Myth & Roid

Myth & Roid (ミス アンド ロイド?)Yaponiya musiqi qrupu. Media Factory nəşriyyatı ilə əməkdaşlıq edir. Qrup dörd nəfərdən ibarətdir: Tom-H@ck (Tom Oşima), hotaru və KIHOW. Qrup 2015-ci ildə buraxdığı "L.L.L." adlı sinql ilə debüt etmişdir. Qrupun mahnıları "Overlord", "BBK/BRNK", "Saga of Tanya the Evil""Re:Zero -Starting Life in Another World-" kimi animelərdə səsləndirilmişdir.

Myth & Roid
Qrupun loqosu.
Qrupun loqosu.
Musiqiçi məlumatları
Fəaliyyət illəri 2015 – hazırda
Janrlar J-Pop, anison, pop rok
Albom şirkəti Media Factory
mythandroid.com

Qrupun rəsmi saytına görə qrupun adı iki hissədən ibarətdir: "myth" keçmişi, "android" isə gələcəyi simvolizə edir. Qrupun fikrincə bu iki aspekt "yeni dünya"nın yaradılmasında kömək edəcək.[1]

Qrup 2015-ci ildə buraxdığı "L.L.L." ("Leashed Luminous Love") adlı sinql ilə debüt etmişdir. Bu mahnı "Overlord" animesinin bağlanış mahnısı olmuşdur. Sinql Oricon-un həftəlik çartlarında 29-cu yerə qədər yüksəlmişdir[2]iTunes-in Yaponiya yüklənmə reytinqlərində 3-cü yerə qədər çatmışdır.[1]

Qrupun ikinci sinqlı "Anger/Anger" 24 fevral 2016-cı ildə buraxılmışdır. Sinql "BBK/BRNK" animesinin bağlanış mahnısı olmuşdur və Oricon-un həftəlik çartlarında 82-ci yeri tutmuşdur.[3] Üçüncü sinql "Styx Helix" 25 may 2016-cı ildə buraxılmışdır.[4] Bu mahnı isə "Re:Zero -Starting Life in Another World-" animesinin bağlanış mahnısı olmuşdur.[5] Bundan əlavə, qrupun "Straight Bet" mahnısı bu animenin 7-ci seriyasında,[6] "Theater D" adlı mahnısı isə bu animenin 14-cü seriyasında bağlanış mahnısı kimi istifadə olunmuşdur.[7] Dördüncü sinql "Paradisus-Paradoxum" "Re:Zero -Starting Life in Another World-" animesinin ikinci açılış mahnısı olmuşdur.[5] Beşinci sinql "Jingo Jungle" isə 8 fevral 2017-ci ildə buraxılmışdır. Bu sinql "Saga of Tanya the Evil" anime serialının açılış mahnısı olmuşdur.[8] Qrupun ""Crazy Scary Holy Fantasy" adlı mahnısı isə "Overlord: The Undead King" anime filminin tema mahnısı olmuşdur.[9]

26 aprel 2017-ci ildə qrupun ilk albomu olan "eYe's" buraxılmışdır.[10]

18 dekabr 2017-ci ildə qrupun 6-cı sinqlı "Hydra" anons edilmişdir.[11][12]. Mahnı "Overlord" animesinin ikinci mövsümünün bağlanış mahnısı olmuşdur.

Qrupun "shadowgraph" mahnısı 2019-cu ildə "Boogiepop and Others" mahnısının açılış mahnısı olmuşdur.[13] 2024-cü ildə qrupun "Nox Lux" mahnısı "Re:Zero -Starting Life in Another World-" animesinin 3-cü mövsümünün bağlanış mahnısı olmuşdur.[14]

  • Tom-H@ck – qrupun prodüseri və qurucu üzvüdür. Əsl adı Tom Oşimadır.[15]
  • hotaru – qrupun mahnı yazıçısı və qurucu üzvüdür. Lakin qrupdan əlavə başqa müğənnilər üçün də mahnı sözləri yazır.[15]
  • KIHOW – qrupun vokalistlərindən biridir. Yaponiyadan xaricdə yaşadığına görə həm yaponca, həm ingiliscə oxuya bilir. Tom-H@ck tərəfindən kəşf edilmiş və qrupa 2017-ci ildə qoşulmuşdur.[15]
  • Mayu – qrupun vokalistlərindən biri və qurucu üzvü idi.[15] 2017-ci ilin noyabrında qrupdan ayrılıb solo karyeraya başlamışdır.[16]
  1. 1 2 "Profile" (Japanese). Media Factory. 2016-08-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 avqust 2017.
  2. "L.L.L." Oricon. 2018-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 avqust 2017.
  3. "ANGER/ANGER". Oricon. 2018-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 avqust 2017.
  4. "STYX HELIX". Oricon. 2018-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 avqust 2017.
  5. 1 2 "MYTH&ROID, Rie Takahashi Perform Re:Zero Anime's New Theme Songs". Anime News Network. June 11, 2016. 2016-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 avqust 2017.
  6. Natsuki Subaru's Restart // Re:Zero -Starting Life in Another World-. 7 epizod.
  7. The Sickness Called Despair // Re:Zero -Starting Life in Another World-. 14 epizod.
  8. "Goods". Yōjo Senki official website (Japanese). Kadokawa. 2016-12-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 avqust 2017.
  9. "Overlord: Fushisha no Ō Anime Film's Ad Previews Myth&Roid Song". Anime News Network. February 13, 2017. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 avqust 2017.
  10. "Discography". Myth and Roid (rəsmi sayt) (yaponca). 2016-08-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 avqust 2017.
  11. "HYDRA was added to discography". 2016-08-08 tarixində orijinalından arxivləşdirilib. (#invalid_param_val)
  12. "MYTH & ROID[ミスアンドロイド]公式サイト". MYTH & ROID[ミスアンドロイド]公式サイト (yapon). 2016-08-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-12-27.
  13. Hodgkins, Crystalyn. "Boogiepop and Others Anime's 2nd Promo Video Reveals 14 More Cast Members, January 4 Debut". AnimeNewsNetwork. November 11, 2018. June 1, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 2, 2018.
  14. "MYTH & ROID Shares Re:ZERO -Starting Life in Another World- Season 3 Ending Song Music Video". Crunchyroll (ingiliscə). 11 oktyabr 2024. İstifadə tarixi: 3 noyabr 2024.
  15. 1 2 3 4 "Artist". Myth and Roid (rəsmi saytı) (yaponca). 2017-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 avqust 2017.
  16. "MYTH&ROID Vocalist Mayu Graduates to Pursue Solo Career". Anime News Network (ingiliscə). 7 noyabr 2017. 2017-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 noyabr 2017.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]