Bulon-Biyankur (fr. Boulogne-Billancourt) — Fransada şəhər. Parisin cənub-qərbində sənaye peyki.[2]
Şəhər | |
Bulon-Biyankur | |
---|---|
fr. Boulogne-Billancourt | |
48°50′07″ şm. e. 2°14′29″ ş. u.HGYO | |
Ölkə | |
Region | [[İl-de-Frans]] |
Başçı | Pier Kristofer Buqet |
Tarixi və coğrafiyası | |
Sahəsi | 6.17 km² |
Mərkəzin hündürlüyü | 40 m[1], 28 m[1] |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 117,126 nəfər (2012) |
Sıxlığı | 19,000 nəf./km² |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 92012 /92100 |
Digər | |
Bulon-Biyankur şəhərinin rəsmi internet səhifəsi | |
Vikianbarda əlaqəli mediafayllar |
Əhalisi 116,2 min (2011) nəfərdir.[2]
Sena çayının döngəsində, Bulon meşəsinin kənarındadır.[2]
1924-cü ilə qədər Bulon-sür-Sen adlanırdı. Şəhərdə 1920–30-cu illərin tikililəri (memarlar Le Korbüzye, J. Fidler, J. Pinqusson və b.) saxlanılmışdır.[2]
30-cu illər muzeyi (1998-ci ildə yaradılmışdır; 1920–30-cu illərin boyakarlıq, heykəltaraşlıq, dekorativ-tətbiqi sənət kolleksiyası) fəaliyyət göstərir. Avtomobil (o cümlədən “Reno” zavodları) və aviasiya sənayesi; dəzgah və alətlər, elektrotexnika və elektron məhsulları, kimyəvi preparatlar, telefon aparatları; ətriyyat istehsalı inkişaf etmişdir.[2]