Re:Zero -Starting Life in Another World- (azərb. Re: Sıfır -Başqa dünyada həyata başlamaq-), Yaponiyada tanınan adı ilə Re:Zero kara Hajimeru Isekai Seikatsu (Re:ゼロから始める異世界生活?, azərb. Re: Fərqli dünyada sıfırdan həyat), bəzən Re: Life in a different world from zero və ya qısaca Re:Zero — Şiniçiro Otsukanın rəssamlığı ilə Tappey Naqatsuki tərəfindən yazılmış ranobe seriyası. Yaponiyada yaşayan adi oğlan və hikikomori olan Subaru Natsukinin səhvən alternativ dünyaya düşməsindən, bu dünyada Emiliya adlı gümüş saçlı qız ilə tanış olmasından və "Ölümdən qayıdış" adlı gücə malik olduğunu aşkarlamasından bəhs edir. "Re:Zero" ilk öncə Shōsetsuka ni Narō veb-roman saytında yayımlanırdı, lakin daha sonra ranobe şəklinə salınmışdır. Media Factory 24 yanvar 2014-cü ildən bu yana ranobe seriyasının 38 cildini MF Bunko J imprinti ilə buraxmışdır.
Re:Zero -Starting Life in Another World- | |
Re:ゼロから始める異世界生活 (Re:Zero kara Hajimeru Isekai Seikatsu) azərb. Re: Sıfır -Başqa dünyada həyata başlamaq- | |
---|---|
Janr | macəra,[1] qaranlıq fentezi,[2] isekay[3] |
Manqa | |
Manqaka | Tappey Naqatsuki |
Nəşriyyat | Shōsetsuka ni Narō (özü tərəfindən) |
Nəşr tarixi | 26 aprel 2012 – hazırda |
Cildlər | 7 + 2 yan hekayə |
Manqa | |
Manqaka | Tappey Naqatsuki |
Rəssam | Şiniçiro Otsuka |
Nəşriyyat | Media Factory |
Demoqrafiya | kişilər |
Nəşr tarixi | 24 yanvar 2014 – hazırda |
Cildlər | 38 + 5 yan hekayə və 10 qısa hekayə kolleksiyası (cild siyahısı) |
Manqa | |
A Day in the Capital | |
Yazıçı | Tappey Naqatsuki |
Rəssam | Dayçi Matsuse |
Nəşriyyat | Media Factory |
Tərcüməçi nəşriyyat | |
Demoqrafiya | seynen |
Nəşr tarixi | 27 iyun 2014 – 27 fevral 2015 |
Cildlər | 2 (cild siyahısı) |
Manqa | |
A Week at the Mansion | |
Yazıçı | Tappey Naqatsuki |
Rəssam | Makoto Fuqetsu |
Nəşriyyat | Square Enix |
Tərcüməçi nəşriyyat | |
Demoqrafiya | seynen |
Nəşr tarixi | 25 oktyabr 2014 – 25 yanvar 2017 |
Cildlər | 5 (cild siyahısı) |
Manqa | |
Truth of Zero | |
Yazıçı | Tappey Naqatsuki |
Rəssam | Dayçi Matsuse |
Nəşriyyat | Media Factory |
Tərcüməçi nəşriyyat | |
Demoqrafiya | seynen |
Nəşr tarixi | 27 may 2015 – 21 fevral 2020 |
Cildlər | 11 (cild siyahısı) |
Anime | |
Rejissor | Masaharu Vatanabe |
Prodüsser | Şo Tanaka Masahito İkemoto Yoşikazu Beniya Aya İizuka Kazuo Onuki Eriko Aok Çitsuhiro Oqata |
Ssenarist | Masahiro Yokotani |
Bəstəkar | Keniçiro Suehiro |
Studiya | White Fox |
Digər lisenziyalar | Crunchyroll, Funimation, Muse Communication |
Kanal | TV Tokyo, TVO, TVA, AT-X |
Digər kanallar | |
Buraxılış tarixi | 4 aprel 2016 – 24 mart 2021 |
Seriyalar | 50 (seriya siyahısı) |
Anime | |
Memory Snow | |
Rejissor | Tatsuya Koyanaqi Masaharu Vatanabe |
Ssenarist | Masahiro Yokotani |
Bəstəkar | Keniçiro Suehiro |
Studiya | White Fox |
Digər lisenziyalar | Crunchyroll |
Vaxt | 60 dəq. |
Anime | |
The Frozen Bond | |
Rejissor | Keniçi Kavamura Masaharu Vatanabe Tappey Naqatsuki |
Ssenarist | Masahiro Yokotani Tappey Naqatsuki |
Bəstəkar | Keniçiro Suehiro |
Studiya | White Fox |
Digər lisenziyalar | Crunchyroll |
Vaxt | 76 dəq. |
Videooyunlar | |
|
Ranobe seriyasının ilk 3 arkı əsasında manqa adaptasiyaları istehsal olunmuşdur. Dayçi Matsue tərəfindən hazırlanan birinci manqa Media Factory tərəfindən 2014-cü ilin iyunundan 2015-ci ilin martına kimi nəşr olunmuşdur. Makoto Fuqetsu tərəfindən istehsal olunmuş ikinci manqa 2014-cü ilin oktyabrından Square Enix tərəfindən nəşr olunur. Matsue tərəfindən hazırlanan üçüncü manqa 2015-ci ilin mayından Media Factory tərəfindən çap olunur. Bundan əlavə, Media Factory tərəfindən müxtəlif manqakaların əlindən çıxmış iki manqa antologiyası nəşr olunmuşdur. White Fox studiyası tərəfindən anime serialı adaptasiyası istehsal olunmuşdur. Anime serialı Yaponiyada 4 aprel 2016-cı ildən 19 sentyabr 2016-cı ilə kimi yayımlanmışdır. 30 mart 2017-ci ildə 5pb. tərəfindən "Re:Zero -Starting Life in Another World- Death or Kiss" adlı vizual roman adaptasiyası buraxılmışdır. 2018-ci ildə OVA seriyası, 8 noyabr 2019-cu ildə isə ikinci OVA seriyası buraxılmışdır. 2020-ci ilin aprelində ikinci mövsümünün yayımlanması planlaşdırılsa da, koronavirus pandemiyası səbəbilə 8 iyul 2020-ci ildə yayımlanması başlamışdır.[5] Yeni mövsümün ikinci hissəsi isə 2021-ci ilin yanvarından martına kimi yayımlanmışdır.
Ranobe və üç manqa adaptasiyası Yen Press tərəfindən Şimali Amerikada nəşr olunmuşdur. Anime adaptasiyası isə Anime Limited tərəfindən Böyük Britaniyada, Crunchyroll tərəfindən Şimali Amerikada lisenziyalaşdırılmışdır. Cənub-Şərqi Asiyada isə Muse Communication tərəfindən lisezniya hüquqları əldə olunmuşdur.[6] Ranobe seriyasının 3 milyondan çox nüsxəsi, anime serialının isə 60.000 diski satılmışdır. Ranobe seriyası "başqa dünya" konsepsiyasına görə təriflənmiş, lakin ləng dialoqlarına görə tənqid olunmuşdur. Anime serialı isə "mədəni kompleks dünya"sına və personajlarına görə bəyənilmişdir. Franşiz 2015–2016 Newtype Anime Mükafatı və 2017 Sugoi Japan mükafatını qazanmış, 2016-cı ildə ilin animesinə namizəd olmuşdur.
Hadisələr Subaru Natsuki adlı hikikomorinin ətrafında baş verir. Bir gün Subaru marketdən qayıdanda heç özü bilmədən alternativ dünyaya düşür. Kim tərəfindən və necə bu dünyaya göndərildiyini başa düşməyən Subaru fentezi dünyasında gəzişməyə başlayır. Dar küçələrin birində Subaru quldurların hücumuna məruz qalır. Bu zaman onun köməyinə Emiliya adlı gümüş saçlı, sirli qız və onun pişik şəklində olan dostu Pak yetişir. Emiliya quldurları qovaraq Subarunun həyatını xilas edir. Yaxşılığı müqabilində Subaru Emiliyaya Felt tərəfindən oğurlanmış bir nişanı tapmaqda kömək etməyə qərar verir. Onlar bir neçə ipucu sayəsində Feltin qaldığı yeri tapırlar və ora yollanırlar. Lakin naməlum şəxs tərəfindən hücuma uğrayırlar və öldürülürlər. "Ölmüş" Subaru bu dünyaya çağırıldığı yerdə dirilir. Tezliklə Subaru "Ölümdən qayıdış" adlı güc əldə etdiyini anlayır: bu güc sayəsində hər dəfə öldükdə zamanda geri qayıdaraq yenidən dirilir və ölməzdən əvvəl baş vermiş hadisələri xatırlaya bilir.
2000-ci illərdin sonunda "The Familiar of Zero" ranobe seriyası Shosetsuka ni Naro saytında bir çox fan-ranobenin ortaya çıxmasına səbəb olmudur. Tappey Naqatsuki "Re:Zero" adlı öz orijinal veb-romanını yazmazdan öncə "The Familiar of Zero" üçün fan-hekayələr yazaraq öz isekay konsepsiyasını qurmuşdu.[7]
MF Bunko J-in əməkdaşı və seriyanın redaktoru İkemoto Masahitonun veb-roman ilə ilk tanışlığı Twitter vasitəsilə olmuşdur: "2013-cü ilin aprelində Twitter hesabımın zaman yolunda hər kəsin bu ranobe haqqında danışdığını gördüm. Ranobeni yoxlamaq istədim və özümü ona bağlanmış halda tapdım".[8] O, veb-romanı oxuduqdan sonra kədərləndirici və təəccübləndirici olması baxımından romanı bəyənmiş, xüsusilə onun ölüm siklı mexanizmdən və mətnindən təsirlənmişdi. İkemoto tezliklə ranobeni həmkarlarına məsləhət görmüşdür. Bundan sonra onlar müəlliflə birlikdə veb-romanı ranobeyə çevirmək üçün işləməyə başlamışdırlar.[8][9]
Ranobe adətən 250 səhifədən ibarət olduğu halda müəllif Tappey Naqatsuki birinci kitab üçün 1000-dən çox səhifə yazmışdı. İkemoto məzmunun "töküntüləri"ni yığışdırmaqda və hekayənin hissələrinin yenidən qaydaya salınmasında kömək etmiş və hekayənin qalan hissələrinin növbəti cildlərdə peyda olmasını təmin etmişdir. Naqatsuki dünyanı daha ətraflı təsvir etmək istəsə də, İkemoto ilk cild üçün bunun vacib olmadığı qənaətinə gəlmiş və bunu hekayənin 3-cü arkına saxlamağı daha düzgün hesab etmişdir. Onlar əvvəlcə personajlar ilə kütlənin diqqətini çəkmək istəmişdirlər.[9]
Seriyanın istehsalında iştirak etməzdən əvvəl illüstrator Şiniçiro Otsuka seriyanın istehsalına təsir göstərən videooyunlar üzərində işləmişdir.[10] Veb-romanı oxuduqdan sonra Şiniçiro İkemotoya əsas personajların bir çox dizaynlarını təqdim etmişdir.[8] Subaru ilk başda vəhşi və hirsli sifətlə dizayn edilmişdi.[8] Otsuka hətta bunu "gənclərdə olmayan oğlan üzü" adlandırmışdı.[11] İkemoto bu dizaynı ilk dəfə görəndə fikirləşmişdi ki, Subarunun sifəti daha mülayim olmalıdır, çünki belə olduqda hekayədəki emosional səhnələrə daha uyğun olacaqdı. İkemotoya görə emosional səhnələrdə Subarunu belə sifətlə təsəvvür etmək bir az problem yarada bilərdi.[9] Subarunun geyindiyi jaketinin ilkin rəng kombinasiyası da dəyişdirilmişdi, çünki çox ön plana çıxırdı. Yoşikavanın dediyinə görə onlar Subarunu fentezi dünyasına səhvən düşmüş adi oğlan kimi təsvir etmək istəmişdilər. Emiliya ilk başda çox mülayim və darıxdırıcı görünürdü, buna görə də rəssam Emiliyanın kostyumuna daha çox düymə, kostyumunun qollarına əjdaha nişanı, saçına gül ornamenti və sinəsinə kristal əlavə etməli oldu.[9] Personajların dizaynı baxımından bu böyük irəliləyiş idi.
Rem və Ramın ilkin dizaynları 1980-1990-cı illərin dizaynına bənzəyirdi: "Seylor Mun" tipli saçlara və böyük gözlərə malik idilər. İlkin dizaynda hətta əkizlərin hər iki gözü görünürdü. İkinci dizaynda onlar daha fərqli xarakteristikalarla təsvir olunmuşdular. Lakin üz ifadələri bir az soyuq və xidmətçi geyimləri bir az ənənəvi və uzun idi. Geyimlərində edilən son dəyişikliklərdən sonra əkizlərin yekun dizaynı ortaya çıxmışdı.[9]
Anime adaptasiyasının çəkilməsi barədə ilk addım İkemotonun müəllifə veb-romanı ranobeyə çevirməkdə kömək etdiyi zaman atıld;. Kadokawa prodüseri Şo Tanaka İkemotodan anime çəkmək üçün hansısa materialın olub-olmadığını soruşanda İkemoto bu seriyanı məsləhət gördü.[8][9] Şo əsər ilə tanış oldu və hekayəni gözəl hesab etdi.[9]
Tezliklə İkemoto və Şo anime adaptasiyasının çəkilməsi üçün White Fox studiyasının animasiya prodüseri Yoşikava Tsunacu ilə görüşdülər. İkemoto və Şonun məhz White Fox studiyasını seçmə səbəbi "Steins;Gate" kimi məşhur animenin bu studiya tərəfindən istehsal olunması idi və onlar ümid edirdilər ki, studiya "Steins;Gate"-ə bənzər gözəl anime çəkəcək. Tanaka deyirdi ki, "White Fox" studiyası işlərinə çox diqqət ayırır, mənbə materialına sadiq qalmaqla adaptasiyaları necə çəkmək lazım olduğunu bilirdilər.[8][9]
Animenin istehsalına ranobenin beşinci cildinin 2014-cü ilin oktyabrından buraxılmasından sonra başlanıldı.[10][12] Yoşikava animenin rejissoru kimi studiya üçün açar səhnələr üzərində işləmiş Masaharu Vatanabeni seçdi. Personaj dizayneri kimi isə Kyuta Sakayı seçməyə qərar verdi. Çünki Yoşikava Kyuta romanın sənətinə sadiq qalacağına və animasiyanın keyfiyyətini 25 seriya boyunca qoruya biləcəyinə ümid bəsləyirdi.[8] Animenin ssenaristi isə Masahiro Yokotani təyin olundu. Bu, onun "başqa bir dünyada yenidən doğulmaq" tipli ilk işi idi.[13] Yoşikava onu animedəki şiddət və zorakılıq haqqında xəbərdar etdi, lakin yenə də, Masahiro ranobenin 3-cü və sonrakı cildlərini oxuduqdan sonra seriyadakı zorakılıqdan təəccüblənmişdi. Layihə üzərində işləməyi qəbul edəndə isə ancaq birinci cildi oxumuşdu. Masahiro digər iki ssenaristə bu epizodları animenin ikinci hissəsinə daxil etməyə icazə verdi.[13] Masahiro 3-cü seriya üçün ssenarini yazıb bitirdikdən sonra layihəyə Yoşiko Nakamura qoşuldu. Yokotani və Nakamuranın ssenarini yazmağı çatdırmadıqları məlum olandan sonra başqa bir ssenaristi layihəyə dəvət etmək qərarı alındı. White Fox studiyasının prezidenti Qaku İvasa layihəyə "daha gənc" şəxsi cəlb etmək istəyirdi, nəticədə, Yokotani Eyci Umeharanı məsləhət gördü. Bu zaman Naqatsukinin oynadığı "Chaos;Child" vizual romanının ssenarisini də Eyci Umehara yazdığından o da bu seçimi bəyəndi və "əzablı hissələr"i yazmağı ona tapşırmağı təklif etdi. Umehara 8-ci və 9-cu seriyalar üçün ssenarilərin yazılmasından sonra layihəyə dəvət olundu.[13] Hər iki ssenarist ilk dəfə idi ki, ranobe adaptasiyası üzərində işləyirdi.[13]
Orijinal müəllif Tappey Naqatsuki animenin istehsalında aktiv rol oynadı. O, ssenari görüşlərində, səsyazma sessiyalarında və dublajda iştirak etdi.[8] İstehsalçı komanda epizodla bağlı hər hansı problemlə üzləşsəydi, o istinad kimi istifadə olunması üçün material yazmalı idi.[13] Əvvəlcə anime serialının 25 seriya davam etməsi nəzərdə tutulmamışdı, lakin Ağ balinaya qarşı döyüş üçün daha çox vaxt ayırmaq (2 seriya əvəzinə 3 seriya) və 18-ci seriyanın məzmunu üçün (16-18-ci seriyalar əslində iki seriyadan ibarət olmalı idi) seriya sayı artırıldı.[13] Vatanabenin istehsalçı komandaya əsas göstərişi "mümkün olduğu qədər romandakı əhvalı-ruhiyyəni yaxalamaq" şəklində idi.[10][13] Ssenaristlər sıx mənbə materialını hekayənin mərkəzi elementlərini itirmədən necə "sıxacaqları" barədə müzakirələr aparırdılar.[13] İstehsal prosesinin ən çətin hissələrindən biri final seriyası üçün ssenari fikirləşmək idi. Ssenaristlər bunun üçün xeyli vaxt sərf etsələr də,[8] sonda ranobedə olmayan materialdan istifadə etməyə qərar verdilər. 19 sentyabr 2016-cı ildə yayımlanmış 25-ci seriya üçün[14] 4 gün sonra – 23 sentyabr 2016-cı ildə buraxılmış 9-cu cildin materialından istifadə olunmuşdu.[15][16][17]
Layihəyə qoşulduqdan sonra həm Nakamura, həm Umehara əsas personajlarla bağlı baxışlarını nizama salmalı idilər və Subaruya "cool" görünüş verən epizodların ssenarisini yenidən yazmalı oldular. Vatanabenin göstərişi ilə Nakamura 6-cı seriyada Subarunun "Ağlayan qırmızı adamyeyən" nağılını nəql etdiyi epizodu bir neçə dəfə yenidən yazmağa məcbur oldu.[13] İstehsalçı komanda 19-cu seriyanın bağlanış səhnəsində Subarunun telefonunun zəngi üçün hansı mahnını seçməkdə də çətinlik çəkdi. Mümkün versiyalar arasında "Kanpaku Sengen", "The Beard Song" və "M" (Princess Princess musiqi qrupu tərəfindən) var idi, lakin sonda "Dog of Flanders" anime serialından "Yoake no Michi" mahnısı seçildi.[13]
Animenin bəstəkarını seçməyə növbə çatanda Vatanabe "Ölüm orqanı" (ja) adlı tibbi dorama üçün bəstələdiyi musiqi parçasına görə Suehiro Keniçironu seçdi. Suehiro həm də rejissorun bir çox favorit anime və dorama seriyalarında da işləmişdi.[18] Suehiro istehsala cəlb edildikdən sonra Vatanabe ondan Ölümdən qayıdış səhnələrində insan səslərindən istifadə etməsini və emosional səhnələri tutmaq üçün film və ya doramada olduğu kimi musiqi bəstələməsini istədi.[18] Bundan əlavə, rejissor Suehirodan ilk iki ark üçün narahatlıq doğuran musiqi, üçüncü ark üçün isə romantik musiqi bəstələməyi xahiş etdi.[18] Həm Vatanabe, həm də Suehiro italyan bəstəkar Ennio Morrikonenin fanatı idilər. Buna görə də Suehiro saundtreki bəstələyərkən onun işlərindən ilham almağa çalışdı.[18] Vatanabe həm də Suehirodan Hans Zimmerin "Qara cəngavər" filmi üçün bəstələdiyi musiqidən ilhamlanaraq bir neçə mahnı bəstələməsini istədi. Rejissor Suehirodan həyat dilimi səhnələri üçün daha ənənəvi anime musiqisindən istifadə etməsini xahiş etdi.[18] Vatanabe animelərin çoxunda müşahidə edilməyən hala əl ataraq bəzi seriyalarda (məsələn, 7-ci və 15-ci) bütöv bir mahnının arxaplanda səsləndirilməsinə icazə verdi.[18]
Ranobe ilk öncə Tappey Naqatsuki tərəfindən ( Nezumi-iro Neko (鼠色猫?, "Siçan rəngli pişik")[19] istifadəçi adı ilə) "Shōsetsuka ni Narō" istifadəçi məzmunlu veb-roman saytında veb-roman kimi yayımlanırdı və 20 aprel 2012-ci ildən yayımlanmağa davam edir.[20][21] 13 fevral 2021-ci ilə kimi bu saytda 6 roman və iki yan hekayə (ümumilikdə 527 fəsil) yayımlanmışdır.[21]
Veb-romanın yayımlanmasından sonra Media Factory tərəfindən MF Bunko J leyblı altında 24 yanvar 2014-cü ildə ilk ranobe cildi nəşr olunmuşdur. İndiyə kimi qədər ranobenin seriyasının 38 cildi, eləcə də, 5 yan hekayə cildi və 9 qısa hekayə kolleksiyası nəşr olunub. Naqatsuki 2016-cı ilin avqustunda Elzadan bəhs edən yeni qısa hekayə seriyası yazmağa başlamışdır.[22] Naqatsuki və Otsuka 26 noyabr 2016-cı ildə "Monthly Comic Alive" jurnalında Petra Leyte haqqında qısa hekayə nəşr etdirmişdirlər.[23] Ranobelər Yen Press tərəfindən ingilis dili üçün lisenziyalaşdırılmışdır.[24] Nəşriyyat həmçinin "Re:Zero EX" adlı ranobeni də lisenziyalaşdırmışdır.[25]
Dayçi Matsue tərəfindən istehsal olunmuş "Re:Zero: -Starting Life in Another World- Chapter 1: A Day in the Capital" (Re:ゼロから始める異世界生活 第一章 王都の一日編, Re: Zero Kara Hajimeru Isekai Seikatsu Dai-Ichi-Shō: Ōto no Ichinichi-hen?) Media Factory nəşriyyatının seynen manqası jurnalı "Monthly Comic Alive" jurnalının 2014-cü il avqust buraxılışı ilə 27 iyun 2014-cü ilə nəşr olunmağa başlamışdır.[24][26] Manqanın sonuncu cildi 23 mart 2015-ci ildə çapdan çıxmışdır.[24] 2 dekabr 2015-ci ildə Yen Press manqanı lisenziyalaşdırdığını açıqlamışdır.[24]
Makoto Fuqetsunun rəssamlığı ilə istehsal olunan "Re:Zero -Starting Life in Another World-, Chapter 2: One Week at the Mansion" (Re:ゼロから始める異世界生活 第二章 屋敷の一週間編, Re: Zero Kara Hajimeru Isekai Seikatsu Dai-Ni-Shō: Yashiki no Ishūkan-hen?) adlı ikinci manqa adaptasiyası Square Enix nəşriyyatının "Monthly Big Gangan" seynen manqası jurnalında 25 oktyabr 2014-cü ildə nəşr olunmağa başlamışdır.[24][27][28] Sonuncu fəsil 24 dekabr 2016-cı ildə,[29][30], əlavə fəsil isə 25 yanvar 2017-ci ildə nəşr olunmuşdur.[31][32][33] İkinci adaptasiya da Yen Press tərəfindən lisenziyalaşdırılmışdır.[34]
Dayçi Matsue tərəfindən hazırlanan üçüncü manqa adaptasiyası "Re:Zero -Starting Life in Another World-, Chapter 3: Truth of Zero" (Re:ゼロから始める異世界生活 第三章 Truth of Zero?) "Comic Alive" jurnalının 27 may 2015-ci ildə çıxan iyun 2015-ci il buraxılışında yayımlanmağa başlamışdır.[24][35]
"Re:Zero -Starting Life in Another World- Official Anthology Comic" (Re:ゼロから始める異世界生活 公式アンソロジーコミック, Re:Zero kara Hajimeru Isekai Seikatsu Kōshiki Ansorojī Komikku?) adlı manqa antologiyası 23 iyun 2016-cı ildə Media Factory tərəfindən nəşr olunmuşdur.[36] İkinci antologiya 23 sentyabr 2017-ci ildə buraxılmışdır.[37]
Animeni reklam etmək məqsədilə 27 mart 2016-cı ildə "Re: Radio life in a different world from zero" (Re:ゼロから始める異世界ラジオ生活?) adlı internet-radio verilişi yayımlanmağa başlamışdır.[38][39] Veriliş hər həftənin birinci günü yerli vaxtla saat 21:30-da yayımlanmış və aparıcısı Emiliya personajının səsləndiricisi olan Rie Takahaşi olmuşdur.[38] Anime serialının bir çox seyyuları verilişdə qonaq qismində iştirak etmişdir: Yuusuke Kobayaşi (Subaru Natsuki), Yumi Uçiyama (Pak), Çinatsu Akasaki (Felt), Rie Murakava (Ram), İnori Minase (Rem), Satomi Aray (Beatris), Kana Ueda (Anastasiya Hoşin) və Yui Horie (Feliks Arqayl).[40][41] Veriliş 19 dekabr 2016-cı ilə kimi davam etmiş və 33 seriyası yayımlanmışdır.[42] Verilişin 1-8-ci seriyalarından ibarət birinci radio CD 27 iyun 2016-cı ildə,[40] 9-16-cı seriyalarından ibarət ikinci radio CD 28 sentyabr 2016-cı ildə buraxılmışdır.[41] Verilişin 17-24-cü seriyalarından ibarət üçüncü radio CD-si 30 noyabr 2016-cı ildə,[43] 25-33-cü seriyalarından ibarət dördüncü CD-si isə 29 mart 2017-ci ildə buraxılmışdır.[44]
Kadokawa tərəfindən 2015-ci ilin iyulunda anime adaptasiyasının istehsal olunacağı anons edilmişdir.[45] Anime serialının rejissoru Masaharu Vatanabe, ssenaristi Masahiro Yokotani, istehsalçısı White Fox studiyasıdır. Kyuta Sakay həm personaj dizayneri, həm də animasiya direktorudur.[46]
Anime serialının ilk seriyası 4 aprel 2016-cı ildə yayımlanmışdır və 50 dəqiqə (iki hissə) çəkmişdir. Anime serialı TV Tokyo, TV Osaka, TV Aichi və AT-X kanalları, eləcə də, Crunchyroll vasitəsilə 19 sentyabr 2016-cı ilə kimi yayımlanmışdır və 25 seriya davam etmişdir.[47][48][49] 18-ci seriya digər seriyalara nisbətən daha uzun çəkmişdir: 25 dəqiqə, 45 saniyə.[50] Sonuncu seriya isə 27 dəqiqə 15 saniyə çəkmişdir.
Anime serialı Crunchyroll tərəfindən ABŞ-da lisneziyalaşdırılmışdır; Funimation Katsucon 2018 tədbirində animeni ingilis dilinə dublaj edib ABŞ-da buraxacağını açıqlamışdır.[51][52][53] Anime Böyük Britaniyada Anime Limited və Crunchyroll tərəfindən lisenziyalaşdırılmışdır.[54][55]
8 aprel 2016-cı ildən iyun ayının sonunda qədər anime serialının hər seriyasından sonra AT-X kanalında personajların çibi versiyada olduğu, "Re:Zero" dünyasının necə işlədiyindən söz açan və Studio Puyukai[56] tərəfindən istehsal olunmuş "Re:Zero ~Starting Break Time From Zero~" (Re:ゼロから始める休憩時間(ブレイクタイム), Re:Zero kara Hajimeru Break Time?) adlı speşl nümayiş etdirilmişdir.[57] Bu speşl 11 seriya davam etmişdir. 24 iyun 2016-cı ildə "Re:PETIT ~Starting Life in Another World from PETIT~" (Re:プチから始める異世界生活, Re:Petit kara Hajimeru Isekai Seikatsu?) adlı yeni speşl yayımlanmağa başlamışdır.[58] Speşllar Minoru Aşinanın rejissorluğu, ssenaristliyi və prodüserliyi, Minoru Takeharanın personaj dizaynerliyi ilə istehsal olunmuşdur. Bəstəkar rolunda Keniçiro Suehiro, səs rejissoru rolunda Cin Aketaqava (Magic Capsule) çıxış etmişdir. Tomici Furuya səs effektlərindən cavabdeh olmuşdur.[57]
Hər iki speşl Crunchyroll vasitəsilə yayımlanmışdır.[59]
10 sentyabr 2017-ci ildə "MF Bunko J Summer School Festival 2017" tədbirində OVA seriyası anons edilmişdir. White Fox OVA-nı istehsal edən studiya olmuşd, Yusuke Kobayaşi, Rie Takahaşi və İnori Minase yenə öz rollarında çıxış etmişdirlər.[60] "Memory Snow" adlı OVA 6 oktyabr 2018-ci ildə buraxılmışdır.[61][62][63] 23 sentyabr 2018-ci ildə "The Frozen Bond" (氷結の絆?, azərb. Donmuş yaralar) adlı ikinci OVA seriyası anons edilmişdir. OVA seriyası "Re:Zero Kara Hajimeru Zenjitsu-tan: Hyōketsu no Kizuna" (Re:ゼロから始める前日譚 氷結の絆?) adlı və anime serialının birinci Blu-ray cildi ilə buraxılmış prikvel romanın adaptasiyasıdır. Roman Emiliya və Pakın necə tanış olmasından bəhs edir.[64] OVA 8 noyabr 2019-cu ildə buraxılmışdır.[65]
2019-cu ilin aprelində Studio Puyukai tərəfindən istehsal olunmuş, "Overlord", "KonoSuba", "Saga of Tanya the Evil" və "Re:Zero" animelərinin krossoverindən ibarət "Isekai Quartet" adlı çibi anime serialı yayımlanacaq. Anime serialının rejissoru və ssenaristi Minoru Aşinadır.[66]
23 mart 2019-cu ildə anime serialının ikinci mövsümü anons edilmişdir.[67] Birinci mövsümün personaj səsləndiriciləri ikinci mövsümdə də qayıdırlar.[68] İkinci mövsüm yayımlanmazdan öncə AT-X və digər kanallar vasitəsilə 1 yanvar 2020-ci ildə birinci mövsümün redaktə edilmiş versiyası yayımlanmağa başlamışdır. Yayıma birinci mövsümün 1 saatlıq xülasə seriyası və əlavə kadrlar da daxil idi.[69] Yeni mövsümün 2020-ci ilin aprel ayında yayımlanması planlaşdırılsa da, pandemiya səbəbilə iyul ayına keçirilmişdir.[5] İkinci mövsümün birinci hissəsi 8 iyul-30 sentyabr 2020-ci ildə yayımlanmışdır.[70] İkinci mövsümün ikinci hissəsi isə 2021-ci ilin 6 yanvarından 24 martına kimi yayımlanmışdır.[71] The English dub for Season 2 Part 1 began airing from 26 August onwards.[72] İkinci mövsümün ingiliscə dublajı 26 avqust 2021-ci ildə yayımlanmağa başlamışdır.[72]
Birinci açılış mahnısı Konomi Suzuki tərəfindən ifa olunan "Redo" mahnısı (13-cü seriyaya qədər), birinci və ikinci bağlanış mahnıları Myth & Roid qrupu tərəfindən ifa olunan "Styx Helix" mahnısıdır.[73] İkinci açılış mahnısı Myth & Roid tərəfindən ifa olunan "Paradisus-Paradoxum" mahnısı (14-cü seriyadan), ikinci bağlanış mahnısı Emiliya personajının səsləndiricisi Rie Takahaşi tərəfindən ifa olunan "Stay Alive" mahnısıdır.[74] 7-ci seriyada bağlanış mahnısı kimi "Straight Bet" mahnısı,[75] 14-cü seriyada isə bağlanış mahnısı kimi "theater D" mahnısı səsləndirilmişdir.[76] Hər iki mahnı Myth & Roid qrupu tərəfindən ifa olunmuşdur.
İkinci mövsümün birinci açılış mahnısı Konomi Suzuki tərəfindən ifa olunan "Realize" mahnısı, birinci bağlanış mahnısı isə Nonoc tərəfindən ifa olunan "Memento" mahnısıdır.[77] İkinci açılış mahnısı Mayu Maeşima tərəfindən ifa olunan "Long Shot" mahnısı, ikinci bağlanış mahnısı isə Nonoc tərəfindən ifa olunan "Believe In You" mahnısı olmuşdur.[71]
Animenin saundtreki 26 oktyabr 2016-cı ildə CD şəklində buraxılmışdır. Saundtrekə Keniçiro Suehiro tərəfindən bəstələnmiş 21 trek daxildir.[78]
Trek siyahısı[78] | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
№ | Başlıq | Müddət | |||||||
1. | Rondo of Love and Darkness – Main Theme – (愛と漆黒の輪舞曲 – MainTheme - Ai to Shikkoku no Rondo – MainTheme -) | 3:49 | |||||||
2. | Takt of Heroes – Origin – (英雄のタクト – 起源 - Eiyū no Takuto – Kigen -) | 2:53 | |||||||
3. | Hymne of Despair and Atonement (絶望と贖罪のヒュムネ Zetsubō to Shokuzai no Hyumune) | 3:11 | |||||||
4. | Dragon Kingdom Lugunica (親竜王国ルグニカ Oya Ryū Ōkoku Rugunika) | 2:43 | |||||||
5. | Otherworld March (異世界行進曲 Isekai Kōshinkyoku) | 1:59 | |||||||
6. | Memories of Time and Sky (時と空の想い出 Toki to Sora no Omoide) | 1:39 | |||||||
7. | Promenade of Whistles and Creation (笛と創造の散歩道 Fue to Sōzō no Sanpomichi) | 2:06 | |||||||
8. | Re:verse | 2:32 | |||||||
9. | Heartbeat of Determination (決意の心音 Ketsui no Kokone) | 2:05 | |||||||
10. | Fantasy Lied (幻想リート Gensō Rīto) | 3:41 | |||||||
11. | Echt of Sorrow (哀しみのエヒト Kanashimi no Ehito) | 3:51 | |||||||
12. | Chain of Memories (記憶の鎖 Kioku no Kusari) | 3:31 | |||||||
13. | Roar of Malice (悪意の咆哮 Akui no Hōkō) | 2:56 | |||||||
14. | Sloth (怠惰 Taida) | 2:05 | |||||||
15. | Call of the Witch (魔女の呼び声 Majo no Yobigoe) | 2:46 | |||||||
16. | Activation of Fate (運命の起動 Unmei no Kidō) | 2:23 | |||||||
17. | Requiem of Silence (沈黙のレクイエム Chinmoku no Rekuiemu) | 7:03 | |||||||
18. | Death Ballet | 2:47 | |||||||
19. | Waltz of Rage (激昂の円舞 Gekikō no Enbu) | 2:12 | |||||||
20. | Overture of the Final Battle (決戦の序曲 Kessen no Jokyoku) | 3:01 | |||||||
21. | Wish of the Stars (星の願い Hoshi no Negai) | 3:32 | |||||||
52:45 |
Konomi Suzukinin 10-cu sinqlı "Redo" 11 may 2016-cı ildə CD şəklində buraxılmışdır.[79] Sinql həmçinin məhdud nəşrdə və bir neçə musiqili videodan ibarət DVD ilə buraxılmışdır.[80] Mahnılar Suzuki tərəfindən ifa olunmuş, sözlər Qenki Mizuno tərəfindən yazılmışdır. Aranjiman Makoto Miyazaki tərəfindən yerinə yetirilmişdir.[81]
Redo[81] | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
№ | Başlıq | Müddət | |||||||
1. | Redo | 4:18 | |||||||
2. | Mebius (メビウス Mebiusu) | 4:16 | |||||||
3. | The Continuation of Dreams (メビウス Yume no tsuzuki) | 5:46 | |||||||
4. | Redo ((Instrumental)) | 4:18 | |||||||
5. | Mebius (メビウス Mebiusu (Instrumental)) | 4:16 | |||||||
22:54 |
Anime serialının ilk açılış mahnısı "Styx Helix" Myth & Roid qrupunun 3-cü sinqlıdır. Mahnılar musiqi qrupu tərəfindən yazılmış və ifa olunmuşdur. 25 may 2016-cı ildə "Styx Helix" və "Straight Bet" mahnılarının instrumental versiyaları ilə buraxılmışdır.[82][83]
İkinci bağlanış mahnısı "Stay Alive" sinql kimi 24 avqust 2016-cı ildə buraxılmışdır. Mahnılar Rie Takahaşi (Emiliya) və İnori Minase (Rem) tərəfindən ifa olunmuşdur. Mahnıların sözləri Heart’s Cry tərəfindən yazılmışdır.[84]
Stay Alive[84] | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
№ | Başlıq | İfaçı[84] | Müddət | ||||||
1. | Stay Alive | Rie Takahashi | 4:26 | ||||||
2. | Wishing | Inori Minase | 6:00 | ||||||
3. | Dream of a Boy (ぼうやの夢よ Bōya no Yumeyo) | Rie Takahashi | 3:30 | ||||||
4. | Stay Alive (Instrumental) | 4:26 | |||||||
5. | Wishing (Instrumental) | 6:00 | |||||||
6. | Dream of a Boy (ぼうやの夢よ Bōya no Yumeyo (Instrumental)) | 3:30 | |||||||
27:52 |
Myth & Roid ikinci açılış mahnısını sinql kimi 24 avqust 2016-cı ildə buraxmışdır. CD-yə "Paradisus-Paradoxum" və "theater D" mahnılarının normal və instrumental versiyaları daxil edilmişdir.[85]
"Memory Snow" üçün 3 musiqi parçasından istifadə olunmuşdur: "Memory Memory Snow", "Relive" (ikisi də Nonoc tərəfindən) və "Memories" (Riko Azuna).[86]
Memory Snow[87] | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
№ | Başlıq | İfaçı[87] | Müddət | ||||||
1. | Takt of Heroes – Origin – (英雄のタクト -起源) | 2:55 | |||||||
2. | Fantasy Clap (空想クラップ) | 1:41 | |||||||
3. | Timbre of the Beginning (始まりの音色) | 2:06 | |||||||
4. | Fur Craftsman (毛並み職人) | 1:58 | |||||||
5. | Fool (おたんこナス) | 1:35 | |||||||
6. | Waking up with Rem (寝起きとレム) | 1:47 | |||||||
7. | Yoake no Michi (よあけのみち) | 0:23 | |||||||
8. | Relive (イメージソング) | nonoc | 4:01 | ||||||
9. | Appa (リンガ) | 1:33 | |||||||
10. | Emilia's secret (エミリアの隠し事) | 1:54 | |||||||
11. | Roswaal (ロズワール) | 2:25 | |||||||
12. | Departure (発魔期) | 2:37 | |||||||
13. | Walker of whistle and creation (笛と創造の散歩者) | 2:07 | |||||||
14. | Subaru Concerto (スバル協奏曲) | 1:53 | |||||||
15. | March from Another World (異世界行進曲) | 1:59 | |||||||
16. | Discussion (相談中) | 2:05 | |||||||
17. | Eclipse of Macht (侵食のマハト) | 2:29 | |||||||
18. | Start of Fate (運命の起動) | 2:24 | |||||||
19. | Chikichiki (チキチキ) | 1:46 | |||||||
20. | Memories | Riko Azuna | 4:15 | ||||||
21. | Memories of Time and Sky (時と空の思い出) | 1:42 | |||||||
22. | Snow Festival (雪まつり) | 1:55 | |||||||
23. | EMT!! | 1:42 | |||||||
24. | Lively days (賑やかな日々) | 1:55 | |||||||
25. | Train of Thought (思考回路) | 2:50 | |||||||
26. | Festive night (宴の夜) | 2:47 | |||||||
27. | Fascinating alcohol (魅惑の酒) | 2:53 | |||||||
28. | Memory Snow | 4:49 | |||||||
29. | White White Snow | nonoc | 3:53 | ||||||
1:08:17 |
2016-cı ilin avqustunda 5pb. seriya əsasında "Re:Zero -Starting Life in Another World- Death or Kiss" (Re:ゼロから始める異世界生活 -DEATH OR KISS-, Re:Zero kara Hajimeru Isekai Seikatsu -Death or Kiss-?) adlı vizual roman adaptasiyası üzərində işlədiyini açıqlamışdır.[88][89][90][91] Oyun anime və orijinal əsərdən fərqli olan "Növbəti hökmdar namizədləri ilə başqa bir seriya" adlı orijinal hekayəni izləyir. Oyunda yer alan personajlar Subaru, Emiliya, Rem, Ram, Felt, Beatris, Kruş, Pristsilla və Anastasiyadır.[90][92] Yüklənilə bilən məzmun sayəsində oyunçular personajların geyimlərini çimərlik geyimləri ilə dəyişdirə bilirlər.[93]
Vizual romanın açılış mahnısı Konomi Suzuki tərəfindən ifa olunan "yell! magic starts with a kiss" (yell!~くちびるからはじまる魔法~ Yell!~ Kuchibiru kara Hajimaru Mahō ~?) mahnısı, bağlanış mahnısı isə İnori Minase (Rem) və Rie Murakava (Ram) tərəfindən ifa olunan "Dai Dai Daisuki" (ダイ・ダイ・ダイスキ?) mahnısıdır.[94]
Yaponiyada oyunun PlayStation 4 və PlayStation Vita platformaları üçün 23 mart 2017-ci ildə buraxılması planlaşdırılsa da[90][95],müəyyən səbəblər üzündən 30 mart 2017-ci il tarixinə təxirə salınmışdır.[96] Oyunun məhdud nəşrinə saundtrek CD-si, Ram (PS4 versiyası) və Rem (PSVita versiyası) fiqurları daxil edilmişdir.[97]
26 may 2017-ci ildə Android və iOS platformaları üçün Remlə interakt etməyə kömək edən virtual reallıq mobil proqramı buraxılmışdır.[98] Emiliyalı versiyası isə 6 iyun 2017-ci ildə buraxılmışdır.[99] Oyun daha sonra PC və PlayStation VR platformalarına uyğunlaşdırılmışdır.[100]
"Re:Zero -Starting Life in Another World- INFINITY" adlı mobil oyun Tianjin Tianxiang Interactive Technology tərəfindən istehsal olunmuş və 21 yanvar 2020-ci ildə Çində buraxılmışdır. Sega tərəfindən istehsal olunan digər mobil oyun "Re:Zero -Starting Life in Another World- Lost in Memories" (Re:ゼロから始める異世界生活 Lost in Memories, Re:Zero kara Hajimeru Isekai Seikatsu Lost in Memories?) 2020-ci ilin yayında Android və iOS platformaları üçün buraxılacaq.[101] Oyunda oyunçu baş qəhrəmanı idarə edir və animenin hekayəsini oynayır. Oyun həmçinin Tappey Naqatsuki tərəfindən yazılmış orijinal hekayəyə malikdir.[102]
Chime tərəfindən istehsal olunan və Spike Chunsoft tərəfindən yayımlanan "Re:Zero − Starting Life in Another World: The Prophecy of the Throne" (Re:ゼロから始める異世界生活 偽りの王選候補, Re:Zero kara Hajimeru Isekai Seikatsu Tsuwarino-ō-Sen kōho?) macəra oyunu 2020-ci ilin qışında PC, Nintendo Switch və PS4 platformaları üçün buraxılacaq.[103] Oyun Tappey Naqatsuki tərəfindən yazılan orijinal hekayəyə malik olacaq və ingilisdilli ilk Re:Zero oyunu olacaq.
Kadokawa nəşriyyatı ranobenin 10 cildi ilə birlikdə seriyanın ilk üç arkı üçün 272 səhifəlik "Re:zeropedia" adlı soraq kitabçası buraxmışdır.[104] Comiket-də rəsmi docinşi art-buku nəşr olunmuşdur. Docinşinin rəssamları Ponkan 8 ("Shirobako" və "My Youth Romantic Comedy Is Wrong, As I Expected"), Yuka Nakacima ("Listen to Me, Girls. I Am Your Father!", "Amagi Brilliant Park") və TakayaKi-dir ("Arifureta Shokugyou de Sekai Saikyou").[105] 21 dekabr 2016-cı ildə Natsume Akatsukinin "KonoSuba" ranobe seriyası ilə krossover təşkil edən "Re:Starting Life Blessing This World" kitab nəşr olunmuşdur.[106] Kitabda müəllif, rəssam, eləcə də, anime adaptasiyalarının seyyularının müsahibələrinə yer verilmişdir. Kitaba Dayçi Matsuse və Masahito Vatarinin ("KonoSuba"-nın manqa adaptasiyasının illüstratoru) müəllifi olduğu one-shot krossover manqa daxil edilmişdir.[107] 31 dekabr 2016-cı ildə anime adaptasiyasının seriyalarına verilən şərhlərdən, eləcə də, "Animate Times" tərəfindən götürülmüş intervyulardan ibarət fankitab çap edilmişdir.[108]
Yaponiya ranobe xəbər saytı LN News-a görə "Re:Zero -Starting Life in Another World-" ranobe seriyasının 2016-cı ilin iyununa kimi 1 milyon nüsxəsi,[109] 2016-cı ilin sentyabrına qədər 2 milyondan çox nüsxəsi, 2017-ci ilin sentyabrına qədər isə 3,1 milyon nüsxəsi nəşr olunmuşdur..[110][111] Ranobe seriyası 2015-ci ilin noyabrından 2016-cı ilin mayına kimi satdığı 263.357 nüsxə ilə Yaponiyada ən yaxşı satan 10-cu ranobe seriyası olmuşdur.[112] Bu dövr ərzində birinci və ikinci cildlər uyğun olaraq 49.194 və 41.617 nüsxə sataraq ən yaxşı satan ranobe cildləri siyahısında 35-ci və 48-ci yerləri tutmuşdur.[113] Ümumilikdə roman 2016-cı ildə satdığı 1.007.381 nüsxə ilə ilin ən yaxşı satan 4-cü ranobesi olmuşdur.[114] Birinci cildi 2016-cı ildə ən yaxşı satan 14-cü (155.363 nüsxə), ikinci cildi 21-ci (127.970 nüsxə), üçüncü cildi isə 30-cu (110.574 nüsxə) ranobe cildi olmuşdur.[115] 2017-ci ildə ranobe ən yaxşı satılan 3-cü ranobe seriyası olmuşdur (925.671) olmuşdur.[116] Its 1-ci, 10-cu, 11-ci və 12-ci cildləri müvafiq olaraq ən çox satılan 19-cu (60.135 nüsxə), 25-ci (56.001 nüsxə), 7-ci (101.480 nüsxə) və 12-ci (79.431 nüsxə) cidlər olmuşdur (noyabr 2016-may 2017 dövründə).[117]
Anime serialı adaptasiyası 2016-cı ilin ən yaxşı satan 21-ci animesi olmuşdur (68.791 Blu-ray və DVD).[118]
Fandom Post-un tənqidçisi DJ Horn manqa adaptasiyasının birinci cildinə rəy bildirərək "Re:Zero"-nun tipik romantik fentezi janrından uzaq olduğunu və həddən artıq kədərli hekayəyə malik olduğunu bildirmişdir.[119]
Anime News Network-un tənqidçisi Teron Martin qeyd etmişdir ki, ranobedə daha yaxşı "başqa dünyaya düşmək" konsepsiyası işlənmişdir, lakin enişli-yoxuşlu, yöndəmsiz dialoqlara və artıq tendensiyalara malikdir.[120]
UK Anime Network-dan Endi Henli anime adaptasiyanı 2016-ci ilin ən yaxşılarından biri hesab etmişdir.[121]
Anime adaptasiyası Yaponiya saytı Anime! Anime! tərəfindən keçirilən sorğuda "Ən yaxşı 2016 yaz animesi" seçilmişdir (10 % səs).[122] Akiba Souken tərəfindən 2016-cı ildə keçirilən sorğuda isə ən yaxşı "hadisələri alternativ dünyada baş verən" anime seçilmişdir (334 səs).[123]
Anime serialı 2015-2016 Newtype Anime Mükafatlarının "Ən yaxşı anime serialı" kateqoriyasında ikinci yerdə göstərilmişdir. Bundan əlavə, Masaharu Vatanabe ən yaxşı rejissor, Subaru ən yaxşı kişi personaj, Rem ən yaxşı qadın personaj, Pak isə ən yaxşı talisman personaj seçilmişdir. Masahiro Yokotaninin ssenarisi ikinci yeri, personaj dizaynları isə (Şiniçiro Otsuka və Kyuta Sakay tərəfindən) üçüncü yeri tutmuşdur. Animenin saundtreki və ikinci açılış mahnısı müvafiq kateqoriyalarda 4-cü yerdə qərarlaşmışdır.[124] Həm ranobe, həm anime müvafiq kateqoriyalarda 2017 Sugoi Japan mükafatında birinci yeri tutmuşdur.[125]
Otamart istifadəçiləri arasında keçirilən sorğuda 2016-cı ilin ən yaxşı 2-ci anime/manqa/ranobe franşizi seçilmişdir.[126] Crunchyroll Anime Mükafatları 2016 çərçivəsində isə ilin animesi seçilmişdir.[127] Niconico istifadəçiləri arasında keçirilmiş sorğuda 2016-cı ilin ən maraqlı 2-ci animesi seçilmişdir.[128]