Registan meydanı (Səmərqənd)

Registan meydanıOrta Asiya Türk memarlığının nadir nümunələrindən biridir. Əsası XV əsrdə Uluqbəy tərəfindən qoyulan, üzəri möhtəşəm kaşılarla bəzədilmiş nəhəng qapılara malik 3 ayrı mədrəsənin əhatə etdiyi bir sahədir[1].

Registan meydanı
Registan meydanı
Xəritə
39°39′17″ şm. e. 66°58′32″ ş. u.HGYO
Ölkə  Özbəkistan
Şəhər Səmərqənd
Yerləşir Səmərqənd
Sifarişçi Uluqbəy
Tikilmə tarixi 1417-1420
Üslubu Teymuri memarlığı
Vəziyyəti muzey
TipiMədəni
Kriteriyai,ii,iv
Təyin edilib2001
İstinad nöm.603
DövlətÖzbəkistan
RegionAsiya
Registan meydanı (Özbəkistan)
Registan meydanı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Registan meydanı (qum ölkəsi) Səmərqəmdin mərkəzi idi. Meydan 3 mədrəsədən ibarətdir:[2] Uluqbəy mədrəsəsi (XV əsr), Şirdor mədrəsəsi (XVII əsr) və Tilla-Kari mədrəsəsi (XVII əsr). İlk mədrəsənin qurulması ilə birlikdə bütün bayramlar, festivallar və Bazar günü bazarı burada qurulmağa və qeyd olunmağa başlamışdır. Mədrəsə İslam dininin ali məktəbləri sayılır. Uluqbəy mədrəsəsi 1417-1420-ci illər tarixlərində Uluqbəy tərəfindən qurulmuş və şəxsən özü burada, ölümünə qədər riyaziyyat və astronomiyadan dərs keçmişdir.

Uluqbəyin ölümündən 200 il sonra, Səmərqəndin hakimi olan Yalangtuş Bahadurın əmri ilə birinci mədrəsənin eynisi olaraq, ikinci bir mədrəsə inşa etdirilmiş və Şir-Dor mədrəsəsi adı verilmişdir[3]. Aralarındakı yeganə fərq yeni mədrəsədə artıq iki dənə qışın istifadə edilmək üçün hazırlanmış təhsil dəhlizi olmasıdır. Bunun xaricində baş quruluş birinci mədrəsə ilə eynidir. Bundan bir neçə il sonra təkrar üç mədrəsə, Tilla-Kari tikdirilmişdir. Kənardan görünüşü digər iki mədrəsəyə oxşamaqla birlikdə bu mədrəsənin daxili quruluşu bir qədər fərqlidir. Mədrəsələr eyni plan əsasında inşa edilmişdir. Dörd künclü bir bağça, dörd eyvan və dairə boyunca sıralanmış otaqlar. Otaq qapıları İslam dinində mühüm bir xüsusiyyət olan hörmət və alçaq gönüllüğü vurğulamaq üçün xüsusən alçaq düzəldilmişdir. Qapılardan girərkən və çıxarkən mütləq başın aşağıəyilməsi lazımdır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. ÖZBEKİSTAN’IN TARİHİ VE TURİSTİK YERLERİNE BAKIŞ Süleyman MERDANOĞLU
  1. "Geçmişin ihtişamı, Semerkant'ın yüreği olarak anılan Registan meydanında bu gün bile rahatlıkla görülebilir". 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-04.
  2. "Bu medreselerden en eskisi alim hükümdar Uluğ Bey tarafından 15'inci yüzyılda yaptırılmış olan ve Uluğ Bey'in bizzat astronomi dersleri verdiği medrese". 2015-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-04.
  3. "Uluğbey'in ölümünden 200 yıl sonra, Semerkant'ın yöneticisi olan Yalangtuş Bahadur'ın emriyle birinci medresenin bir kopyası olarak, ikinci bir medrese yaptırılmış ve Şir-Dor Medresesi adı verilmiştir". 2022-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-04.