Reductio ad Hitlerum (azərb. Hitlerə endirilmə), həmçinin "nasist kartını oynamaq"[1][2] — başqasının arqumentini onun Adolf Hitler və ya Nasist Partiyası tərəfindən təbliğ edilmiş və ya tətbiq edilmiş eyni ideya olduğu əsasında etibarsız hesab etmək cəhdi.[3] Arqumentləri onlar yanlış olduqları halda "reductio ad Hitlerum" adlandırmaq olar (məsələn, Hitlerin ət yeməkdən çəkindiyi və ya siqaretin əleyhinə olduğuna görə, bunu edən hər kəs nasistdir). Əksinə, fürerçilik kimi nasizmin xüsusi faşist komponentlərini tənqid edən sadə arqumentlər assosiasiya məntiqi səhvinin bir hissəsi deyil.
1953-cü ildə Leo Ştraus tərəfindən icad edilmiş "reductio ad Hitlerum" adını məntiqdə istifadə olunan "reductio ad absurdum" ("cəfəngə endirilmə") adlanan termindən götümüşdür.[4] Ştrausa görə, "reductio ad Hitlerum" əslində "ad hominem", "ad misericordiam", ya da uyğunsuzluq məntiqi səhvidir. Təklif olunan əsaslandırma assosiasiya ilə təqsirdir. Bu, adətən mübahisələri pozmaq üçün istifadə edilən bir taktikadır, çünki bu cür müqayisələr rəqibin diqqətini yayındırır və onları qəzəbləndirir.[5]
"Reductio ad Hitlerum" assosiasiya məntiqi səhvinin bir növüdür.[5][6] Arqument ondan ibarətdir ki, hansısa siyasət Adolf Hitler və ya Nasist Almaniyası tərəfindən müdafiə olunan və ya həyata keçirilən siyasətə gətirib çıxarır və ya onunla eynidir. Deməli, bu arqument ilkin siyasətin arzuolunmaz olduğunu "sübut edir". "Reductio ad Hitlerum"un başqa bir növü Hitlerin belə bir fikrə sahib olduğunu və ya belə bir hərəkət etdiyini eyham edərək müəyyən bir fikrə və ya hərəkətə qəsdən etiraz etmək niyyəti ilə "Bilirsən, başqa kim ...?" şəklində sual verməkdir.[7]
Hitler və ya nasizmlə müqayisə bir mübahisəni ondan yayındırmaq əvəzinə işıqlandırarsa, "reductio ad Hitlerum" deyil.[8] Nasizmin fürerçilik kimi faşist komponentlərini tənqid etmək üçün sadə müqayisələrdən istifadə etmək olar. Bununla belə, səhv bir şəkildə mübahisə etmək olar ki, Hitlerin ət yeməkdən çəkindiyi və ya siqaretin əleyhinə olduğu üçün bunu edən hər kəs nasistdir.[9]