Refat Appazov

Refat Appazov (d. 8 sentyabr 1920, Simferopol – v. 18 aprel 2008, Moskva) — Krım tatarı əsilli Ukraynalı alim və yazıçı.

Refat Appazov
Doğum tarixi
Doğum yeri Simferopol
Vəfat tarixi (87 yaşında)
Vəfat yeri Moskva
Dəfn yeri
Milliyyəti Krım tatarı
İxtisası Filosof və yazıçı
Təhsili
Fəaliyyəti mühəndis-konstruktor
Elmi dərəcəsi

Refat Appazov 8 sentyabr 1920-ci ildə Simferopol şəhərində anadan olmuşdur. İlk təhsilini Yalta şəhərindəki Krımtatar məktəbində almışdır. 1939-cu ildə SSRİ-nin ən vacib liseylərindən biri olan Moskvadakı Moskva Dövlət Texniki Universitetində təhsilini davam etdirmişdir. 18 aprel 2008-ci ildə dünyasını dəyişmişdir.[1] Vəsiyyətinə görə Krımda dəfn edilmişdir.

Təhsilini bitirdikdən sonra SSRİ Elmlər Akademiyasında işləməyə başlamışdır. Həmin il uzaq mənzilli raketlər və Sovet İttifaqı kosmik raket texnikaları ümumi layihə mühəndisi, məşhur Sergey Korolyovla görüşdü və onun xüsusi rəhbərliyi altında 20 il işlədi. İki alimin ilk görüşü Alman V-2 raketlərinin müayinəsi zamanı baş verdi və birlikdə işləməyə başladılar. Krım tatarı olduğu üçün bir çox təzyiqlərə məruz qalırdı, ancaq Korolyov sayəsində bu təzyiqlərdən qurtuldu. Refat Appazov layihələr üzrə mühəndis kimi çalışırdı. Venera və Mars planetlərinə göndərilən kosmik gəmidə Sovet Amerikalı "Apollo-Soyuz Test Layihəsi" "Energiya-Buran" kosmik raket layihələrində iştirak etmişdir. Appazov 1950-ci illərin sonlarında ilk peyk və kosmik gəmi üçün raket daşıyıcıları üzərində çalışdı. Həmçinin kosmosa çıxan ilk insan Yuri Qaqarinin olduğu peykin raket daşıyıcılarında da çalışmışdır. Refat Appazov 200-dən çox elmi tədqiqatın müəllifidir. 1935-ci ildə Baumen Texniki Məktəbində və Moskva Aviasiya İnstitutunda çalışmışdır. 1987-ci ildə Appazov Krım tatar xalqının Milli İnqilab Partiyasının sıralarına çevrildikdən və kütləvi şəkildə vətənə qayıdışından sonra siyasi işlərdə iştirak etməyə başladı. 1990-1991-ci illərdə V. Doğujiyevin rəhbərliyi ilə Krım Tatar xalqının problemləri ilə məşğul olan dövlət komissiyasının üzvü oldu. 1991-ci ildə Simferopolda oldu, Krım Tatar Milli Konqresində iştirak etdi və Krım Tatar Milli Məclisinə seçildi, məclisin yaradıcılarından biri oldu.

  1. "Refat Appazov unutulmadı". qha.com. 14 iyun 2018 tarixində arxivləşdirilib.