Sergey Korolyov

Sergey Korolyov (rus. Сергей Павлович Королёв, ukr. Корольов Сергій Павлович ; 30 dekabr 1906 (12 yanvar 1907), Jitomir, Volın quberniyası[d], Rusiya imperiyası[3][4][…]14 yanvar 1966[3][5][…], Moskva, SSRİ[3][6]) — sovet alimi ukrayna mənşəlidir , kosmik raket texnikası üzrə konstruktor, təşkilatçı və kosmik tədqiqatlar təşkilatçısı.

Sergey Korolyov
Сергей Павлович Королёв
Doğum tarixi
Doğum yeri Jitomir, Ukrayna
Vəfat tarixi (59 yaşında)
Vəfat yeri Moskva, Rusiya
Vəfat səbəbi xərçəng xəstəliyi
Dəfn yeri
Uşağı 1 exact match
Təhsili
Fəaliyyəti mühəndis-konstruktor, universitet müəllimi[d], hərbi qulluqçu, alim, mühəndis, fizik
Partiyası
Üzvlüyü
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Onun rəhbərliyi altında OKB-1-də kosmik uçuşlar üçün raketlər və gəmilər hazırlanırdı. Onun ideyaları və aparıcılıq stili sovet kosmik tədqiqatlarınıın istiqamətini müəyyənləşdirmişdir. Onun layihələndirdiyi ilk raketlərdən olan "Soyuz" bu gündə tətbiq olunmaqdadır.

Korolyov kiçik ikən onun valideynləri Mariya Korolyova və Pavel Korolyov ayrılırlar. Ona görə də, o, nənəsinin himayəsi altında Nişində böyüməli olur. Erkən vaxtlarından o uçuşla maraqlanır və yerli dərnəklərdə mühərriksiz təyyarələrin düzəldilməsi ilə məşğul olur. Sonra o, Moskva Aviasiya İnstitutunda təhsil alır.

R-7 raketinin modeli, Moskva

1930-cu illərdə Korolyov raketlərin düzəldilməsi ilə məşğul olur. 27 iyun 1938-ci ildə Stalinin təmizləmə siyasətinin qızğın çağında o başqa rəqibi, mühəndis Qluşkonun satqınlığı nəticəsində həbs olunaraq 10 il müddətinə sürgün edilir. Başqalarından fərqli olaraq Korolyov öz cəzasını alimlər üçün nəzərdə tutulmuş xüsusi "Şaraşka"da çəkməli olur. Orada şərait çətin olmağı ilə bərabər Korolyov həm də güllələnməkdən qorxurdu. 1942-ci ildə o Kazana köçürülür[7]. Burada Korolyov başqa mühəndislərlə birlikdə qırıcı təyyarələr üçün mühərrik üzərində işləyir. 1944-cü ildə Andrey Tupolevin səyi nəticəsində Korolyov azadlığa buraxılır.

İkinci dünya müharibəsindən sonra Korolyov sovet raket proqramının başçısı təyin olunur. Onun məqsədi sivil raketlərinin yaradılması idi. 1945-ci ildə Korolyov başqa həmkarları ilə Berlinə alman raket proqramını öyrənməyə göndərilir. Burada o fon Braunun işləri ilə tanış olmağa və onun Amerikaya gedə bilməyən işçilərini axtarmağa başlayır. 1945-ci ildə o Nordhausen şəhərinə köçür.

1946-cı ildə Korolyov alman raket mütəxəssisləri ilə birlikdə Sovet İttifaqına qayıdır. Bunların arasında Verner fon Braunun assistenti Helmut Qrötrup və aerodinamika üzrə mütəxəssis Verner Albring var idi. Korolyovun rəhbərliyi altında alman mütəxəssisləri Qorodomila (Tver ərazisi) adasında raketlərin yaradılması üzərində işləyirlər. Amerikaya aparılmış almanlardan fərqli olaraq SSRİ-yə gətirilmişlər çətin şəraitdə işləyirdilər. Amerikada onlara vətəndaşlıq verilsə də, digərləri faşizmin qalibləri tərəfindən istismar olunan biliklərini verməli idilər.

Korolyovun ən böyük nailiyyətlərindən R-7 raketi və ilk Sputnik-1-in buraxılışı (1957), kosmosda ilk insan – Yuri Qaqarin (1961) kosmos texnikasının tarixində önəmli rol oynamışlar, Sovet ay proqramının hazırlanması.

Korolyov 1966-cı ildə xərçəng xəstəliyindən əməliyyat keçirilən zaman ürək zəifliyindən dünyasını dəyişmışdır. Ona cənazəsinin külü olan qab Kreml divarına hörülmüşdür.[8]

  1. Энциклопедия КОСМОНАВТИКА, издательство "Советская энциклопедия" 1985

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 https://www.ifri.org/sites/default/files/atoms/files/ifribaumancarolesigmanframars2010.pdf.
  2. 1 2 https://archive.org/details/nasa_techdoc_20000088626/page/n131/mode/2up?q=accepted+as+a+member.
  3. 1 2 3 Королёв Сергей Павлович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. http://connection.ebscohost.com/c/book-chapters/36578483/sergei-korolev-soviet-space-program.
  5. http://link.springer.com/content/pdf/10.1007%2F978-1-4419-8150-9_3.pdf.
  6. http://www.komonews.com/news/tech/10154836.html.
  7. "Горельеф Сергею Королёву на КМПО открыл Фарид Мухаметшин". 2011-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-12-18.
  8. Черток Б. Е. Горячие дни холодной войны Arxivləşdirilib 2012-01-15 at the Wayback Machine / Ракеты и люди. — 2-е изд. — М.: МАШИНОСТРОЕНИЕ, 1999.