücünə malikdir. II arkda baş verənlərin arxasında Meilidir. Hekayənin IV arkında Elza ilə birlikdə yenə peyda olur.