Reno

Ranault (fr. Renault) və ya Renofransız avtomobil istehsalçısı. Avtomobil, yük maşını, traktor, tank, qatar, təyyarə, motosiklet, velosiped, avtobus kimi bir çox fərqli ölçüdə vasitələr istehsal edir.

Renault
Loqonun şəkli
Ümumi məlumatlar
Sənaye avtomobil sənayesi
Məhsulları avtomobil, Yüngül kommersiya nəqliyyat vasitəsi, Yük maşını
Təsis tarixi 24 dekabr 1898[1][2][…]
Baş qərargahın yeri
İqtisadi göstəriciləri
Ümumi kapital
  • 29.539.000.000 € (31 dekabr 2022)[3]
Ümumi aktivlər
  • 118.319.000.000 € (31 dekabr 2022)[3]
Ümumi gəliri
  • 52.376.000.000 € (2023)[4]
Xalis mənfəəti
  • 2.198.000.000 € (2023)[4]
Əməliyyat mənfəəti
  • 2.485.000.000 € (2023)[4]
Struktur
İşçi sayı
  • 170.158 nəf. (2020)
Tərəfdaşlar AvtoVAZ[5], AUTOMOBILE-DACIA S
renaultgroup.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Louis Reno 1903-cü il

Lui Reno 1877-ci ildə Parisdə doğulan bir bəyzadə idi. Atası yaxşı qazanan bir yun taciri idi. Lui maşın xəstəsi idi və hələ 5 yaşında yoldaşlarından eşitdiyi lokomotivi görmək üçün stansiyaya qaçardı. Buxar qazanını, porşenlərin, bacaları, necə düzəldiyini bilməyə çalışardı. 15 yaşında bir şagirdkən matorlu vasitələrə maraq salır, hətta xərcliyindən yığdığı pullarla 0.75 at gücündə De Dion bouton markalı bir avtomobil alır.

Hələ 21 yaşında ikən (1898) qardaşları Fernand və Marsellə birlikdə "Reno Freres" şirkətini qurur.

1899-ci ildə Paris-Trouville arasında 170 kilometri aşan bir yarış hazırlanır. Renolar etdikləri xüsusi avtomobillə yarışı rahat qazanırlar. Bu zəfər üzərinə qapısını çalanlar artır, yağış kimi sifariş yağır. Ataları onlara 8 min İngilis sterlini sərmayə verir. Bu pul ilk təkan üçün yetərli olur. Artıq (1914) "Société des Automobiles Renault" 4 min 400 işçisiylə bir sənaye nəhəngi olur, bundan dörd il sonra isə (1918) işçilərin sayı 22 mini keçir.

  1. https://group.renault.com/en/passion-2/heritage/.
  2. https://www.renault.co.uk/motorsport/renault-and-motorsport.html.
  3. 1 2 Rapport d’activité – Année 2022. 2023.
  4. 1 2 3 https://www.renaultgroup.com/wp-content/uploads/2024/02/rg_2023_resultats-2023_rapport-financier.pdf. 2024.
  5. https://www.ft.com/content/515d978a-16c9-4af9-a8b8-4c5abdfd1ee7.