Resident Evil 4

Resident Evil 4Capcom şirkəti tərəfindən hazırlanmış survival horror janrında olan videooyunun. İlk olaraq 2005-ci ildə Gamecube üçün satışa çıxarılıb. Bu oyunda oyunçular xüsusi agent olan Leon S. Kennedinin rolunu öz üzərinə götürürlər. Onların məqsədi İspaniyanın kəndlərinin birində dini təriqət tərəfindən girov götürülmüş ABŞ prezidentinin qızı Eşli Qremi xilas etməkdir. Amansız mübarizədə Leon cəsus Ada Vonq ilə gücünü yenidən birləşdirir və zehni yoluxucu parazitlər tərəfindən ələ keçirilmiş düşmən dəstələrə qarşı vuruşur.

Resident Evil 4
Hazırlayanlar Capcom
Yayımlayanlar Capcom
Lokalizatorlar Novıy Disk[d], Softclub
Buraxılış tarixləri 11 yanvar 2005[3], 25 oktyabr 2005, 28 fevral 2014[4]
Janr döyüş-macəra oyunu, üçüncü-şəxs atıcı, survival horror
Texniki məlumat
Platforma Xbox 360, PlayStation 2[1], PlayStation 3, Microsoft Windows[1], iOS, PlayStation 4, Android, Xbox One, Nintendo Switch[d]
Oyun rejimi birnəfərli oyun[2]
İnterfeysin dili ingilis dili[2], fransız dili[2], alman dili[2], ispan dili[2], italyan dili[2]
Daşıyıcı DVD, Blu-ray Disc, rəqəmsal distribusiya, rəqəmsal yükləmə[d]
İdarəetmə geympad, kompüter klaviaturası, kompüter siçanı, sensor ekran
Rəsmi saytı

"Resident Evil 4" oyununun inkişafına hələ 1999-cu ildə başlanılıb. Əvvəlcə bu layihə üçün dörd fərqli ideya irəli sürülmüşdü. Bunlardan biri Hideki Kamiyanın təqdim etdiyi konsept idi. Seriyanın yaradıcısı olan Şinci Mikaminin fikrincə bu konsept əvvəlki oyunların əsas mahiyyətindən çox uzaq uzaq idi. Komanda bu konsepsiyadan üz döndərmək əvəzinə, üzərində iş aparır və bu 2001-ci ildə buraxılmış "Devil May Cry" adlı başqa bir oyunu ortaya qoyur. Seriyanın yaradıcısı olan Şinci Mikami oyunun hazırlanmasına rəhbərlik etmək üçün addım atır, bu zaman mövcud olan digər ideyalar tərk edilir.

"Resident Evil 4" həm tənqidçilər, həm də oyunçular tərəfindən yüksək qiymətləndirilən bir videooyun oldu. 2005-ci ildə "İlin Oyunu" mükafatına layiq görüldü, həm də bütün zamanların ən yaxşı videooyunları arasına öz yerini tutmağı bacardı. Oyun müxtəlif platformalar üçün buraxıldı, 2022-ci ilin dekabrına qədər 12,3 milyon nüsxə sataraq böyük uğur qazanmış oyunlardan birinə çevrildi. Oyunun yenidən hazırlanmış versiyası (ing. remake) 2023-cü ildə işıq üzü gördü.[5]

Oyunçular oyun boyunca baş qəhrəman Leon S. Kennediyə üçüncü şəxs baxış bucağından rəhbərlik edirlər. Bu dəfə oyunçulara seriyanın əvvəlki oyunları ilə müqayisədə fərqli bir oyun təcrübəsi təqdim edilib. Belə ki, əvvəlki oyunlarda qorxulu mühitdə sağ qalmağa daha çox diqqət yetirilirdi. Ancaq bu oyunda bu belə deyil, oyunçular sağ qalmaq əvəzinə silahlı döyüşlərdə iştirak etməyə daha çox vaxt sərf edirlər. Oyunun faydalı özəlliklərindən biri də çiyin üstü baxış bucağıdır. Leon silahla hədəfini nişan aldığı zaman, kamera onun qarşısında baş verənləri daha yaxından və ətraflı şəkildə göstərmək üçün çiyin üstü baxış bucağına keçid edir. Leon snayper tüfəngi istifadə edəndə isə birinci şəxs baxış bucağında keçilir. Yəni kamera Leonun gördüklərini tam olaraq sizə göstərir, onun gözündən hər şeyi görürsünüz.[6]

Leon bir qrup Ganados dəstəsinə qarşı vuruşur. O, döyüşərkən kamera onun arxasında qalır. Oyunçular lazer nişangahı sayəsində düşməni rahatlıqla hədəf ala bilərlər.

Ayrıca oyunda düşmənləri və ya hədəfləri nişan almaq üçün işə yarayan, adətən ekranının mərkəzində "+" kimi göstərilən crosshair adlanan özəllik yoxdur. Bunun əvəzinə oyundakı odlu silahlar lazer nişangahı kimi tanınan aksesuar ilə təchiz olunub. Oyunçular döyüşə gəldikdə isə daha çox azadlığa və çevikliyə malikdirlər. Düşmənlərin ayaq və qol kimi müxtəlif nahiyələrinə atəş açmaq, onların büdrəməsinə və tarazlığını itirib yerə yıxılmasına səbəb olur. Eyni zamanda oyunçunun ona atılan balta və oraq kimi əşyaları vuraraq dayandırma imkanı da var.[7]

"Resident Evil 4"-ə bəzi yeni funksiyalar əlavə edilib. Bu yeni düymələr vasitəsilə oyunçular nərdivana dırmaşa və ya təhlükəli vəziyyətlərdən xilas olmaq üçün pəncərədən tullana bilərlər. Oyunçular düşmənlərdən gələn hücumlardan yayınmaq üçün bu hərəkətlərdən istifadə edə bilərlər ki, bu da onlara yaralanmadan qurtulmağa köməklik göstərəcək. Bundan əlavə, düşmənlər zəiflədikdə, oyunçuların onları daha asan məğlub edə biləcəyi güclü "bitirmə hərəkəti"ni etmə şansları var. Həmçinin oyunda "sürətli vaxt hadisələri" (ing. quick time events) adlanan xüsusi anlar da var. Bu hadisələr gərgin anlar və boss döyüşləri zamanı baş verir, burada oyunçu xüsusi hərəkətləri yerinə yetirmək üçün ekranda görünən düymələri basmalıdır. Bu hadisələrə göydən düşən obyektdən yayınma və ya düşmənlə əlbəyaxa döyüş kimi şeylər daxil ola bilər.[8]

Oyundakı əsas düşmənlər Los Ganados (azərb. "Mal-qara"‎) kimi bilinən qəddar kənd sakinləridir. Onlar "Resident Evil"-in həmişəki zombilərinə bənzəmirlər, çünki onların daha çox inkişaf etmiş bacarıqları var. Los Ganados-lar hücumlardan yayına bilən, elektrikli mişar və balta kimi silahlardan istifadə edə bilən və hətta qrup şəklində belə birlikdə işləməyi bacaran təhlükəli düşmənlərdir. Bu kəndlilərin liderləri bəzən oyunçunu məğlub etmək üçün dəhşətli bədheybətlərə çevrilirlər. Oyunda oyunçuların qarşısına çıxan bir çox düşmən növləri var, bunlara daxildir: tez sağalma qabiliyyətinə malik olan mutasiyaya uğramış humanoid "Regeneradors", troll bənzəri varlıq olan "El Gigante" və suda yaşayan nəhəng dəniz canlısı "Del Lago".[9]

Oyunçular inventarlarını oyundakı portfel vasitəsilə rahatlıqla idarə edə bilərlər. Əlavə yerə ehtiyac olduqda, onlar bu qutunu bir neçə dəfə təkmilləşdirə bilərlər. Oyunçular sahib olduqları silahları və müalicəvi vasitələri bu qutuda saxlayırlar, açar və xəzinə kimi dəyərli əşyaları isə bunun üçün ayrılmış başqa bir menyudan tapa bilərlər. Oyunçular həmçinin oyunun müxtəlif yerlərində peyda olan tacirlərlə alqı-satqı edə bilərlər. Tacir tibbi yardım spreyləri və silahlar satır, həm də silahlar üçün təkmilləşdirmə xidmətləri göstərir. O, hətta Leonun kəşf etdiyi qiymətli xəzinələri də almaqdadır. Oyundakı hər bir silahın üstünlükləri və çatışmazlıqları var.[10][11]

Capcom şirkəti ilk olaraq oyuna PlayStation 2 üçün nəzərdə tutulmuş bəzi yeni məzmunlar əlavə etdi. Bu yeni əlavələr daha sonra oyunun PC və Wii versiyalarına da daxil edildi. Oyuna gətirilən ən böyük əlavə yan hekayə olan "Separate Ways"-dır. Bu əlavə məzmunda oyunçular, oyunda baş vermiş hadisələrə Ada Vonqun gözü ilə baxma imkanı qazanırlar. Onlar Vonq və oyunun əsas canilərindən biri olan Albert Vesker arasındakı əlaqə haqqında daha çox öyrənmək imkanı əldə edirlər.[12] Beş hissədən ibarət olan sənədli film "Ada's Report" onların münasibətlərini gün üzünə çıxarır.[13] Əlavə olaraq oyunda kilidi açıla bilən digər məzmunlar var, bunlara daxildir: "The Mercenaries" adlı bir mini oyun, "Assignment Ada" adlı qısa bir ssenari (Bu ssenaridə oyunçuların məqsədi Adanı idarə etmək və Las Plaqas adlı təhlükəli parazitin nümunələrini əldə etməkdir), əsas personajlar Leon və Eşli üçün yeni skinlər, yeni silahların kilidini açmaq imkanı və nəhayət bir cutscene brauzeri. Bu oyunçulara istənilən oyundaxili səhnələrə yenidən baxmağa imkan verir.[14]

2004-cü ildə ABŞ hökumətinin agenti Leon S. Kennediyə ABŞ prezidentinin qızı Eşli Qremi xilas etmək tapşırığı verilir. Prezidentin qızı Eşli müəmmalı bir təriqət tərəfindən girov götürülüb.[15] Leon tapşırığını yerinə yetirmək üçün İspaniyanın bilinməyən kəndinə yollanır.[16] Kəndə gəlib çatanda o, Los İluminados təriqətinin davamçıları olan zorakı kənd sakinləri ilə qarşılaşır. Bir vaxtlar dinc həyatlarını yaşayan bu sakinlər, Las Plagas adlı zehin idarə edə bilən parazitə yoluxduqdan sonra bu günə düşüblər.[17]

Leon burada olarkən kəndin rəisi Bitores Mendez tərəfindən ələ keçirilir. Bu şəxs onu saxlayır və ona Las Plagas iynəsi vurur.[18] Leon əsirlikdə olarkən Luis Sera ilə tanış olur. Luis vaxtilə Madriddə polis məmuru olub, eyni zamanda Los İluminados təriqətində tədqiqatçı kimi də çalışıb. Onlar indi buradan qurtulmağın yolunu tapmağa başlayırlar. Bunun ardınca Leon Eşlinin kilsədə saxlandığını öyrənir və onu bu vəziyyətdən xilas etməyə gedir.[19] Onlar kilsədən uğurla qaçmağı bacarırlar, həm də Los İluminados-a rəhbərlik edən Ozmund Saddlerin şeytani planını üzə çıxarırlar. Saddlerin niyyəti Eşlini Las Plagas ilə yoluxdurmaq və onu daşıyıcı edərək infeksiyanı ABŞ hökumətinin yüksək səviyyəli rəsmiləri arasında yaymaq idi. Bu sayədə o, ilk olaraq ölkəyə, daha sonra da bütün dünyaya hökmranlıq edəcəkdi.[20]

Leon Eşli ilə birlikdə Mendezi uğurla aradan qaldırır. Bunun ardınca onlar güvənli yer kimi qalada qalmağı seçirlər. Çox keçməmiş qalanın sahibi — Saddlerin əlaltılarından biri olan — Ramon Salazar onları pusquya salır və başçılıq etdiyi İluminados-lara onlara hücum etmək əmri verir.[18] İkili burada bir-birindən ayrı düşür. Bu arada Luis, Las Plagas nümunəsi olan iynə və Leon və Eşlinin infeksiyasının irəliləməsinə mane ola biləcək dərmanlar axtarır. O, iki əşya tapır və Leona təhvil verir, lakin təəssüf ki, Saddler nümunəni əldə etmək üçün onu öldürür. Bu zaman Leon infeksiyaya qarşı həblərə sahib olur.[21] Qalada olarkən Leon, təsadüfən bir vaxtlar tanıdığı Ada Vonq adlı qadınla qarşılaşır. O, missiyası boyunca Leona dəstək olur. Bunun ardınca Leon, qalada çoxsaylı düşmənlərlə döyüşə girir və Salazarı məhv edir.[22]

Daha sonra Leon Eşlini tapmaq üçün yaxınlıqdakı adada yerləşən tədqiqat obyektinə gəlib çatır. O, burada bir vaxtlar birlikdə təlim keçdiyi, iki il əvvəl helikopter qəzasında həlak olduğu güman edilən Cek Krauzerin Eşlinin qaçırılmasına iştirak etdiyini öyrənir. Aydın olur ki, onun məqsədi Saddlerin etibarını qazanmaq və onun sahib olduğu yeni qiymətli Plagas nümunəsini oğurlamaqdır.[23] Krauzer həmçinin şübhə ilə yanaşdığı cəsus Ada ilə birlikdə Albert Wesker üçün işləyir, onların ortaq məqsədi Las Plagas nümunəsi əldə etməkdir.[24] Krauzerə güvənməyən Saddler, ondan Leonu öldürməsini istəyir.[25] Leon qarşıdurmada Krauzeri məğlub edir. Bundan sonra o, Eşlini xilas etmək üçün hərəkətə keçir. İkisi Las Plagas-ı bədənlərindən çıxarmaq üçün xüsusi radioterapevtik cihazdan istifadə edirlər. Ardınca Leon Saddler ilə üz-üzə gəlir və onu Adanın köməyilə öldürməyə nail olur. Daha sonra Ada Leonu silahla hədələyərək ondan nümunəni verməsini tələb edir. O, istədiyini əldə etdikdən sonra vertolyota minib çıxıb gedir, Leon və Eşli isə alova bürünən adadan jetski vasitəsilə qurtulur.[26][27]

  1. 1 2 redump.org (ing.). Europe.
  2. 1 2 3 4 5 6 Steam. 2003.
  3. Kayser D. Official RE4 Release Date (ing.): When will the latest Resident Evil hit store shelves? Find out inside.... // Gamers.com 2004.
  4. Internet Game Database (ing.). 2012.
  5. McWhertor, Michael. "Resident Evil 4 remake announced, coming March 2023". Polygon (ingilis). 2022-06-02. June 2, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-02.
  6. Stanescu, Alexandru. "Resident Evil 4". Softpedia. February 1, 2007. October 22, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 1, 2011. The camera problems have been finally solved thanks to a very useful over-the-shoulder and behind the player camera that makes the whole aiming process really easy.
  7. "Resident Evil 4 – Gamecube Preview at IGN". IGN. mart 17, 2004. səh. 2. mart 20, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: sentyabr 1, 2011.
  8. "Resident Evil 4 Secrets Revealed". IGN. mart 23, 2004. səh. 1. mart 20, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: sentyabr 3, 2011.
  9. Mackenzie Cummings-Grady. "The 9 Best Moments in "Resident Evil 4"". PopDust. January 11, 2021. January 11, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 26, 2021.
  10. Mike, Major. "Feature: Resident Evil 4 – Weapons of Mass Destruction Guide". GamePro. October 5, 2005. June 7, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 5, 2011.
  11. Stratton, Stephen. Weapons and Items // Resident Evil 4 (Wii version): Prima Official Game Guide. Prima Games. 2007. ISBN 978-0-7615-5701-2.
  12. "Resident Evil 4: Separate Ways". IGN. September 26, 2005. October 15, 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: September 3, 2011.
  13. Williams, Bryn. "Previews: Resident Evil 4". GameSpy. September 26, 2005. March 4, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 3, 2011.
  14. Drake, Audrey. "Resident Evil 4 HD Review – PlayStation 3 Review at IGN". IGN. September 21, 2011. June 3, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 20, 2011.
  15. Capcom Production Studio 4. Resident Evil 4. PlayStation 2. Capcom. October 25, 2005. Leon: It was right before I was to take on my duties of protecting the President's daughter when she was abducted. That's the ultimate reason I'm in this lonely and rural part of Europe. According to our intelligence, there's reliable information of a sighting of a girl that looks very similar to the President's daughter. Apparently, she's being withheld by some unidentified group of people. Who would have thought my first job would be a rescue mission?
  16. Pham, Alex. "Racism in Resident Evil 5? Capcom, two black actors respond". LA Times. 2009-02-12. 2019-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-20.
  17. Schedeen, Jesse. "Resident Evil: The Many Looks of the Infected". IGN. February 26, 2009. səh. 7. April 23, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 3, 2011.
  18. 1 2 Capcom Production. Resident Evil 4. PlayStation 2. Capcom. October 25, 2005. Leon: We decided to lay low in a castle, but it looks like it was a bad move. / Hunnigan: Meaning? / Leon: Well it appears that this castle's also connected with the Los Iluminados. They must not get many visitors cuz they're giving me one hell of a welcome. / ... / Saddler: Oh, I believe I forgot to tell you that we gave you the same gift. / Leon: (When I was unconscious.)
  19. Capcom Production Studio 4. Resident Evil 4. PlayStation 2. Capcom. October 25, 2005. Leon: Calm down. Everything's going to be just fine. My name's Leon, I'm under the President's order to rescue you. / Ashley: What? My father? / Leon: That's right, and have to get you out of here. Come with me.
  20. Capcom Production. Resident Evil 4. PlayStation 2. Capcom. October 25, 2005. Saddler: If you must know, my name is Osmund Saddler, the master of this fine...religious community. / Leon: What do you want? / Saddler: To demonstrate to the whole world, our astounding power, of course. No longer will the United States think they can police the world forever. So we kidnapped the President's daughter, in order to give her our power, and then send her back.
  21. Capcom Production Studio 4. Resident Evil 4. PlayStation 2. Capcom. October 25, 2005. 'Saddler: Now that I have the sample, you serve me no purpose. / Leon: Saddler! / Saddler: My boy Salazar will make sure you follow the same fate. / Leon: Stay with me, Luis. / Sera: I am a researcher...hired by Saddler. He found out what I was up to. / Leon: Don't talk. / Sera: Here. It should suppress the growth of the parasite. The sample...Saddler took it. You have to get it back.
  22. Capcom Production Studio 4. Resident Evil 4. PlayStation 2. Capcom. October 25, 2005. Leon: You, working with Wesker. / Ada: I see you've been doing your homework.
  23. Capcom Production Studio 4. Resident Evil 4. PlayStation 2. Capcom. October 25, 2005. Krauser: I died in the crash two years ago. Is that what they told you? / Leon: You're the one who kidnapped Ashley! / Krauser: You catch on quick. That's expected. After all, both you and I know where we come from. / Leon: What do you want? / Krauser: Hmph. The sample Saddler developed, that's all.
  24. Capcom Production Studio 4. Resident Evil 4. PlayStation 2. Capcom. October 25, 2005. Krauser: Saddler's got it. It seems he's sniffed out our little game. / Ada: Perfect. / Krauser: Just so we understand each other clearly, I don't trust you. Nor does Wesker. If you try to do anything clever, I will kill you. / Ada: Is that so? You know, I met Wesker long before you.
  25. Capcom Production Studio 4. Resident Evil 4. PlayStation 2. Capcom. October 25, 2005. Leon: Wha? What are you talking about? I thought he was with you. / Saddler: What are you talking about? Did you really think I'd trust an American? To tell you the truth, I was contemplating how to get rid of him. But thanks to you, that's no longer necessary. / Leon:You were just using him right from the start.
  26. Capcom Production Studio 4. Resident Evil 4. PlayStation 2. Capcom. October 25, 2005. Ada: Sorry, Leon. Hand it over. / Leon: Ada, you do know what this is.
  27. Capcom Production Studio 4. Resident Evil 4. PlayStation 2. Capcom. October 25, 2005. Leon: We have to get off this island now! It's gonna blow any minute.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]