Rembo: İlk qan 2 (ing. Rambo: First Blood Part II) – 1985-ci ildə istehsal olunmuş ABŞ filmi.[3]
Rembo: İlk qan 2 | |
---|---|
ing. Rambo: First Blood Part II | |
Janr | döyüş filmi[1][2][…], triller filmi, ədəbi əsər ekranlaşdırılması[d], dram filmi |
Əsas mövzu | Soyuq müharibə |
Rejissor | Corc Pan Kosmatos |
Ssenari müəllifləri |
Ceyms Kemeron Silvestr Stallone |
Baş rollarda |
Silvestr Stallone Riçard Krenna |
Operator | |
Bəstəkar | Cerri Qoldşmit |
İstehsalçı | Carolco Pictures |
Distribütor | InterCom[d], Netflix |
İlk baxış tarixi | 21 aprel 1989 |
Müddət | 94 dəqiqə |
Büdcə | $44 milyon |
Gəlir | $300,400,432 milyon |
Ölkə | ABŞ |
Dil | İngilis dili |
İl | 1985 |
Əvvəlki film | İlk qan |
Sonrakı film | Rembo III |
Rəng | rəngli |
Çəkiliş yeri | Meksika |
IMDb | ID0089880 |
Xüsusi əməliyyatlar mövzusunda mütəxəssis olan Vyetnam qazisi Con Rembo (Silvestr Stallone) mənəvi atası Polkovnik Trautman (Riçard Krenna) tərəfindən həbsdən çıxarılmış və təkrar orduya qatılaraq xüsusi bir vəzifə üçün bazaya göndərilmişdir. Trautman Tailand yaxınlığında ABŞ-yə məxsus gizli bazada Rembo ilə görüşür. Onun vəzifəsi Vyetnamın əsgər düşərgəsinə getmək və burada yerləşən həbsxanada həqiqətən də ABŞ əsgərlərinin həbsdə olduğunu sübut etmək üçün onların şəklini çəkməlidir. Amma bu müddətdə Rembo düşmənlə döyüşə girməməlidir. Rembo bu düşərgədən 1971-ci ildə qaçmışdır. Bu səbəbdən Trautmen Rembonun vəzifəsinin uğurla yerinə yetirməsinə inanır. Rembo onunla razılaşdıqdan sonra gecə vaxtı hərbi təyyarə ilə Vyetnama gəlir.
Hərbi təyyarədən atılan zaman Rembo təyyarənin qapısına ilişir. Bu zaman içində silah olan çantasını kəsir və azad olaraq yerə paraşutla enir. Rembo cəngəllikdə hərəkət edən zaman Ko-Bao (Culiya Nikson) adlı agentlə rastlaşır. Rembo və Ko-Bao vəzifələrini uğurla yerinə yetirir və bir müddət sonra əsirlərdən birini götürərək buranı tərk etmək niyyətindədirlər. Onların vəzifələrinin uğurla yerinə yetirmələri ABŞ hərbi bazasına çatır. Lakin Marşal Merdok gözlənilmədən əmr verir ki, Rembonu burada qoyaraq Vyetnamı tərk etsinlər. Ona görə ki, onların əsiri götürməyə ixtiyarları yoxdur. Trautman Merdoka qarşı çıxsa da, bunun öhtəsindən gələ bilmir.
Rembo düşmən əsgərləri tərəfindən əsir götürülür. Gecə vaxtı bura sovet əsgərlər və onların komandiri Podovskiy gəlir. Podovskiy onun Merdok tərəfindən aldadıldığını başa düşür və onu ABŞ əsgərləri ilə radio əlaqəsinə girməyə məcbur edir. Buna baxmayaraq Rembo düşərgədən qaçmağı bacarır. Düşərgədən qaçan zaman ona bu işdə Ko-Bao da kömək edir. Rembo və Ko-Bao bir-birini sevirlər və buranı tərk etmək istəyirlər. Lakin bu zaman Ko-Baoya gözlənilmədən atəş açılır. Ko-Bao ölmüş, Rembo isə intiqam atəşindədir. Artıq oyunu öz qaydalarına görə oynamağa qərar verən Rembo, verilən əmrləri tapdalayaraq əsir tutulan insanları qurtarmağa qərar verər. Rembo əsir olan insanların hamısını xilas edir. Rembo ABŞ əsgərlərinin bazasına gələrək Merdoka ABŞ əsirlərinin hələ də orada qaldıqlarını deyir və onların hamısını tapmasa əks halda özünün onu tapacağını söyləyir. Bundan Merdok vicdan əzabı çəkir. Trautman ona ikinci medalı təklif edir. Amma Rembo bundan imtina edir və medalı əsirlərə verməsini istəyir. Həmçinin, Trautman Remboya hərbidə qalmağı da təklif edir. Lakin Rembo bundan imtina edir. Çünki hərbidə onun dostlarını öldürmüşlər.