Reyçel Makadams

Reyçel Anna Makadams (ing. Rachel Anne McAdams; d. 17 noyabr 1978) — kanadalı kinoaktrisa.

Reyçel Anna Makadams
Toronto Beynəlxalq Film Festivalı (2012)
Toronto Beynəlxalq Film Festivalı (2012)
Doğum adı Rachel Anne McAdams
Doğum tarixi (44 yaş)
Doğum yeri London, Ontario, Kanada Kanada
Vətəndaşlığı
Partnyorları
Atası Lans Makadams
Anası Sendi Makadams
Fəaliyyəti Aktrisa
Fəaliyyət illəri 2001-indiyədək
Təhsili
IMDb ID1046097
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Kanadanın Ontario əyalətinin London şəhərində dünyaya gəlib. Atası Lans yük maşını sürücüsü, anası Sendi isə tibb bacısı idi. Keylin adlı balaca bacısı və Daniel adında kiçik qardaşı var. Reyçel 13 yaşında yay düşərgəsində Şekspir pyeslərində rol almağa başladı. Liseyi bitirdikdən sonra universitetdə oxumağı planlaşdırmışdı. Teatr müəllimi onu aktyorluq təhsilini davam etdirməsi üçün cəsarətləndirdi. Nəhayət Torontodakı York Universitetinin Teatr fakültəsindən fərqlənmə ilə məzun oldu.

Karyerası[redaktə | mənbəni redaktə et]

Ekranlardakı peşəkar karyerasına Disneyin 1998 tarixli "The Famous Jett Jackson" teleserialı ilə başladı. Bir neçə filmin ardından ona şöhrəti gətirəcək olan çıxışını "Yaramaz qızlar" (2004) və "Xatirə gündəliyi" (The Notebook, 2004) adlı filmlərlə gerçəkləşdirdi. "Xatirə gündəliyi" filmindəki rolu ilə tamaşaçıların rəğbətini qazanmaqla Reyçel bu rola görə bir çox mükafatın sahibi oldu.

Şəxsi həyatı[redaktə | mənbəni redaktə et]

"Xatirə gündəliyi" filmində tərəf müqabili olan Rayan Qoslinq ilə eşq yaşayan tanınmış aktrisa bir müddət sonra Rayandan ayrılmağı qərara aldı. Daha sonra "Midnight in Paris" filmində tanış olduğu Maykl Şin ilə 2010-cu ildə ailə həyatı qurdu. Hal-hazırda balaca qardaşı Daniel ilə birlikdə Torontoda yaşayır. Əlavə olaraq, Reyçelin amerikan yaşıl kartı da var.

Maraqlı faktlar[redaktə | mənbəni redaktə et]

Əsl saç rəngi qəhvəyidir, amma saç rəngini tez-tez dəyişdirməyi sevir.

2005-ci ildə 5 fərqli nominasiyada MTV Film Mükafatına namizəd göstərilən ilk aktrisadır və bu mükafatlardan 3-nə sahib olmuşdur.