Renni Salen Xaramilo Barre (isp. Renny Salen Jaramillo Barre; 12 iyun 1998, Quayakil, Ekvador) — Ekvador təmsilçilərindən olan İndependente del Vale klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Ekvador futbolçusudur.
Renni Xaramilo | ||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ümumi məlumatlar | ||||||||||||||||||||||
Tam adı | Renni Salen Xaramilo Barre | |||||||||||||||||||||
Doğum tarixi | ||||||||||||||||||||||
Doğum yeri | Quayakil, Ekvador | |||||||||||||||||||||
Vətəndaşlığı | Ekvador | |||||||||||||||||||||
Boyu | 173 | |||||||||||||||||||||
Çəkisi | 67 kq | |||||||||||||||||||||
Mövqeyi | Yarımmüdafiəçi | |||||||||||||||||||||
Klub haqqında məlumat | ||||||||||||||||||||||
Klub | İndependente del Vale | |||||||||||||||||||||
Nömrəsi | 29 | |||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||
|
||||||||||||||||||||||
|
||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Xaramilo peşəkar karyerasına Kito şəhərinin təmsilçisi olan Universidad Katolika klubunda başlamışdır. 2015-ci ildə Ekvadorun İndependente del Vale klubuna transfer olunmuşdur. O, peşəkar karyerasında debütünü 3 dekabr 2015-ci ildə Ekvador Premyer Liqasında Deportivo Kito klubuna qarşı oyunda etmişdir.[1]
2015-ci ildə Koroso Ekvadorun gənclərdən ibarət milli komandası ilə Paraqvayda keçirilən Cənubi Amerika Gənclər Çempionatında iştirak etmişdir. Turnirdə Koroso Çili[2], Boliviya[3], Braziliya[4], Paraqvay[5], Kolumbiya[6] və iki dəfə Argentina[7][8] və Uruqvay[9][10] milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır. Boliviya millisinə qarşı oyunda Xaramilo bir qolla yadda qalmışdır.
2015-ci ildə Koroso Ekvadorun gənclərdən ibarət milli komandası ilə Çilidə keçirilən Gənclər arasında Dünya Çempionatında iştirak etmişdir. Turnirdə Koroso Honduras[11], Mali[12], Belçika[13], Rusiya[14] və Meksika[15] milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır.
2017-ci ildə Koroso Ekvadorun gənclərdən ibarət milli komandası ilə Ekvadorun ev sahibliyi ilə keçirilən Cənubi Amerika Gənclər Çempionatında iştirak etmişdir. Turnirdə Koroso Çili[16], Paraqvay[17], Venesuela[18] və iki dəfə Kolumbiya[19][20] və Braziliya[21][22] milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır. Braziliya millisinə qarşı oyunda Xaramilo bir qolla yadda qalmışdır.