Recai Kutan

Recai Kutan (türk. Mehmet Recai Kutan; 5 aprel 19307 oktyabr 2024[1], Ankara) — türkiyəli siyasətçi

Recai Kutan
türk. Mehmet Recai Kutan
8 yanvar 1996 – 1 oktyabr 2002
13 iyun 1977 – 12 sentyabr 1980
Şəxsi məlumatlar
Doğum tarixi 5 aprel 1930(1930-04-05)
Vəfat tarixi 7 oktyabr 2024(2024-10-07)[1] (94 yaşında)
Vəfat yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi
Uşağı 3
Dini islam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

5 aprel 1930-cu ildə dünyaya gəlib. 1952–1969-cu illərdə Türkiyə Respublikası Dövlət Su İşləri Baş İdarəsində çalışıb.

1977-ci il seçkilərində Milli Qurtuluş Partiyasından Malatya millət vəkili, 1977-ci il koalisiya hökumətində tikinti və məskunlaşma naziri[türk.] vəzifələrində çalışıb. 12 sentyabr çevrilişindən sonra 9,5 ay həbsdə keçirib.

1983-cü ildən sonra qurulan Rifah Partiyasının sədr müavini oldu və Rifah Partiyasının Malatya millət vəkili olaraq parlamentə girdi. O, 1996–1997-ci illərdə 54-cü hökumətdə[türk.] enerji və təbii ehtiyatlar naziri vəzifəsində çalışıb. Rifah Partiyası bağlandıqdan sonra yeni yaradılmış Fəzilət Partiyasının sədri seçilib. 1999-cu ildə keçirilən ümumi seçkilər nəticəsində parlamentə daxil olub.[2]

1954-cü ildə Mebrure Xanımla evləndi və İsmayıl, Əbdüləziz Murat və Əhməd adlı üç övladı oldu. Onun həyat yoldaşı Mebrure Kutan 12 noyabr 2009-cu ildə 74 yaşında xərçəng xəstəliyindən vəfat etmişdir.[3]

7 oktyabr 2024-cü ildə vəfat edib.[4]

  1. 1 2 Saadet Partisi Kurucusu Recai Kutan hayatını kaybetti. Halk TV.
  2. "Mehmet Recai Kutan ESAM | Ekonomik ve Sosyal Araştırmalar Merkezi". www.esam.org.tr. 2024-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-09.
  3. "Recai Kutan'ın eşi vefat etti". Milliyet (türk). 2009-11-13. 2024-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-09.
  4. "Məşhur türkiyəli siyasətçi vəfat etdi". Oxu.az (az.). 2024-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-09.